Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(5-144)-156/2026 25.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1 – Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələbinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN Bakı şəhəri Sabunçu rayon polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdim : Lənkəran Rayon Məhkəməsinə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələbinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN Bakı şəhəri Sabunçu rayon polis İdarəsinin xx.xx.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Daxil olmuş protokolu nəzərdən keçirərərək hesab edirəm ki, həmin protokol onu tərtib etmiş idarəyə geri qaytarılmalıdır. Belə ki, protokolda Şəxs Lənkəran rayonu, Gərmətük Ə.D-nin Velədi kəndində yaşadığı göstərilsə də, bu barədə materiala hər hansı bir sübut əlavə edilməmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən də, onun yaşadığı və ya qeydiyyatdığı olduğu yer üzrə hər hansı bir məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1 -ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1 -ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarında göstərilmişdir ki, inzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0 və 106.0.1 -ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığı məsələsini həll etməlidir. Həmin Məcəllənin 109.1 və 109.1.7-ci maddələrinin tələbinə görə əgər işə baxılması hakimin səlahiyyətinə aid deyildirsə inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Şəxs yaşadığı və ya qeydiyyatdığı olduğu yer üzrə hər hansı bir məlumat olmadığından inzibati xətaya Lənkəran Rayon Məhkəməsində və ya digər məhkəmədə baxılılıb-baxılmamasını müəyyən etmək olmur. Buna görə də qeyd olunan çatışmamazlıqları aradan qaldırılması üçün protokol geri qaytarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə "qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X4 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109.1.6-cı maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələbinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN Bakı şəhəri Sabunçu rayon polis İdarəsinin xx.xx.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol onu tərtib etmiş DİN Bakı şəhəri Sabunçu rayon polis İdarəsinə geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilmir. X3
Məhkəmə qərarları › İş №3(5-144)-156/2026
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(5-144)-156/2026
25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver