Məhkəmə qərarları › İş №3(5-144)-224/2026

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(5-144)-224/2026

19.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(5-144)-224/2026 19.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlu, X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdim: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinin vəzifəli şəxsi tərəfindən X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərmişdir. Lənkəran Rayon Məhkəməsinin 3(5-144)-170/2026 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadı ilə aşağıdakı göstərilən əsaslar ilə X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinə geri qaytarılsa da, nöqsanlar aradan qaldırılmadan təkrar şəkildə inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə baxılmasından ötrü təqdim olunmuşdur. Bu isə inzibati xəta haqqında protokola baxılmasını istisna edir. X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, o, xx.xx.2026-cı il tarixdə saat 13:10 radələrində Lənkəran rayonu ərazisində keçirilən nəzarət tədbirləri zamanı sürücünün iradə etdiyi Mercedes markalı **-ER-*** dövlət nömrə nişanlı avtomobilin reys qabağı texniki və sürücünün tibbi müayinəsi olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından hüquqi şəxsin inzibati xəta törətməsi faktını səlahiyyətli orqan – protokolu tərtib edən orqan sübut etməlidir. Həmin məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdırıb, hesab edirəm ki, inzibati xəta haqqında materiallar inzibati orqana geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin idarə etdiyi avtomobilin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsini təsdiq edən hər hansı sənəd və sübutlar əlavə edilməmişdir. İnzibati xəta haqqında protokola yalnız bir ədəd CD disk əlavə edilmişdir ki, həmin diskdə olan videogörüntülərdə 90ER392 dövlət nömrə nişanlı sərnişin avtobusuna azyaşlı uşaqların minməsi əks olunmuşdur. Qeyd edilən videogörüntüdə görüntünün kim tərəfindən, nə vaxt, hanı şəraitdə, harada çəkilməsi, azyaşlı uşaqların avtobusa minmə səbəbi, nəqliyyat vasitəsini kimin idarə etməsi məlum deyildir. Hazırki inzibati xəta haqqında icraat materiallarına xx.xx.2026-cı il tarixli akt əlavə edilsə də qeyd edilən aktın əvvəlki protokola əlavə edilmədiyindən, qeydiyyatdan keçirilmədiyindən aktın həmin zaman və ya sonradan tərtib edildiyi məlum deyildir. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi X4 Xidmətinin Lənkəran Regional İdarəsi tərəfindən X5 barəsində tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* saylı protokolda inzibati xətanın törədildiyi yer dəqiq olaraq göstərilməmişdir. Bundan başqa həmin protokolun tərtib edilməsinə əsas kimi göstərilmiş X1 idarəetdiyi avtomobilin reysqabağı texniki müayinə olunmadığı göstərilsə də, inzibati xəta haqqında protokolda məhz **-ER-***2 nömrəli avtomobilin X5 tərəfindən idarəolunması, qeyd edilən avtomobillə bağlı hər hansı bir sənəd, sübut iş materiallarına əlavə edilməmişdir. İnzibati xəta haqqında protokola Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinin tərəfindən X2 ünvanlanmış bildiriş əlavə olunsa da, həmin bildirişin sonuncuya çatdırılması barədə heç bir sənəd əlavə olunmamışdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, protokol natamam olduğundan X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 111, 118-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar