Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(5-144)-55/2026 23.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlu, Baş Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında iş üzrə xx.xx.2026-cı il tarixli, İXP ******* saylı protokol üzrə tərtib olunmuş qərardan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X6 tərəfindən verilmiş şikayəti baxılmağa hazırlayarkən, MÜƏYYƏN E T D İ M: X2 Rayon Məhkəməsinə Baş Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında iş üzrə haqqında xx.xx.2026-cı il tarixli, İXP ******* saylı protokol üzrə tərtib olunmuş qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır. X1 tərəfindən mübahisələndirilən səlahiyyətli orqan tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, İXP ******* saylı qərarın surəti şikayət ərizəsinə əlavə olunmamışdır. Bununla da, şikayət verilmiş qərarın X1 tərəfindən mübahisələndirilən xx.xx.2026-cı il tarixli, İXP ******* saylı protokol üzrə tərtib olunmuş qərarın nə vaxt, harada, kimin barəsində qəbul olunduğunu müəyyənləşdirmək qeyri-mümkündür. Məhkəmə qərarların rəsmi qaydada verilməsi ilə bağlı şikayətçiyə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin aşağıdakı normalarını izah etməyi məqsədə müvafiq hesab edir: İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aid olması məsələsini yoxlayır. İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. 127-6.1-ci maddəsinə əsasən Barəsində bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış fiziki şəxs və ya vəzifəli şəxs qərarla razılaşmadığı hallarda həmin qərar ona bu Məcəllənin 57ci maddəsi ilə müəyyən olunmuş rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə və ya şəxsən verilə, yaxud poçt vasitəsilə göndərilə bilər. 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göründüyü kimi, qanunvericilik məhkəmə tərəfindən baxılmalı olan protokollar istisna olmaqla inzibati xəta haqqında protokoldan deyil, yalnız inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsini nəzərdə tutur. Göstərilən qanunvericiliyin müddəalarına əsasən şəxsə elektron qaydada tərtib olunmuş qərar barədə məlumat verilməsi səlahiyyətli orqanın üzərindədir və hazırda X1 tərəfindən qərarın ona təqdim olunmaması barədə heç bir münasibət bildirilməmişdir, bundan əlavə olaraq da, qərarın kağız daşıyıcıda surəti əlavə edilmədiyindən, inzibati tənbeh vermə haqqında qərarın tam olaraq hansı tarixdə, harada, kim tərəfindən törədilməsi barədə digər təsviredici məlumatlarla birlikdə inzibati tənbehvermə haqqında qərar üzrə məlumatları dəqiqləşdirmək mümkün deyildir. Beləliklə, X6 tərəfindən şikayət ərizəsinə qərarın surəti əlavə edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X3 Baş Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında iş üzrə xx.xx.2026-cı il tarixli, İXP ******* saylı protokol üzrə tərtib olunmuş qərardan Lənkəran Rayon Məhkəməsinə verdiyi şikayət ərizəsi və əlavə edilmiş sənədlər ona qaytarılsın. X4 izah olunsun ki, hazırki qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə şikayət verə bilər. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(5-144)-55/2026
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(5-144)-55/2026
23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver