Məhkəmə qərarları › İş №3(5-144)-5/2026

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(5-144)-5/2026

06.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(5-144)-5/2026 06.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, Lənkəran ŞRPŞ-in YPX-in inspektoru polis baş leytenantı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.2001-ci il tarixdə Lənkəran rayonun Kərgəlan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Lənkəran rayonu Kərgəlan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiallara Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, göstərilənlərə əsasən, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan Toyoto Prius markalı ** OT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək xx.xx.2025-ci il tarixdə saat 22:30 radələrində Lənkəran şəhər Mirmustafaxan küçəsində işıqforun qırmızı işıqında hərəkətdə olarkən Lənkəran şəhəri H.Nəsirli küçəsində hərəkətdə olan X2 idarə etdiyi Toyota Pirus markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşduğuna və sonuncu avtomobilə maddi zərər dəydiyinə görə Lənkəran ŞRPŞ-ın Yol patrul xidməti inspektoru polis baş leytenantı X5 tərəfindən onun barəsində İXP-nin 332.4-cü maddəsi ilə 06 yanvar 2026-cı il tarixli İXP ******* saylı protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Lənkəran ŞRPŞ-in YPX-in inspektoru polis baş leytenantı X5 protokolu müdafiə edərək Şəxs özünü təqsirli bildiyini, sığorta ödənişi ilə zərər dəymiş avtomobilin təmir ediləcəyini, ailə vəziyyətini nəzərə alaraq Şəxs barəsində daha yüngül inzibati tənbeh cəzasının tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 22:30 radələrində Lənkəran şəhər Mirmustafaxan küçəsində işıqforun qırmızı işıqında hərəkətdə olarkən Lənkəran şəhəri H.Nəsirli küçəsində hərəkətdə olan X2 idarə etdiyi Toyota Pirus markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Hadisə zamanı özü xəsarət almış, başqa hər hansı şəxs xəsarət almamışdır. X2 idarə etdiyi Toyota Pirus markalı **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirmişdir ki, Şəxs hadisənin baş verməsində təqsirkardır. Ondan hər hansı şikayət və tələbi yoxdur. Şəxs barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraaat materiallarında olan tədqiq edilmiş: Lənkəran ŞRPŞ-nin İB-in müstəntiqi, polis mayoru X1 11 dekabr 2025-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində İXMnin 332.4-cü maddəsi ilə tədbir görülməsi üçün Lənkəran ŞRPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 22 noyabr 2025-ci il tarixli 002017 №-li aktdan görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar edilməmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 22 noyabr 2025-ci il tarixli 002016 №-li aktdan görünür ki, Zərərçəkmiş şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş rəydən görünür ki, Toyota PRİUS markalı **-BC-*** dövlət qeydiyyat nişanı avtomobilə ümumi 1420 manat məbləğində ziyan dəymişdir. xx.xx.2025-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş rəydən görünür ki, Toyota PRİUS markalı **-OT-*** dövlət qeydiyyat nişanı avtomobilə ümumi 6515 manat məbləğində ziyan dəymişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətaları törətmişdir. İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi inzibati xəta tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün və zərərçəkmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol, eləcə işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Şəxs törətdiyi əməli etiraf etməsi, peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən hallardır. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, İXM-nin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, fərdi əməklə məşğul olmasını nəzərə alınaraq, barəsində cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qənaətinə gəlir. Belə ki, İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar