Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(5-144)-139/2026 20.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran Şəhər Rayon X23 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis leytenantı X7, zərərçəkmiş şəxslər X21 və X15 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X9 iştirakı ilə, xx xxxx 1982-ci il tarixdə Lənkəran rayonu, Velədi kəndində doğulmuş, Lənkəran rayonu, Velədi kəndində qeydiyyatda olmaqla, orada yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən. FİN: xxxxxxx X9 Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 206-cı maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq,məhkəmə müəyyən etdi : Lənkəran Şəhər Rayon X23 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru X5 tərtib etdiyi 16 fevral 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, X16 15 fevral 2026-cı il tarixdə saat 04:30 radələrində Lənkəran rayonu, Şiləvar kəndində Sevər Musayevanı və İmran Cəbiyevi küçə söyüşləri ilə ictimai yerdə təhqir etmişdir. Bununla da vətəndaş Lənkəran rayonu Velədi kəndində qeydiyyatda olmaqla yaşayan X16 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tələblərini pozmuşdur. Lənkəran Şəhər Rayon X23 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru X5 tərtib etdiyi 16 fevral 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, xx.xx.2026-cı il tarixdə saat 04:30 radələrində Lən kəran rayonu Velədi kəndi ərazisində şikayət əsasında Lənkəran ŞRPŞ-nin PPXB-nin əməkdaşları ora yaxınlaşmış və Lənkəran rayonu Velədi kəndində qeydiyyatda olmaqla yaşayan X3 görmüş ,ona yaxınlaşaraq özlərini təqdim etmiş və barəsində şikayət olduğu üçün Lənkəran ŞRPŞ-ya dəvət etmişlər.Sonuncu özünü şübhəli apararaq nəyə görə gəlməli olduğunu bildirmiş və X16 həmin şəxs barəsində uca səslə nalayiq ifadələr və küçə söyüşləri səsləndirərək ictimai qaydanı kobud şəkildə pozmuşdur. Polis əməkdaşları onu nizam intizama dəvət etsədə o, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış və öz hərəkətlərini daha aqressiv formada davam etdirmişdir. X18 cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlərə yol verməklə və qəsdən polisin qanuni tələblərinə tabe olmayaraq inzibati xəta əməllərini törətmişdir. Bununla da vətəndaş Lənkəran rayonu Velədi kəndində qeydiyyatda olmaqla yaşayan X16 Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tələblərini pozmuşdur. Lənkəran Şəhər Rayon X23 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis leytenantı X7 tərtib etdiyi 20 fevral 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, xx.xx.2026-cı il tarixdə saat 04 radələrində Lənkəran rayonu Velədi kəndində yaşayan, xx.xx.1982-ci il təvəllüdlü, X4 şəhəri dəniz kənarında yerləşən “Dəniz hotel” restoranından durub **-DN-*** nömrə nişanlı tanışı Xəyal adlı şəxsə məxsus Hunday Graneur markalı avtomobili idarə edərək, kiçik bazar ərazisindən Şilavar kəndi ərazisinə keçmişdir. Yolun kənarında olan tanımadığı bir qadına sataşması səbəbi ilə barəsində polisə müraciət olunmuşdur. Daha sonra özünü şübhəli apardığına görə narkaloji müayinədən keçirilmiş və sidiyində psixotrop maddə olan preqabalin aşkar olunmuşdur. Bununla da X16 Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tələblərini pozmuşdur. Lənkəran Rayon Məhkəməsinin 20 fevral 2026-cı il tarixli müvafiq qərardadları ilə yuxarıda qeyd edilən hər üç prtokol üzrə inzibati xəta haqqında materiallar bir icraatda birləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Lənkəran Şəhər Rayon X23 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis leytenantı X13 məhkəmə iclasında iştirak edib, protokolların məzmununa uyğun izahat verərək, X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 206-cı maddələrinin sanksiyası həddində cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzabati xəta haqqında icraat aparılan şəxs X16 izahatında bildirdi ki, 15 fevral 2026-cı il tarixdə gecə saat 4 radələrində dostuna məxsus olan Hyundai markalı avtomaşınla ad günündən çıxaraq evinə doğru, yəni yaşadığı Lənkəran rayonu, Velədi kəndinə doğru getmişdir. Lənkəran rayonu, Şiləvar kəndinin ərazisində işıqforun yanında saxlayaraq, çörək almışdır. Həmin vaxt preqabalin psixotrop maddəsi qəbul etmişdir. Çörək aldıqdan avtomaşına oturmuş və evinə getməyi planlaşdırmışdır. Psixotrop maddə qəbul etdiyindən polis əməkdaşlarının onu saxlayacağından ehtiyatlanaraq, avtomobili Şiləvar kəndinin içinə sürmüşdür. Bu zaman qarşıda qırmızı rəngdə qadının idarə etdiyi avtomaşını görmüşdür. Hava qaranlıq olmuşdur. O, həmin avtomaşının ardınca getmişdir ki, ondan yolu soruşsun. Onun ardınca gedərkən bir neçə dəfə onun üçün işıq siqnallarını yandırmışdır. Həmin qadın sürücü isə avtomobili saxlamamışdır. 600-700 metr həmin avtomobilin arxasınca getmişdir. Nəhayət dalan olan küçənin sonunda həmin avtomobil dayanmışdır. Avtomobolindən düşərək, həmin qırmızı avtomobilə tərəf gedərək, bir neçə dəfə ondan yola necə çıxa biləcəyini soruşmuşdur. Həmin qadın sürücü ona cavab verməyərək, getməyini bildirmişdir. Bir müddətdən sonra bir neçə şəxs ora toplaşaraq, onu döymüşlər. Onu məqsədi həmin qadına sataşmaq deyil, yolu soruşmaq olmuşdur. Sonradan o, həmin yerdən çıxıb, evinə Lənkəran rayonu, Velədi kəndinə getmşdir. Bir müddət sonra polis əməkdaşları onun yaşadığı ünvana gələrək, ondan şikayət olduğu üçün ona polisin xidməti avtomobilinə əyləşməsini və onlarla birlikdə polis şöbsəini tələb etmişlər. O, isə polis şöbəsinə getməkdən imtina etmiş və əl-qol hərəkətləri ilə polislərin bu tələbinə etiraz etmişdir. Həmin vaxt qonşusu Elnur adlı şəxs küçədə ona yaxınlaşaraq, onun avtomobili ilə polis şövəsinə getməyini təklif etmişdir. O, Elnurun avtomobilinə əyləşərək, onunla birlikdə polis şöbəsinə getmişdir. Narkomaniya xəstəliyi ilə əlaqədar narkoloji dispanserdə qeydiyyatdadır və mütəmadi olaraq preqabalin psixotrop maddəsi qəbul edir. O, Lənkəran rayonu, Velədi kəndində doğulmuş və orada yaşamışdır. Həmin kəndlə Şiləvar kəndi arasında 1 kilometrə yaxın məsafə var. Hadisə baş verən gecə o, Şiləvar kəndindən yaşadığı evə gedən yolu itirdiyindən həmin qadından yolu soruşmaq məqsədilə onun ardınca getmişdir. Ona sataşmaq məqsədi olmamışdır. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X21 izahatında bildirdi ki, 15 fevral 2026-cı il tarixdə gecə saat 04:30 radələrində idarə etdiyi avtomobillə o, Lənkəran rayonu, Şiləvar kəndində yerləşən işıqforun qırmızı işığında dayanmışdır. Həmin vaxt sonradan adını bildiyi Cavid İbadoğlu orada yerləşən çörək mağazasının qazrşısında dayanaraq çörək alırdı. O, yaşadığı evə getmək üçün yaşıl işıq yandıqdan sonra kəndin içinə doğru hərəkət etmişdir. Bu zaman arxadan Hyundai markalı avtomaşının gəldiyini və onun üçün işıq siqnallarını yandırdığını görmüşdür. Bir neçə dəfə avtomaşını sağa çəkərək, onu ötüb keçməsinə şərait yaratmışdır. Lakin həmin avtomaşın təxminən 600-700 metr onun arxasınca gəlmişdir. Hava qaranlıq, yol dalan idi və küçədə onlardan başqa heç bir avtomaşın olmamışdır. Nəhayət yaşadığı evin qarşısına glib dayanmışdır. Cavid İbadoğlu idarə etdiyi avtomaşından düşərək ona doğru gəlmişdir. O, isə qorxduğundan avtomobilin şüşələrini və qapısını bağlamışdır və həmin şəxsdə oradan getməsini tələb etmişdir. Həmin şəxs isə onun şüşəsini döyməyə başlamışdır. Sonradan həyat yoldaşı X24 həyətdən çıxmışdır və həmin şəxsdən nə istədiyini soruşmuşdur. O, isə onu və həyat yoldaşı İmranı küçə söyüşləri ilə təhqir etmişdir. Baş vermiş hadisə ilə əlaqədar 102 polis xidmətinə şikayət etmişlər. Sonradan qeyd etdiyi işıqforın yanında yerləşən çörək mağazasında işləyən qadınlar ona bildirmişlər ki, həmin vaxt Cavid İbadoğlu çörək alarkən onun işıqforda dayandığını gördükdə tələsik çörəyi götürüb, avtomobilinə oturub məqsədli olaraq onun getdiyi istiqamətə doğru getmişdir. Bu haldan görünür ki, onun məqsədi ona sataşmaq olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 Sevər Valeh qızının izahatına uyğun izahat verərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin cəzalandırılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Lənkəran ŞRPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru X8 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 19 fevral 2026-cı il tarixli qərardan görünür ki, həmin qərarla toplanmış materialda X9 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və qəbul edilmiş qərarın surəti X16 barəsində Azərbaycan Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün Lənkəran ŞRPŞ-nin İTB-nə göndərilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki,: Araşdırma zamanı izahatı alınmış X16 bildirmişdir ki, Lənkəran rayonu Velədi kəndində qeydiyyatdadır və orada yaşayır. Əvvəllər Ukrayna Respublikasında Ukrayna Respublikası Cinayət Məcəlləsinin 115J-Cİ (qəsdən adamöldürmə) maddəsi ilə məhkum olunmuşdur. 2020-ci ildə Azərbaycan Respublikasına geri qayıtmışdır. Velədi kəndində yaşadığı evin həyətində dekorativ bitkilər əkib becərdiyini və onları satmaqla qazanc əldə etdiyini bildirmişdir. **-DN-*** nörmə nişanlı, tanışı Xəyal adlı şəxsə məxsus Hunday Grandeur markalı avtomobili etibarnamə olmadan idarə etmişdir. Bir ilə yaxın müddətdir ki, psixotrop maddə olan Preqabalin istifadə edir. xx.xx.2026-cı il tarixdə saat 04 radələrində Lənkəran şəhəri dəniz kənarında yerləşən “Dəniz hotel” restoranından durub **-DN-*** nörmə nişanlı, tanışı Xəyal adlı şəxsə məxsus Hunday Grandeur markalı avtomobili idarə edərək, Kiçik bazar ərazisindən Şilavar kəndi ərazisinə keçmişdir. Yolun kənarında olan tanımadığı bir qadın, ona sataşmağı səbəbi ilə polisə müraciət etmişdir. Daha sonra özünü şübhəli apardığına görə narkoloji müayinədən keçirilmişdir və sidiyində psixotrop maddə olan preqabalin aşkar olunmuşdur. Sidiyindən aşkar edilmiş maddələrin psixotrop maddə olan pregabalin olduğunu və özünə məxsus olduğunu da izahatında göstərmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli 83 nömrəli rəydən görünür ki, X10 asılılıq sindromu (polinarkomaniya xəstəliyi), aşkar olunmuşdur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında 2025-ci ildən "opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. İş materiallarına əlavə edilmiş “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin” xx.xx.2026-cı il tarixli, 000473 nömrəli protokolundə qeyd edilmişdir ki, müayinə zamanı X1 psixotrop maddə Preqabalin aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş “tutulma protokolu”ndan görünür ki, X16 15 fevral 2026-cı il saat 11:30-dan 16 fevral 2026-cı il 08:00-dək inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, həmçinin inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyərək məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Həmin məcəllənin 535.1-ci maddəsinə əsasən, 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin məcəllənin 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X9 əməllərində İXM-nin 510, 535.1 və 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması onun özünü qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyi, müayinə protokolu, qərar və sair iş materialları ilə sübut olunmuşdur. Ona görə də o həmin maddələrlə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası 34.3-cü maddəsinə əsasən «Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər». Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta həmin Məcəllənin 510 və 535.1-ci maddəsində nəzədə tutulmuş xətaya nisbətən daha ciddidir. Bu səbəbdən X16 Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 206-cı maddələri ilə təqsirli bilinməli və ona həmin Məcəllənin 206-cı maddəsinin sanksiyası çərçivəsində tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X16 xx.xx.2026-cı il tarixli MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli MN ******* nömrəli və xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətinə inzibati həbs tətbiq olunsun. X9 15 fevral 2026-cı il saat 11:30-dan 16 fevral 2026-cı il 08:00-dək inzibati qaydada tutulduğu 1 (bir) gün müddət ona təyin edilən cəzadan çıxılmaqla, üzərində qəti olaraq 29 (iyirmi doqquz) gün inzibati həbs cəzası saxlanılsın. Həbs etmənin əvvəli 20 fevral 2026-cı il saat 17:00-dan hesablansın. X9 barəsində polinarkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. İnzibati həbs müddətində X2 yeri Lənkəran Şəhər Rayon X20 Saxlama Yeri müəyyən edilsin. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(5-144)-139/2026
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(5-144)-139/2026
20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver