Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(5-144)-42/2026 04.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1979-cü il tarixdə Lənkəran rayonunda anadan olmuş, Lənkəran rayonu Veravul kəndində yaşayan, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272- 1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs barəsində Lənkəran şəhər-rayon X5 Polis Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 17:30 radələrində Lənkəran rayonu Ürgə kəndi ərazisində qanunsuz ov edərək inzibati xəta törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Lənkəran şəhər rayon X5 polis bölməsinin polis sahə rəisi X3 iştirak etdiyi məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs özünə məxsus olan bir ədəd “İj 58” markalı 16 çaplı 7873 nömrəli qoşalüləli ov tüfəngi ilə xx.xx.2026-cı il tarixdə Lənkəran rayonu Ürgə kəndi ərazisində qanunsuz ov etməsi faktı aşkar edildiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Ov silahı müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almaqla əldə edildiyinə görə həmin silah Şəxs özünə qaytarılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, “İj 58” markalı 16 çaplı 7873 nömrəli qoşalüləli ov tüfəngi ona məxsusdur. Həmin silahın saxlanılması üçün onun müvafiq icazəsi vardır və qeyd olunan silah Lənkəran şəhər-rayon Polis Şöbəsində onun adına qeydiyyata alınmışdır. O, fərdi əmək fəaliyyəti ilə məşğul olaraq usta işləyir, onun ovçuluq bileti yoxdur. xx.xx.2026-cı il tarixdə ova getmiş və cəmi bir ədəd qarabatdaq növündən olan quş ovlamışdır. Sonra da çayın kənarı ilə Lənkəran rayonu Göyşaban kəndi ərazisindən piyada evinə tərəf gedərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ondan ov silahına aid sənədlərini tələb etmiş, həmçinin, ov etmək üçün icazəsinin olub-olmadığını soruşmuşlar. O, ov silahının özünə məxsus olmaqla müvafiq sənədlərinin olduğunu, ancaq ov etmək üçün rəsmi icazəsinin olmadığını bildirmişdir. Həmçinin, o, üzərində olan ov tüfəngini və ovladığı bir ədəd quşu könüllü olaraq təqdim etmişdir. Ov tüfəngi polis əməkdaşları tərəfindən ona qaytarılmışdır. O, müvafiq icazə olmadan, qanunsuz olaraq ov etdiyinə görə əməlindən səmimi peşmandır. Qeyd etdikləri nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Lənkəran şəhər-rayon X5 polis bölməsinin polis nəfəri X2 şahid qismində verdiyi izahatında göstərdi ki, Lənkəran rayonu Göyşaban kəndinin ərazisi onun nəzarətində olan ərazilərdəndir. xx.xx.2026-cı il tarixdə polis nəfəri Anar Cabbarovla birgə xidmətdə olarkən xidməti avtomobillə aiddiyyəti ərazilərə nəzarət edən zaman, təxminən, saat 18-19 radələrində bir şəxsin başında fanar, əlində ov tüfəngi və ovla yolun kənarı ilə getdiyini görmüşlər. Avtomobili saxlayaraq ona yaxınlaşmaq istəyərkən həmin şəxs onları görüb yolun kənarından kolluq və tikanlıq tərəfə qaçmışdır. O da avtomobildən düşərək həmin şəxsin arxasınca qaçıb ona çatmışdır. O, həmin şəxsdən ov etmək üçün icazəsinin və silaha dair sənədlərinin olub-olmadığını soruşmuş, həmin şəxs silaha dair icazə sənədi olsa da, ov üçün icazəsinin olmadığını demişdir. Sonradan adının Şəxs olduğunu bildiyi həmin şəxsə izah edilmişdir ki, sənədi olsa belə o, qadağan edilmiş ərazidə ov edə bilməz. Bundan sonra Şəxs üzərində olan ov tüfəngini və ovladığı bir ədəd quşu könüllü olaraq təqdim etmişdir. Onlar Şəxslə birlikdə xidməti avtomobillə Liman polis bölməsinə getmişlər. Şəxs qadağan olunmuş yerdə rəsmi icazə sənədi olmadan quş ovladığını etiraf etmişdir. Ona görə də onun barəsində inzibati qaydada protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər-rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 104 nömrəli “Ov silahının saxlanılması və təyinatı üzrə istifadəsi üçün” şəhadətnamədən müəyyən edilir ki, “İj 58” markalı 16 çaplı 7873 nömrəli qoşalüləli ov tüfəngi Şəxs adına qeydiyyata alınmış və bu barədə ona şəhadətnamə verilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər-rayon X5 polis bölməsinin sahə rəisi Tahir Gənciyev tərəfindən xx.xx.2026-cı il tarixdə verilmiş arayışdan müəyyən edilir ki, Şəxs məxsus İj 58 markalı 16 çaplı 7873 nömrəli qoşa lüləli ov tüfəngi ona qaytarılmış və əməlinə hüquqi qiymət verilməsi üçün onun barəsində olan material aidiyyəti üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs özünə məxsus olan, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almaqla əldə edib özündə saxladığı bir ədəd “İj 58” markalı 16 çaplı 7873 nömrəli qoşalüləli ov tüfəngi ilə xx.xx.2026-cı il tarixdə Lənkəran rayonu Ürgə kəndi ərazisində qanunsuz ov etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatlarını dinləyərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada məsuliyyəti ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsinə əsasən bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmin Məcəllənin 27.5-ci maddəsinə əsasən əsas dolanacaq mənbəyi ov olan fiziki şəxslərin ov hüququ məhdudlaşdırıla bilməz. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, Şəxs hazırda ovçuluq bileti və ya lisenziyası yoxdur, özünün də etiraf etdiyi kimi, ov onun əsas dolanacaq mənbəyi də deyildir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirrən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulan cərimə inzibati tənbehinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Eyni zamanda, məhkəmə işin faktiki hallarını nəzərə alaraq inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirə edilməməsini qanunamüvafiq hesab edir. Həmçinin, Şəxs məxsus olan bir ədəd “İj 58” markalı 16 çaplı 7873 nömrəli qoşalüləli ov tüfənginin onun özünə qaytarıldığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 27, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Lələyev X1 şəhər-rayon X5 polis bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək barəsində 1000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə maddi sübut - bir ədəd “İj 58” markalı 16 çaplı 7873 nömrəli qoşalüləli ov tüfənginin sahibi Şəxs özünə qaytarıldığı nəzərə alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №3(5-144)-42/2026
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(5-144)-42/2026
04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver