Məhkəmə qərarları › İş №3(5-144)-200/2026

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(5-144)-200/2026

12.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(5-144)-200/2026 12.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlu X1 barəsində Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsi ilə tərtib edilmiş qərardan verilmiş şikayəti baxılmağa hazırlayarkən, M Ü Ə Y Y Ə N E T D İ M: X2 məhkəməyə müraciət edərək, barəsində tərtib olunmuş inzibati xəta haqqında Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-ci il tarixli, EQ 34464493 saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni və əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göründüyü kimi, şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətin geri qaytarılması İXM-də nəzərdə tutulmamışdır. Bununla yanaşı şikayəti nəzərdən keçirib hesab edirəm ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.10 və 1.0.11-ci maddələrinin məzmununa görə qanunun analogiyası dedikdə, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi, hüququn analogiyası dedikdə isə yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi başa düşülür. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinin məzmununa görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair 02 noyabr 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası CPM-in 387.1.4 və 387.1.5-ci maddələrinə əsasən apellyasiya şikayətində hökm və ya məhkəmənin digər yekun qərarının qısa məzmunu və apellyasiya şikayəti, yaxud protesti verən şəxsin mülahizələrinə görə onun qanunsuzluğunun, əsassızlığının yaxud ədalətsizliyinin nədən ibarət olması, apellyasiya şikayəti və ya apellyasiya protesti verən şəxsin xahişi göstərilməlidir. Məhkəmə hazırki şikayəti nəzərdən keçirərkən müəyyən edir ki, şikayət vermiş şəxs ərizənin xahiş edirəm hissəsində Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-ci il tarixli, EQ 34464493 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etsə belə, qərar ləğv ediləcəyi təqdirdə yekun olaraq hansı qərarın qəbul edilməsi göstərilməmişdir. Belə ki, barəsində qərar qəbul edilmiş X2 İXM-in 134.1-ci maddəsində nəzərdə tutulmuş halları nəzərə almaqla qərar ləğv ediləcəyi təqdirdə qərarın dəyişdirilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, ləğv edilib yenidən araşdırma üçün göndərilməsi və.s aydın şəkildə ərizənin xahiş edirəm hisəsində göstərməlidir. O da qeyd edilməlidir ki, inzibati qərarlardan verilən şikayətlərlə bağlı məhkəmə hazırlıq iclasları qanunvericiliklə nəzərdə tutulmadığı üçün, şikayətdə olan həmin nöqsanı məhkəmə iclasında aradan qaldırılması mümkün deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-ci il tarixli, EQ 34464493 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar