Məhkəmə qərarları › İş №3(5-144)-47/2026

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(5-144)-47/2026

06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(5-144)-47/2026 06.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X6 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 539.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşəgötürən "xxxx" MMC Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsindəki tələbləri pozaraq DƏMX-nin Lənkəran-Astara Regional şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-117245/2025 nömrəli icrası məcburi göstərişləri yerinə yetirmədiyinə görə DƏMX-nin Lənkəran-Astara Regional şöbəsinin baş əmək müfəttişi X1 tərəfindən "xxxx" MMC-nin barəsində xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarına tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə elan olunmaqla tədqiq edilmiş: Müvafiq olaraq xx.xx.2025-ci il tarixli 3-17-5/2-117245/2025 nömrəli “İcrası Məcburi Göstəriş” məktubundan görünür ki, "xxxx" MMC-dən 10 (on) iş günü müddətində qüvvədə olan işçilərin əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsini təmin edib, nəticəsi barədə DƏMX-nin Lənkəran-Astara regional şöbəsinə məlumat verilməsi tələb olunmuşdur. xx.xx.2026-cı il tarixli 3-17-5/2-6463/2026 nömrəli bildirişin surətindən görünür ki, icrası məcburi göstəriş məktubunda göstərilən tələblərə əməl etmədiyinə görə barəsində inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmək üçün "xxxx" MMC-nin işəgötürəni X3 xx.xx.2026-cı il tarixdə saat 11:00-da DƏMX-nin Lənkəran-Astara regional şöbəsinin inzibati binasına və ya videokonfrans vasitəsi ilə ZOOM platforması linki üzərindən qoşulmağa dəvət olunmuşdur. Məhkəmə, iclas zamanı tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, "xxxx" MMC İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, protokolu tərtib etmiş orqan protokolda qeyd olunan halları əsaslandıran sübutlarını protokola əlavə etsə də, "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gələrək onları inkar və ya həmin halları inkar edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, DƏMX-nin Lənkəran-Astara regional şöbəsi tərəfindən “Əmək və məşğulluq” altsisteminə keçirilən baxış zamanı "xxxx" MMC-də(VÖEN: **********) elektron sənəd formasına keçirilməyən əmək müqavilələrinin olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq DƏMX-nin Lənkəran-Astara regional şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-117245/2025 nömrəli icrası məcburi göstəriş məktubu ilə "xxxx" MMC-dən on iş günü müddətində qüvvədə olan işçilərin əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsini təmin edib, nəticəsi barədə DƏMX-nin Lənkəran-Astara regional şöbəsinə məlumat verilməsi tələb olunumuşdur. Məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1.1-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində,hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Lakin, "xxxx" MMC tərəfindən DƏMX-nin Lənkəran-Astara regional şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2- 117245/2025 nömrəli icrası məcburi göstərişinin yerinə yetirilməməsi halı İnzibati Xətalar Məcəlləsinin 539.1.1-ci maddəsində nəzərdə tutulmuş xətaya səbəb olmuşdur. Nəticədə DƏMX-nin Lənkəran-Astara regional şöbəsində hüquqi şəxs kimi "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1.1-cü maddəsi ilə xx.xx.2026cı il tarixində MN ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib olunmuşdur. İXM-nin 539.1-1-ci maddəsinin dispozisiyasına görə əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin qeyd olunan inzibati xətanın törətməsində təqsiri inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. İXM-nin 539.1-1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozsiyasında nəzərdə tutulmuş əməlin törədilməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. İXM-nin 18.5-ci maddəsinə əsasən bu məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını nəzərə almaqla ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 2250 (iki min iki yüz əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin və cərimə aşağıdakı hesaba köçürülsün: Alan: DƏMX Hesab №: AZ95CTRE********************, VÖEN: **********, Alanın bankı: X2 Kod: 210005 VÖEN (bank) **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, S. W. İ. F. T: BİB: CTREAZ22AZ 22, Büdcə səviyyəsinin kodu: 7, Büdcə təsnifatınıln kodu: 143600, X7 4777601. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakimi Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar