Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(5-144)-152/2026 24.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X2 Azərbaycan Respublikası DİN BDYPİ X1 üzrə qəbul olunmuş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayəti nəzərdən keçirib m ü ə y y ə n e t d i m: İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X3 məhkəməyə şikayətlə müraciət edərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə EQ 33639976 nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş xx.xx.2026-cı il tarixli, xüsusi blank nömrəsi olmayan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və icraata xitam verilməsi və şikayətinə yaşayış yeri Lənkəran şəhəri üzrə Lənkəran Rayon Məhkəməsində baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti iş materialları ilə birlikdə araşdırıb və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq normalarını hazırki işə tətbiq edib bu nəticəyə gəlirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemi üzrə məlumatlar əsasında müəyyən edilir ki, X3 ünvan 1 ünvanında qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Göründüyü kimi, X2 yaşayış yeri ünvan 1 ünvanıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-1-ci maddəsinə görə bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 327- 1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Yuxarıda qeyd olunan qnaunvericilik normalarının tələblərinə əsasən X3 hazırki şikayətlə yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göründüyü kimi, şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətin geri qaytarılması İXM-də nəzərdə tutulmamışdır. Bununla yanaşı şikayəti nəzərdən keçirib hesab edirəm ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. “Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 03 mart 2023-cü il tarixli Qərardadında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Palatası səlahiyyəti olmayan prokuror tərəfindən həbsdə saxlanılma müddətinin uzadılması barədə təqdimat verilməsi və bu halda məhkəmə tərəfindən təqdimat və əlavə edilmiş sənədlərin geri qaytarılması ilə bağlı qeyd etməyi zəruri bilir ki, bu halda məsələyə mahiyyəti üzrə baxılması Cinayət- Prosessual Məcəlləsinin 447.3, 447.5-447.7-ci maddələrinin tələbləri baxımından mümkünsüz olduğundan, həmin Məcəllənin 448.1.3-cü maddəsində göstərilən qərarlardan (həsdə saxlama müddətinin uzadılması və ya bundan imtina barədə qərar) hər hansı birinin qəbul edilməsi də istisna olunur. Lakin, sadalanan normalarda birbaşa nəzərdə tutulmasa da, səlahiyyəti olmayan prokuror tərəfindən verilmiş təqdimatın (onunla müşayiət olunan vəsatətə) baxılmadan geri qaytarılması cinayət-prosessual qanunvericiliyinin əsas prinsipləri baxımından oxşar vəziyyətlərdə müvafiq prosessual müraciətlərin (məsələn, apellyasiya və yaxud kassasiya şikayətlərinin) baxılmamış saxlanılmasını nəzərdə tutan müddəalarına cavab verən yanaşma kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyində cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılması ilə əlaqədar verilmiş şikayətin geri qaytarılması institutu nəzərdə tutulmasa da, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının yuxarıda qeyd olunan 03 mart 2023-cü il tarixli Qərardadında ifadə edilmiş hüquqi mövqeyə əsaslanaraq, bu nəticəyə gəlirəm ki, X2 şikayəti geri qaytarılmalıdır. Şikayət vermiş şəxsin nəzərinə çatdırılır ki, yenidən şikayətlə məhkəməyə müraciət edəcəyi təqdirdə ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, Qəraraaldım: X2 Azərbaycan Respublikası DİN BDYPİ X1 üzrə onun barəsində qəbul olunmuş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(5-144)-152/2026
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(5-144)-152/2026
24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver