Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(5-144)-22/2026 05.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi X4 iştirakı ilə, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 07 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. ünvan 1 ünvanında yaşayan X2 müraciəti əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən, ‘’ER GROUP LANKARAN’’ MMC-nin direktoru X5 xx.xx.2025-ci il tarixli 3-17-5/2-113693/2025 nömrəli məktub göndərilərək məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində X8 Xidmətinin X3 təqdim edilməsi tələb edilmişdir. Məktubun poçt vasitəsi ilə göndərilməsinə baxmayaraq tələb edilən sənədlər xx.xx.2026-cı il tarixinədək təqdim edilməmişdir. ‘’ER GROUP LANKARAN’’ MMC tərəfindən X8 Xidmətinin Lənkəran Astara regional şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-113693/2025 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlərin görülməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs MMC nümayəndəsi X7 xx.xx.2025-ci il tarixli 3-17-5/2- 113693/2025 nömrəli məktubun ƏMAS sistemində yaradılmış elektron kabinetə yerləşdirildiyini, lakin onlara kağız daşıyıcıda məktub göndərilmədiyini, onların mobil telefon nömrələrini tapmaqla da məlumat verilməsinin mümkün olduğunu bildirərək, tələb edilən sənədlərin X8 Xidmətinin Lənkəran X9 təqdim edilməsinin mümkün olduğunu bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Lənkəran-Astara idarəsinə məlumat verilməsinə baxmayaraq nümayəndəsi isə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə onların səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinə Ruslan Mirzəyev müraciət edərək, "xxxx" MMC şirkətində menecer vəzifəsində çalışdığına görə müəyyən edilmiş müddətdə əmək haqqısının ödənilməməsilə bağlı əmək qanunvericiliyinin pozulduğunu, buna görə də, müvafiq araşdırılma aparılmasını xahiş etmişdir. X8 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin "xxxx" MMC-nin direktoru Emin Gülməmmədova ünvanladığı 08 dekabr 2025-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayan X2 əmək haqqısının ödənilməməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 5 saylı Bakı DOST Mərkəzinə daxil olmuş müraciətinə Nazirlik yanında X8 Xidmətinin Lənkəran-Astara regional şöbəsində baxılır. X2 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid aşağıdakı sənədlərin 7 iş günü ərzində X8 Xidmətinin X3 təqdim edilməsi xahiş olunmuşdur. X8 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin "xxxx" MMC-nin direktoru Emin Gülməmmədova ünvanladığı 24 dekabr 2025-ci il tarixli bildirişindən görünür ki, ünvan 1 ünvanında yaşayan X2 əmək haqqısının ödənilməməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 5 saylı Bakı DOST Mərkəzinə daxil olmuş müraciətinə Nazirlik yanında X8 Xidmətinin Lənkəran-Astara regional şöbəsində baxılır. X8 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin xx.xx.2025ci il tarixli 3-17-5/2-113693/2025 nömrəli məktubu ilə X1 müraciətinə münasibət bildirməyiniz və vətəndaşa aid sənədləri 7 iş günü ərzində şöbəyə təqdim etməyiniz xahiş olunmuşdur. Tərəfinizdən qeyd olunan müddət ərzində X8 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-113693/2025 nömrəli məktubunda nəzərdə tutulmuş sənədlərin təqdim edilməməsi halı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya səbəb olmuşdur. Bu səbəbdən barəsində İnzibati xəta haqqında Protokolun tərtib olunmasında iştirak etmək məqsədi ilə xx.xx.2026-ci il tarixdə saat 12:00-da X8 Xidmətinin X3 və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinizə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət olunmuşlar. İş materiallarına əlavə edilmiş çıxarışlardan görünür ki, sənədlərin istənilməsi ilə bağlı məktuv elektron qaydada Şəxs MMC-yə çatdırılmışdır. Məhkəmə Şəxs MMC-nin nümayəndəsini dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin sanksiyasında inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 116-cı maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 539.3- cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs bu inzibati xətaya görə ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğundan inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmalı və hüquqi şəxsin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilməli, həmin müddətdə hüquqpozma aradan qaldırılarsa məhkəməyə bu barədə məlumat verilməli, hüquqpozma aradan qaldırılmadıqda isə inzibati cərimə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2000 (iki min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs MMC-nin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilsin. Həmin müddətdə qərarda əksini tapmış hüquqpozmalar aradan qaldırılmaqla bu müddət ərzində məhkəməyə məlumat verilsin. Şəxs MMC tərəfindən bir ay müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilməsindən azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(5-144)-22/2026
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(5-144)-22/2026
05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver