Azərbaycan Respublikası adından Qərar Lənkəran şəhəri İş № 3(5-144)-232/2026 27.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSI Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, R X2 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, ##.##.2005-ci il tarixdə Lənkəran rayonu, Şürük kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Lənkəran şəhəri, X1 küçəsi, ev 30 “a” ünvanında qeydiyyatda olmaqla yaşayan. FİN: ******* Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Protokolu tərtib edən orqan tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq və İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə müəyyən etdi : Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, R X2 tərtib etdiyi ## #### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026 -cı il tarixdə, saat 04:20 radəlrində Lənkəran şəhəri Həzi Aslanov küçəsində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və sonradan polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu əməlləri ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, R X2 məhkəmə iclasında iştirak edib, protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq qeyd etmişdir ki, ##.##.2026-cı il tarixdə, saat 04:20 radəlrində Lənkəran şəhəri Həzi Aslanov küçəsində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, bunu görən polis əməkdaşları Hüseynə yaxınlaşıb iradlarını bildirsələr də, o polis əməkdaşlarının iradına məhəl qoymamışdır. Nəticədə polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında barəsində inzabati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirmişdir ki, ##.##.2026-cı il tarixdə, saat 04:20 radəlrində Lənkəran şəhəri Həzi Aslanov küçəsində gəzərkən ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşmış və ərazidə baş vermiş oğurluq əlaqələrinin olub-olmamasını soruşmuşlar. O, bundan əsəbləşərək polis əməkdaşlarını söymuş, onlar onu etdiyi əməldən çəkindirməyi bildirsələr də, o, bunlara məhələ qoymayaraq “gedin nə bilirsiz edin” deyərək tabesizlik göstərmişdir. Polis əməkdaşları onu Lənkəran Şəhər Rayon Polis Şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid İbadov Pərviz İsabala oğlu bildirdi ki, Protokolu tərtib edən orqan-nin əməkdaşıdır. ##.##.2026-cı il tarixdə, saat 04:20 radəlrində Lənkəran şəhəri Həzi Aslanov küçəsində sürücü polis nəfəri Xəndan Əlizadə ilə xidmətdə olduqları zaman bir nəfər şəxsin ucadan nalayiq küçə söyüşləri söydüyünü görmuş və həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, həmin şəxsə əməlindən çəkinməyi demişlər. Həmin şəxs onların göstərişlərinə məhəl qoymayaraq onlara müqavimət göstərmişdir. Onlar həmin şəxsi Lənkəran Şəhər Rayon Polis Şöbəsinə aparmışlar. Məhkəmə iclasında digər şahid X3 dogər şahid İbadov Pərviz İsabala oğlunun izhatına uyğun izahat verdi. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi şahidlərin izahatı ilə yanaşı inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, həmçinin inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyərək məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Ona görə də o həmin maddəylə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında qeyd etdiyi xüsusata qiymət verərək, qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyekti ictimai qayda olduğundan iş üzrə icraata xitam verilməsinə əsas ola bilməz. Belə ki, İctimai qayda dedikdə isə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və şahidlərin verdiyi ifadələrə əsasən müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmadığını göstərən kifayət qədər dəlillər yoxdur. Belə ki, işin məhkəmə baxışı zamanı şahid ifadələrindən müəyyən edildi ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis əməkdaşlarının ona tələbindən sonra onlarla razılaşaraq, polisin xidməti patrul avtomaşını ilə polis şöbəsinə getməyə razılaşmışdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi aşağıdakı məzmundadır: «Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə – fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur». İXM-nin 535.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə məhz ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. Yəni hər bir halda təqsirkarın qanunazidd hərəkətləri ictimai qaydanın pozulmasına, müvafiq vəzifəli şəxsin hərəkətləri isə bu pozuntunun qarşısının alınmasına yönəlməlidir. Əks təqdirdə İXM-nin 535.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud ola bilməz. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin obyektiv cəhətdən tərkibinin mövcud olmasından söhbət gedə bilməz. Bu səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bu səbəbdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və ona həmin Məcəllənin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh tətbiq olunmalıdır. İş materiallarında olan ## #### 2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026 -cı il tarixdə saat 09:00-da inzibati qaydada tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilsin. Həbs etmənin əvvəli ## #### 2026-cı il saat 09:00-dan hesablansın. İnzibati həbs müddətində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs saxlanma yeri Lənkəran Şəhər Rayon X6 Saxlama Yeri müəyyən edilsin. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(5-144)-232/2026
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(5-144)-232/2026
27.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver