Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(5-144)-18/2026 26.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X6 iştirakı ilə, xx.xx.1997-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, evli, orta təhsilli, sahibkarlıq fəaliyyətilə məşğul olan vəzifəli şəxs, fərdi indentfikasiya nömrəsi 69B5P0B X6 barəsində Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs - Lənkəran şəhəri, Həzi Aslanov küçəsində yerləşən “İnci uşaq aləmi” adlı sahibkarlıq obyektinin sahibi X6 həmin obyektdə açıq məkanda reklamları icazəsiz yerləşdirməsi və yayımı faktı üzrə Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq həmin orqanın nümayəndəsi məhkəmə iclasında işitirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X8 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, Lənkəran şəhəri Həzi Aslanov küçəsində yerləşən “İnci uşaq aləmi” adlı obyektin sahibidir. Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən onun sahibi olduğu obyektə baxış keçirilmiş və sonra da barəsində protokol tərtib edilmişdir. Obyektin qarşısında reklamın yerləşdirilməsi üçün müvafiq orqandan rəsmi icazə almalı olduğunu bilir. O, reklam yerləşdirmək üçün hər dəfə 6 ay müddətinə müqavilə bağlamışdır və onun 2025-ci ilin oktyabr ayınadək icazəsi olmuşdur. 2025-ci ilin oktyabr ayında müqavilə müddəti bitmiş və borcları yarandığından reklam üçün yeni icazə almaqdan ötrü müvafiq vəsaiti ödəyə bilməmişdir. O, obyektin reklamı üçün hər ay üçün 45 manat dövlət rüsumu ödəməlidir ki, ona reklam üçün icazə verilsin. 2025-ci ilin oktyabr ayından sonra rəsmi icazə sənədi almamış, müvafiq orqana müraciət etməmiş və müqavilə bağlamamışdır. O, ödənilməli olan dövlət rüsumu məbləğini maddi vəziyyəti ilə əlaqədar ödəyə bilməmişdir. Törətdiyi inzibati xətaya görə səmimi peşmançılıq hissləri keçirir. Qeyd etdikləri nəzərə alınmaqla barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsin izahatı və iş materialları ilə işin mübahisələndirilməyən halları olaraq müəyyən edildi ki, X1 olduğu, Lənkəran şəhəri Həzi Aslanov küçəsində yerləşən “İnci uşaq aləmi” adlı sahibkarlıq obyektinə Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə baxış keçirilərkən həmin obyektdə açıq məkan reklamının icazəsiz yerləşdirilməsi və yayımı faktı aşkar edilmiş, bununla bağlı fotoşəkillər çəkilməklə müvafiq akt tərtib edilmişdir. Həmin aktın və yazılı göstərişin surəti xx.xx.2025-ci il tarixdə X7 rəsmi qaydada göndərilməklə reklamın yerləşdirilməsi üçün müvafiq orqandan rəsmi icazə alması və ya reklam yayımını dayandırması tələb olunmuş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi izah edilmişdir. X8 xx.xx.2025-ci il tarixdə aktı və yazılı göstərişi almış, lakin yazılı göstərişin tələblərinə əməl etməmişdir. xx.xx.2025-ci il tarixdə X1 olduğu, Lənkəran şəhəri Həzi Aslanov küçəsində yerləşən “İnci uşaq aləmi” adlı sahibkarlıq obyektinə baxış keçirilərkən həmin obyektdə açıq məkan reklamının qanunsuz yayımının davam etdirildiyi müəyyən edilmiş, bununla bağlı fotoşəkillər çəkilməklə X7 xx.xx.2025-ci il tarixdə rəsmi qaydada bildiriş göndərilmişdir. Həmin bildirişdə xx.xx.2026-cı il tarixdə onun barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi də izah edilmişdir. X8 xx.xx.2025-ci il tarixdə həmin bildirişi almış, lakin yazılı göstərişin tələblərinə yenə də əməl etməmişdir. xx.xx.2026-cı il tarixdə obyektə təkrar baxış keçirilərkən həmin reklamının əvvəlki yerində olduğu aşkar edilmiş və X6 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X3 olduğu obyektin qarşısında açıq məkan reklamının yerləşdirilməsi üçün rəsmi icazə sənədi almadığını, ödənilməli olan dövlət rüsumu məbləğini maddi vəziyyətilə əlaqədar ödəyə bilmədiyini və müvafiq orqanla müqavilə bağlamadığını bildirmişdir. İşin məhkəmədə müəyyən edilmiş faktiki halları və X6 özünün izahatı ilə müəyyən edildi ki, icazə sənədinə görə ödənilməli olan dövlət rüsumu məbləği X8 tərəfindən indiyədək də ödənilməmişdir. X3 olduğu obyektin qarşısında olan reklamı da sökməmişdir. Hazırki işin materialları ilə həmin reklamın X8 barəsində xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilənədək sökülmədiyi müəyyən edilmişdir. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.8-ci maddəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar) reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. X1 olduğu obyektdə müvafiq icazə tələb olunduğu halda, belə bir icazə olmadan açıq məkan reklamının icazəsiz yerləşdirilməsi və yayımını təşkil etməsi, bu barədə ona xəbərdarlıq edilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin xx.xx.2025-ci il tarixli icrası məcburi olan yazılı göstərişi ilə tələb edilən şərtlərə əməl edilməməsi, bununla da X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İş materiallarından görünür ki, X6 adına ********** nömrəli VÖEN olmaqla, o, inzibati xətalar haqqında qanunvericiliyə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxsdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsin izahatını dinləyərək qərara gəlir ki, X8 tərəfindən vəzifəli şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyinə görə o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə X8 barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 peşmançılığı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. X8 tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə X8 tərəfindən törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı və işin yuxarıda qeyd edilən faktiki hallarını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan aşağı həddə - 1500 manat miqdarında inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X8 (VÖEN **********) Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №3(5-144)-18/2026
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(5-144)-18/2026
26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver