Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(5-144)-180/2026 03.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran Şəhər Rayon X9 Patrul Xidmətinin Xl tağım polis baş leytenantı X4 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, 04 sentaybr 2002-ci il tarixdə Lənkəran rayonu, Liman şəhərində doğulmuş, Lənkəran rayonu, Liman şəhərində qeydiyyatda olmuş, Lənkəran rayonu, Liman şəhəri, R.Rza küçəsi, ev 101-də yaşayan Azərbaycan Respublikasının vətəndaşı, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran Şəhər Rayon X9 Patrul Xidmətinin Xl tağım polis baş leytenantı X6 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli İXP seriyalı ******* sayılı protokoldan və həmin protokola əlavə olunan arayışdan görünür ki, Şəxs etibarnamə və sürücülük vəsiqəsi olmadan xx.xx.2026-cı il tarixində saat 10:35 radələrində idarə etdiyi “MERCEDES BENZ E320 CDİ MİNİK” markalı “**-OF-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə köhnə Ələt-Astara yolu 193,8 km Lənkəran rayonu Göyşaban kənd ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, nəticəsində 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 etibarnamə əsasında idarə etdiyi “KİA RİO MİNİK” markalı “**-HN-***” dövlət qeydiyyat nişanlı avtomobilə və Lənkəran rayon Zərərçəkmiş şəxs1nə maddi zərər vurmuşdur. Bununla əlaqədar, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqqında protokol tərtib edilərək, baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Lənkəran Şəhər Rayon X9 Patrul Xidmətinin Xl tağım polis baş leytenantı X6 məhkəmə iclasında protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə köhnə Ələt–Astara avtomobil yolunun 193,8-ci kilometrində, Lənkəran rayonunun Göyşaban kəndi ərazisində baş vermişdir. Araşdırma zamanı məlum olmuşdur ki, sürücü Şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmış və nəticədə qarşıdan gələn avtomobillə toqquşmuşdur. Toqquşma nəticəsində qarşıdan gələn nəqliyyat vasitəsinin sürücüsü idarə etməni itirmiş və Lənkəran rayonu Zərərçəkmiş şəxs1nə məxsus divara və səkiyə çırpılaraq bələdiyyə mülki ziyan vurmuşdur. Hadisəni törədən sürücünün sürücülük vəsiqəsi və nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməsi olmamışdır. Həmçinin müəyyən edilmişdir ki, nəqliyyat vasitəsi sürücüyə məxsus deyildir. Sürücü sərxoşluq halının müəyyən edilməsi məqsədilə tibbi müayinəyə aparılmış, aparılmış testin nəticəsi mənfi olmuşdur.Hadisə nəticəsində heç bir şəxsin həyat və sağlamlığına zərər dəyməmişdir. Şəxs tərəfindən inzibati xətanın ilk dəfə törədilməsinə görə məhkəmədən cərimə tətbiq olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, yolun qarşısından ötmə əməliyyatı edərkən qarşı tərəfdən gələn avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində qarşı tərəf idarə etməni itirmiş və Lənkəran rayonu Zərərçəkmiş şəxs1nə məxsus dəmir hasara zərər vermişdir. Onun sürücülük vəsiqəsi və etibarnaməsi olmamışdır. O öz əməlindən peşmandır. Zərərçəkmiş şəxs2 və Lənkəran rayon Zərərçəkmiş şəxs1 nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Zərərçəkmiş şəxs2 və Lənkəran rayon Zərərçəkmiş şəxs1 nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədə müvafiq hesab etmişdir. İş materillarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Yol nəqliyyat hadisəsinin sxemi”ndən görünür ki, “MERCEDES BENZ E320 CDİ MİNİK” markalı “**-OF-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə “KİA RİO MİNİK” markalı “**-HN-***” dövlət qeydiyyat nişanlı avtomobil köhnə Ələt-Astara yolu 193,8 km Lənkəran rayonu Göyşaban kənd ərazisində toqquşmuşlar. AD 580374 saylı qeydiyyat şəhadətnaməsindən görünür ki,“MERCEDES BENZ E320 CDİ MİNİK” markalı “**-OF-***” dövlət qeydiyyat nişanlı avtomobil X2 xüsusi mülkiyyətindədir. BB 289124 saylı qeydiyyat şəhadətnaməsindən görünür ki, “KİA RİO MİNİK” markalı “**-HN-***” dövlət qeydiyyat nişanlı avtomobil X1 xüsusi mülkiyyətindədir. 3-13-16-5/2-1886-2026 sayılı xx.xx.2026-cı il tarixli DİN BDYPİ-nin Lənkəran RQİ və TBŞ-nin rəisi, polis polkovnik-leytenantı Kamran Məmmədov tərəfindən imzalanmış məktubdan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən Şəxs adına sürücülük vəsiqəsinin verilmədiyi məlum olmuşdur. xx.xx.2026-cı il tarixli Şəxs tərəfindən yazılmış izahatda qeyd edilmişdir ki, xx.xx.2026-cı il tarixində saat 00:15 radələrində idarə etdiyi ona məxsus olmayan Mercedes markalı “**-OF-***” dövlət qeydiyyat nişanlı avto maşınla köhnə Ələt-Astara yolu 193,8 km də Lənkəran şəhərinə hərəkətdə olduğu zaman əks istiqamət zolağına çıxaraq ötmə əməlliyyatını həyata keçirən zaman qarşıdan gələn KİA markalı avtomobillə toqquşmaq nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı heç bir xəsarət almamışdır. xx.xx.2026-cı il tarixli Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış izahatda qeyd edilmişdir ki, xx.xx.2026-cı il tarixində saat 00:15 radələrində etibarnamə ilə idarə etdiyi “KİO RİO” markalı “**-HN-***” dövlət qeydiyyat nişanlı avtomobil Göyşaban qəsəbəsindən Liman şəhərinə hərəkətdə olarkən köhnə Ələt-Astara yolu 193,8 km də oz hərəkət zolağında gedərkən qarşıdan gələn “MERCEDES BENZ E320 CDİ MİNİK” markalı avtomobil əks istiqamətinə çıxaraq onu öz hərəkət zolağında vurmuş, nəticədə o öz avtomobilinin idarə etməsini itirərək sağında ehtiyyat yolun qırağında səki ilə çəkilən dəmir hasara çırpılaraq dayanmışdır. Hadisə zamanı heç bir xəsarət almamışdır. 051446 sayılı Arayışdan görünür ki, “KİA RİO MİNİK” markalı “**-HN-***” dövlət qeydiyyat nişanlı avtomobil qabaq bamper, qabaq sol qarad, qabaq sol qapı və s. Xarici əzintilər almışdır. 93004300 seriya nömrəli 00046 qeydiyyat nömrəli xx.xx.2026-cı il tarixli alkotester müayinəsinin nəticəsindən görünür ki, Şəxs alkoqol tərkibi 0,000%-dir. 91012532 seriya nömrəli 01750 qeydiyyat nömrəli xx.xx.2026-cı il tarixli alkotester müayinəsinin nəticəsindən görünür ki, Zərərçəkmiş şəxs2 alkoqol tərkibi 0,000%-dir. 6 sayılı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş 8890 qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixindən xx.xx.2030-cu il tarixinə kimi etibarlı olan etibarnamə, X3 tərəfindən Zərərçəkmiş şəxs2 Telman oğluna verilmişdir. xx.xx.2026-cı il tarixli İXP seriyalı ******* sayılı protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 332.4-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı tam sübuta yetirilmiş sayılmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Şəxs əməlindən peşman olmasını məhkəmə onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, zərərçəkmiş şəxslə barışığa cəhd göstərməməsini və ona dəymiş ziyanı ödəmək istədiyini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş inzibati cərimə cəzasının tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat inzibati cərimə cəzası tətbiq olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(5-144)-180/2026
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(5-144)-180/2026
03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver