Məhkəmə qərarları › İş №3(5-144)-141/2026

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(5-144)-141/2026

20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(5-144)-141/2026 20.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə Barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1ci və 2026-cı maddələri ilə təqsirləndirilməsinə dair Lənkəran Rayon Məhkəməsinin icraatına 20 fevral 2026-cı il tarixdə 2 ədəd: 3(049)-139/2026 saylı və 3(049)-141/2026 saylı inzibati xəta haqqında material daxil olmuşdur. Qeyd edilən iki ədəd inzibati xəta haqqında material məhkəmənin hakimi Anar Pənahovun icraatına verilmişdir. Qeyd edilən iki ədəd inzibati xəta haqqında material üzrə zərərçəkmiş şəxslər fərqli şəxslər olsalar da təqsirləndirilən şəxs eyni şəxs olan Şəxsdur. Bu səbəbdən məhkəmə qeyd edilən iki ədəd inzibati xəta haqqında materialların eyni icraatda birləşdirilərək baxılmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1ci maddələri ilə təqsirləndirilməsinə dair 20 fevral 2026-cı il tarixdə Lənkəran Rayon Məhkəməsinin icraatına daxil olmuş hakim Anar Pənahovun icraatında olan 3(049)-141/2026 saylı inzibati xəta haqqında iş, hakim Anar Pənahovun icraatında olan 3(049)-139/2026 saylı inzibati xəta haqqında işlə eyni icraatda birləşdirilsin. Bir icraatda birləşdirilmiş inzibati xəta haqqında işə 3(049)-185/2025 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar