Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(5-144)-46/2026 23.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, Hadıyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun qanuni nümayəndəsi X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 və inzibati xəta haqqında protokol tərtib edən şəxs, Lənkəran rayonu YNH inspektoru polis baş leytenantı X3 iştirakı ilə, xx.xx.2008-ci il tarixdə Lənkəran rayonu, Kərgəlan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, Lənkəran rayonu, Ürgə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiallara Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, göstərilənlərə əsasən, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 14:00 radələrində etibarnamə və sürücülük vəsiqəsi olmadan tanışı X2 məxsus Buick Enclave markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Lənkəran rayon Şağlaküçə kənd yolunda hərəkətdə olduğu zaman idarə etməni itirərək hərəkətdə olan BMVV markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla, daha sonra VAZ-21723 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toquşmuş, zərbə nəticəsində sonradan işıq dirəyinə dəyərək dayanmış, zərbə nəticəsində Şəxs Məmməd yüngül zərər vurmaya aid xəsarət almış, BMV markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomaşına 4953 manat, VAZ 21723 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşına 1750 manat, işiq dirəyinə isə 2428 manat maddi ziyan dəydiyinə görə Lənkəran rayonu YNH inspektoru X4 tərəfindən onun barəsində İXP-nin 332.4-cü maddəsi ilə xx.xx.2026-cı il tarixli İXP ******* saylı protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə islasında Lənkəran rayonu YNH inspektoru protokolun məzmununa uyğun çıxış edərək hadisə baş verən zaman təqsirləndirilən şəxsin 18 yaşının tamam olmadığını və sürücülük hüququna malik olmadığını qeyd etdi. Təqsirləndirilən şəxs barəsində hansı növ inzibati tənbeh tədbirinin seçilməsini məhkəmənin mülahizəsinə buraxdığnı bildirdi. Məhkəmə iclasında nümayəndəsi X1 iştirakı ilə barəsində inzibati xəta haqqında icraat aparılan yetkinlik yaşına çatmayan şəxs Şəxs özünü inzibati xətanı törətməkdə təqsirli bilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ayrı ayrılıqda protokolda yazılanlara uyğun izahat verərək avtomobillərinə maddi zərər dəydiyini göstərmişlər. Zərərçəkmiş şəxs2 əlavə olaraq bildirmişdir ki, onun hər hansı bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 isə avtomobilinə dəymiş ziyanı tələb edir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2025-ci il tarixli 002275 №-li protokoldan görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar edilməmişdir. Mərkəzləşdirilmiş informasiya sistemindən Çıxarışdan görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almır, əlilliyi yoxdur. İş materiallarında olan "xxxx" MMC-i tərəfindən verilən rəydən görünür ki, BMVV markalı **-FB-*** nömrəli maşına 4953 manat, VAZ-21723 markalı **-BL-*** nömrəli maşına isə 1090 manaqt məbləğində ziyan dəymişdir. Lənkəran Şəhər İşıqlandırma Müəssisəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, işıq dirəyinin yarasız hala salınması nəticəsindəmüəssissəyə 2428 manat məbləğində ziyan dəymişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 14:00 radələrində etibarnamə və sürücülük vəsiqəsi olmadan tanışı X2 məxsus Buick Enclave markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Lənkəran rayonu, Şağlaküçə kənd yolunda hərəkətdə olduğu zaman idarə etməni itirərək hərəkətdə olan BMVV markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla, daha sonra VAZ-21723 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toquşmuş, zərbə nəticəsində sonradan işıq dirəyinə dəyərək dayanmış, nəticədə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Lənkəran Şəhər İşıqlandırma Müəssisəsinə maddi ziyan dəymişdir. Hadisə baş verən zaman Şəxs 18 yaşı tamam olmamışdır. İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi inzibati xəta tərkibini yaradır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməli etiraf etməsi, peşmançılıq hissi keçirməsi, zərəçəkmiş şəxslərdən biri ilə barışmasını onun məsuliyyətini yüngülləşdirən hallardır. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, İXM-nin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, fərdi əməklə məşğul olmasını, həmçinin məsuliyyətini yüngülləşdirən halların nəzərə alınaraq, barəsində cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qənaətinə gəlir. Belə ki, İXM-nin 30.2-ci maddəsinə görə on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə hesab edir ki, zərəşəkmiş şəxslərə onlara vurulmuş maddi ziyanla bağlı Şəxs qarşı mülki qaydada iddia qaldırmaq hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Zərəşəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Lənkəran Şəhər İşıqlandırma Müəssisəsinə onlara vurulmuş maddi ziyanla bağlı yetkinlik yaşına çatanadək Şəxs qanuni nümayəndələrinə qarşı mülki qaydada iddia qaldırmaq hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X7
Məhkəmə qərarları › İş №3(5-144)-46/2026
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(5-144)-46/2026
23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver