Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(5-144)-34/2026 02.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədirliyi və Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Şəxs barəsində inzibati xəta haqqında materialı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə təqdim edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-11165/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Materialdan görünür ki, Şəxs Bakı şəhəri Xətai rayon DYPŞ-nin vəzifəli şəxsinin xx.xx.2025-ci il qərarı ilə Azərbaycan Respublikası İXM-nin 469.3-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmiş, lakin həmin qərarın qanuni qüvvəyə mindiyi gündən 03 ay keçdiyinə baxmayaraq cəriməni ödəməmişdir. Bu səbəbdən onun barəsində Xətai rayon DYPŞ-nın vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2025-ci ildə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşin faktik hallarından həmçinin görünür ki, Şəxs Xətai rayon DYPŞ-nın vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli qərarı üzrə 50 manat miqdarında cəriməni və ona hesablanmiş 30 manat dəbbə pulunu ödəməmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Şəxs və inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(5-144)-34/2026
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(5-144)-34/2026
02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver