Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(5-144)-38/2026 28.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Murquzov Elmir İlqar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X6, X1 iştirakı ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermə müddətinin bərpa olunmasına dair vəsatətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 DİN Baş X12 İdarəsi Polis X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X9 həmçinin DİN Baş X12 İdarəsi Polis X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, onun qərardan şikayət vermək üçün təyin olunmuş 20 gün müddəti ötürməsinin əsas səbəbi protokolun yazılmaması və avtomobilinin cərimə meydançasına qoyulduğu gündən 15 gün sonra əvvəlki tarixə yazılaraq qərarın ona təqdim edilməsidir.Eyni zamanda səhhəti ilə bağlı 15 gün evdən çıxa bilməmişdir. Bundan başqa şikayətində texniki səhvlərin olması və müddətin bərpa barədə vəsatət olmadığı üçün ərizəsi geri qaytarılmış və bayram günlərinə görə şikayət müddəti uzanmışdır. O 05 yanvar 2026-cı il tarixdə şikayət və vəsatət versə də həmin vəsatətin müəmmalı şəkildə itməsi nəticəsində işə baxılmadığını bildirmişdir. Bu barədə 16 yanvar 2026-cı il tarixdə müddətin bərpasına dair iclasın təyin olunmasını sübut kimi göstərmişdir. Qeyd olunanlara əsasən vəsatətin təmin edilməsini xahiş etimşdir. Məhkəmə iclasında X9 vəsatəti müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, qərardan şikayət vermək üçün buraxılmış müddət bərpa edilməməlidir. Belə ki, barəsində şikayət verilmiş qərar iş materiallarından göründüyü kimi 08 noyabr 2025-ci il tarixdə qəbul edilmişdir. Şikayətçinin isə şikayət ərizəsi məhkəməyə ilk dəfə 07 yanvar 2026-cı il tarixdə daxil olmuşdur. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, şikayətçi həmin vaxt müddətin bərpası ilə bağlı vəsatət məhkəməyə təqdim etməmişdir. Onun məhkəməyə ilk müraciət etməsi zamanı şikayətinə qoşma kimi əlavə etdiyi sənədlərin siyahısında müddətin bərpa olunması barədə vəsatət qeyd olunmamışdır. Həmçinin şikayətçi 16 yanvar 2026-cı il tarixdə özü ərizə yazaraq şikayətin və əlavə olunmuş sənədlərin ona geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Bu hal Lənkəran Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2026-cı il tarixli, 3(5- 144)-8/2026 saylı qərardad ilə, həmçinin şikayətçinin öz yazılı ərizəsi ilə də öz təsdiqini tapır. Bundan əlavə şikayətçi səhhəti ilə əlaqədar 15 gün evdən çıxa bilmədiyini vəsatətdə göstərsə də, bu barədə məhkəmə iclasında ona sənəd təqdim etmək təklif olunsa da şikayətçi tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qərardan şikayət vermək üçün ötürülmüş müddətin bərpası barədə vəsatətdə göstərilmiş əsaslar üzürlü hesab edilə bilməz. Hazırkı iş üzrə məhkəmə araşdırması zamanı şikayət verilmə müddətinin üzrlü səbəbdən buraxılması halları aşkar olunmamış, bu barədə hər hansı bir mötəbər, əsaslı, inandırıcı dəlil və məhz baxılan məsələ üzrə aidiyyəti sübut təqdim edilməmişdir. Səbəbin üzürlü hesab edilib-edilməməsi ixtiyari bir mülahizəyə görə deyil, əsaslı səbəbə görə müəyyən edilməlidir, hansı ki bu səbəb tərəflərin məhkəmə qarşısında hüquq bərabərliyinin pozulmasına münasibətdə, tərəflərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması hüququnun pozulmasına münasibətdə, ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına münasibətdə və ya səbəbin ağlabadanlığına münasibətdə haqq qazandırıla bilinsin. Lakin hazırki vəsatətdə göstərilən səbəblər yuxarıda qeyd edilənlərə münasibətdə haqq qazandırıla bilməz. Beləliklə, qərardan şikayət verməsi qaydası və halları, müddəti, buraxılmış müddətin bərpasının hansı hallarda mümkünlüyü İnzibati Xətalar Məcəlləsi ilə dəqiq müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş həmin qaydaların pozulması, buraxılmış müddətin əsassız olaraq bərpa edilməsi son nəticədə İXM-nin yuxarıda sadalanan prinsiplərinə və müəyyən edilmiş qaydalarına ziddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İXM-nin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İXM-nin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İXM-nin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Qeyd olunanlara əsasən və İXM-in 130-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından X9 tərəfindən verilmiş şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatət təmin edilməsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elmir Murquzov
Məhkəmə qərarları › İş №3(5-144)-38/2026
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(5-144)-38/2026
28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver