Məhkəmə qərarları › İş №3(5-144)-41/2026

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(5-144)-41/2026

04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(5-144)-41/2026 04.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 5 saylı X2 nümayəndəsi X8 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 5 saylı X1 daxil olmuş xx.xx.2026-cı il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Lənkəran rayonunun Bürcəli kəndində xx.xx.2026-cı il tarixdə Şəxs tərəfindən fərdi yaşayış evində formalaşan tullantı suları kənara təyinatsız axıdılmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 5 saylı X2 nümayəndəsi X8 inzibati xəta haqqında protokolu müdafiə etdi, protokolun məzmununa uyğun çıxış edərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs təqsirini etiraf etdi, maddi imkanının olmadığını, əməlindən səmimi peşman olduğunu bildirib məhkəmədən barəsinə yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 5 saylı X3 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, 001082 №-li Aktdan görünür ki, regional bölmənin xx.xx.2026-cı il tarixli, 05 saylı sərəncamı və xidmətin tabeliyində SEDAM MMC-nin mühəndisi X4 tərtib etdiyini monitorinq aktına əsasən, keçirilən monitorinq zamanı Bürcəli kənd sakini Şəxs tərəfindən fərdi yaşayış evində formalaşan tullantı sularınının evinin qarşısından keçən, yağış, qar sularının ərazidən kənarlaşdırılması üçün nəzərdə tutulmuş arxa axıdıldığı aşkar edilmişdir. İXM-in 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Lənkəran rayonunun Bürcəli kəndində yaşayan Şəxs tərəfindən fərdi yaşayış evində formalaşan tullantı sularınının evinin qarşısından keçən, yağış, qar sularının ərazidən kənarlaşdırılması üçün nəzərdə tutulmuş arxa axıtmışdır. Qeyd olunan hal inzibati xəta haqqında protokol, işdə olan sənədlər və şəxsinin özünün etirafedici izahatı ilə öz təsdiqini tapmışdır. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək tənbehlə əlaqədar aşağıdakıları qeyd edir: AR İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini və əməlindən səmimi peşman olmasını yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən halları, həmçinin əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində aşağı həddə inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 100 (bir yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar