Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(5-144)-166/2026 27.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsini hakimi Murquzov Elmir İlqar oğlu, Məhkəmə iclas katibi: X4, Protokol tərtib edən şəxs: Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, Tələbkar:Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, Müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx xxxx 1996-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, evli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəra şəhəri, Zərifə Əliyeva küçəsi, Döngə 2,ev 16 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN:xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş Lənkəran Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi̇ : Lənkəran Rayon İcra və X1 Röya Cavanşir oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə tərtib edilmiş 27 fevral 2026-cı il tarixli, MN seriyalı ******* saylı protokol əsasında materiallar daxil olmuşdur. 27 fevral 2026-cı il tarixli, MN seriyalı ******* saylı protokolda göstərilmişdir ki, borclu Kərimli X3 Rayon Məhkəməsinin 2(049)-3873/2025 saylı qərarın icrası ilə əlaqədar yaranmış 1386 manat borcu ödəmir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən şəxs Lənkəran Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 bildirdi ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-3873/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin tələbinə əsasən borclu Şəxs borc məbləği olaraq 1350 və dövlət rüsumu kimi ödənilmiş 36.50 manat - cəmi 1386.50 manat tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Borclu çağırışlara vaxtıvaxtında gəlmişdir. Lakin onun tərəfindən heç bir ödəniş edilməmişdir. Borclunun mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olubolmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş və hər hansı əmlakı və digər növ gəlirləri aşkar edilməmişdir. Borclu bərbər kimi fəaliyyət göstərir. Hər ay 50 manat ödəyə biləcəyini bildirir. Borc məbləğinin az olduğu üçün onun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə müraciət edilməmişdir. Eyni zamanda onun ölkə xaricinə getməsi müəyyən olunmamışdır. Hazırda borclunun 1386.50 manat borcu vardır. Göstərilənlərə əsasən borclu Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, O, borcunu ödəməkdən yayınmır. Hər ay 70-100 manat pul ödəyə bilər. Yeni ailə qurub. Toydan pul yığıb borclarını ödəyəcəyini düşünmüş, lakin toydan sonrada borcu qalmışdır. Anası onkoloji xəstədir. O, tələbkara hazırda 200 manat məbləğində ödəniş edə biləcəyini geri qalan hissəni isə hissə-hissə ödəyə biləcəyini, qərəzli olaraq borcu ödəməkdən yayınmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, O, 200 manat məbləği qəbul edir. Borcun ən gec 5 hissəyə bölünməklə ödənilməsinə razıdır. Borclu Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və icra məmurunu dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 2(049)-3873/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs borc məbləği olaraq 1350 və dövlət rüsumu kimi ödənilmiş 36.50 manat cəmi 1386.50 manat tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış sənədlərdən görünür ki, icra sənədi üzrə icraata 06 yanvar 2026-cı il tarixdə başlanılmış, borclu Şəxs tələbin könüllü icrası haqqında bildirişin ünvanlanaraq, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbərdarlıq edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunun müddəasına görə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Lakin hazırki vəziyyətdə borclunun icra sənədi üzrə olan borcunu ödəməkdən boyun qaçırması, icra məmurunun qanuni tələblərinə tabe olmaması və məhkəmə qətnaməsinin icrasına maneə törətməsi və yaxud səthi yanaşması hallarının mövcud olmasından söz gedə bilməz. Belə ki, icra sənədi icra məmurunun icraatına 06 yanvar 2026-cı il tarixdə daxil olmuşdur. Borclu 13 yanvar 2026-cı il tarixdə Lənkəran rayon icra və probasiya şöbəsində verdiyi izahatında borcu maddi imkansızlığa görə ödəyə bilmədiyini, hər ay 50 manat ödəyə biləcəyini qeyd etmişdir. Məhkəmə iclasında isə borclu tərəfindən tələbkara 200 manat ödəniş edilmiş və geri qalan borc məbləğini də hissə-hissə ödəyəcəyi barədə söz vermişdir. Tələbkar 5 hissəyə bölünməklə borcun ödənilməsi ilə razılaşmışdır. Tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, borclu Şəxs icra məmurunun çağırışlarına vaxtı-vaxtında gəlmiş, borc məbləğini qəbul edərək ödəyəcəyini bildirmiş və icra sənədinin icrasını təmin etməkdən yayınmaq niyyəti olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-3873/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə dair sübutlar təqdim edilmədiyindən və bununla da Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bu mənada hazırkı qərarda gəlinmiş nəticə borclu Şəxs 2(049)-3873/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasından azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elmir Murquzov
Məhkəmə qərarları › İş №3(5-144)-166/2026
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(5-144)-166/2026
27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver