Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(5-144)-30/2026 19.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 iştirakı ilə, xx xxxxx 1990-cı il tarixdə Lənkəran rayonu, Veravul kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işsiz, Lənkəran rayonu, Veravul kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Hövsan qəsəbəsi, Mida 2 yaşayış komplekində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Lənkəran Rayon Məhkəməsinin 2(049)-485/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən birgənikah dövründə əldə olunan maşının, ümumilikdə 6000 manat olan yarı dəyərinin alınıb tələbkara ödənilməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 19 yanvar 2026-cı il tarixli MN 23222630 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, hazırda rəsmi olaraq işləmir və ikinici təhsil alır. Borcun hissə-hissə ödənilməsi ilə bağlı tələbkara təklif irəli sürmüş, lakin tələbkar bununla razılaşmamışdır. İşə düzəlmək üçün təzəlikcə sənəd verdiyini və yanvar ayından işə başlayacağını, həmin tarixdən sonra əmək haqqı hesabına vəsait toplayaraq borcunu tam ödəyəcəyini, borcun ödənilməsindən imtina etmədiyini, sadəcə hazırda işsiz olması səbəbindən çətinlik çəkdiyini qeyd etmişdir. Əlavə olaraq, əgər işə düzəlməsi mümkün olmazsa, həmin nəqliyyat vasitəsini satmaqla borcu ödəyəcəyini bildirərək hazırda borcun 500 manat hissəsini ödəməyə hazır olduğunu, qalan məbləğin isə işə düzəldikdən sonra əmək haqqı vasitəsi ilə ödəyə biləcəyini qeyd etdi. Barəsində inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında icra məmuru Vüsal Qasımov protokolu müdafiə etdiyini və tələbkarın borcu tam tələb etdiyini bildirərək barəsində inzibati xəta haqqında protokol tərtib olunan şəxs barəsində çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tələbkar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Lənkəran Rayon Məhkəməsinin 2(049)-485/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə görünür ki, Kia Morning markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə edilmiş 12000 manat pulun 2/1 hissəsi olan 6000 manat cavabdeh X1 alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcraata başlama haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Lənkəran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icra sənədi üzrə icraata başlama haqqında qərarın surəti Şəxs göndərilmiş və icra sənədinin icra edilməməsinə görə məsuliyyəti ona izah olunmuşdur. Borclunun axtarışı haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarxdə borclu Şəxs barəsində axtarış elan edilərək, qərar icra edilməsi üçün Lənkəran ŞRPŞ-yə göndərilmişdir. Elektron hökumət portalından Çıxarışdan və izahatından görünür ki, Şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsindən heç bir növ əmək pensiyası və sosial müavinət almır. Məhkəmə borclu və icra məmurunun izahatını dinləyib, inzibati materialı nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi – bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Göründüyü kimi, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün borclunun icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etməməsi zəruridir. Lakin işin faktiki hallarından aydın olur ki, borclu icra sənədi üzrə 500 manat məbləğində ödəniş etməklə borcunu icra etməyə razı olduğunu nümayiş etdirmiş, qalıq borcun isə yeni iş yeri üzrə alacağı əmək haqqı hesabına ödənilməsini planlaşdırdığını bildirmişdir. Bu isə borclunun borcun icrasından imtina etmədiyini, əksinə, onu ödəmək niyyətində olduğunu təsdiq edir. Göstərilən hallar borclunun borcun icrasından yayınmadığını sübut edir və onun əməlində üzrsüz səbəbdən icradan yayınma əlamətlərinin mövcud olmadığını göstərir. Belə olan halda, məhkəmə hesab edir ki, borclunun əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta tərkibi mövcud deyildir. İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta tərkibi mövcud olmadığından Şəxs barəsində İXMnin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakimi Muradağa Qasımov
Məhkəmə qərarları › İş №3(5-144)-30/2026
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(5-144)-30/2026
19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver