Məhkəmə qərarları › İş №3(5-144)-146/2026

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(5-144)-146/2026

23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(5-144)-146/2026 23.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələkbərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokolu tərtib etmiş Lənkəran ŞRPŞ-nin İTB-in polis sahə rəisi, polis leytenantı X2 iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə ismin müvafiq halında İXM) 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 22 fevral 2026-cı il tarixdə saat 12:00 radələrində Lənkəran şəhəri Qala Xiyabanı küçəsində əhalinin sıx toplaşdığı ərazidə aqressiv şəkildə polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq yenidən ünvansız nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud formada pozduğuna görə sonuncu barəsində Lənkəran ŞRPŞ-nin İTB-in polis sahə rəisi, polis leytenantı X4 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə 22 fevral 2026-cı il il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Lənkəran ŞRPŞ-nin İTB-in polis sahə rəisi, polis leytenantı X4 məhkəmə iclasında tərtib edilmiş protokola uyğun çıxış edib Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, o həqiqətən də Lənkəran şəhəri Qala Xiybani küçəsində Lənkəran ŞRPŞin PPX-in əməkdaşı X5 olə mübahisə etmişdir. Belə ki, qeyd edilən küçədə Toyoto Prado markalı avtomobil əks yolla hərəkət etdiyinə görə Murad Həmzəyev əsəbləşmiş və avtomobili saxlamaq istəmişdir. Bu zaman o, M.Həmzəyevə PPX əməkdaşı olmasına baxmayaraq yol polisi xidmətinin işinə qarışdığına görə irad bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. Bu hissədə özünü təqsirli bilir. Lakin hadisə zamanı ictimai qaydanı pozmamış, söyüş söyməmiş, kimisə təhqir etməmişdir. Himayəsində hazırda iki övladı və bir ağır xəstəliyi olan həyat yoldaşı vardır. Ailənin yeganə qazanc gətirən şəxsidir. Bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən şahid X6 bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cəfərov X3 ŞRPŞ-in PPX-in əməkdaşı X5 olə mübahisə etmişdir. Belə ki, Lənkəran ŞRPŞ-in PPX-in əməkdaşı X5 əhalinin sıx olduğu ərazidə yol hərəkəti qaydalarını pozduğuna görə avtomobili saxlayıb ona irad tutmaq istəmiş, Şahin Əkbərzadə isə buna aqressiv şəkildə münasibət göstərib qanuni tələbləri icra etməmiş, ona maneçilik törətmişdir. Məhkəmə iclasında iştirak edən şahid X7 da X6 ilə oxşar məzmunda izahat vermişdir. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 22:00-da inzibati qaydada tutulmuşdur. Lənkəran ŞRPŞ-nin xx.xx.2026-cı il tarixli arayışından görünür ki, Şəxs barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə aparılan inzibati icraatla əlaqədar Daxili İşlər Nazirliyinin X1 hazırkı günə kimi hər hansı bir əlilliyinin olub-olmaması barədə elektron sorğu aparılmış və alınmış cavabda xx.xx.2026-cı il tarixədək Şəxs heç bir əlillik statusu olmadığı müəyyən edilmişdi Lənkəran ŞRPŞ-nin xx.xx.2026-cı il tarixli arayışından görünür ki, Lənkəran şəhəri Qala Xiyabanı küçəsi bina 5, mənzil 24-də qeydiyyatda olmaqla Şəxs barəsində Lənkəran şəhər-rayon polis şöbəsinin növbətçi hissəsində yığılan inzibati kartotekasında son bir il ərzində heç bir məlumat qeydə alınmamışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin Lənkəran ŞRPŞ-nin İTB-in polis sahə rəisi, polis leytenantı X4 tərəfindən tərtib edilmiş 22 fevral 2026-cı il il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun İXM-nin 510-cu maddəsi ilə olan hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, hazırda Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə ümumiyyətlə inzibati məsuliyyət nəzərdə tutulmamışdır. Belə ki, İXM-də edilmiş dəyişikliklərə əsasən 510-cu maddəsinə əlavələr edilməklə yeni inzibati xəta növü kimi ayrı-ayrı əməllər (dispozisiya) üzrə inzibati tənbeh cəzaları nəzərdə tutulmuşdur. Yəni şəxsə İXM-in 510.1, 510.2 və ya 510.3-cü maddələri ilə ittiham edilməsi məlum deyildir. Bundan başqa Şəxs xırda xuliqanlıq əməli törətməsi ümumiyyətlə təsdiq olunmamışdır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün qimən etirafedici izahatı, bunu tamamlayan şahidlərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikasının İXM-in 30.2-ci maddəsinə əsasən inzibati həbs, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, məsuliyyətini ağırlaşdıran halların olmamasını, ailə vəziyyəti, əməlini səmimi etiraf etməsini nəzərə almaqla ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar