Məhkəmə qərarları › İş №3(5-144)-58/2026

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(5-144)-58/2026

09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(5-144)-58/2026 09.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi və Şabanov Vdadi Fərman oğlunun katibliyi ilə, DİN Baş X9i İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 16 yanvar 2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində İXM-nin 338.3-ci maddəsi ilə xx.xx.2026-ci il tarixdə tərtib olunmuş ixp ******* saylı inzibati xəta protokola dair Qərarın ləğv olunmasını xahiş etmişdir. Ərizəçi şikayətinu onunla əsaslandırılmışdır ki, 16 yanvar 2026 cı il tarixdə sərnişin qismində Hunday Elantra markalı,**-CK-*** dövlət nömrə nişanlı X4 şəxsi avtomobili ilə Bakı şəhəri X8 hərəkətdə olduğu zaman YPX-nin 0641 saylı döş nişanın daşıyıcısı X2 tərəfindən saxlamağa hec bir səbəb olmadığı halda, saxlama işarəsi verərək sürücü tərəfdən yaxınlaşaraq ona müraciət edərək təhlükəsizlik kəmərindən istifadə etmədiyini bildirmiş, kimliyini soruşmuş, belə olan halda o, rəsmən özünü təqdim etməyə qanunla borcıu olduğunu və onu sərnişin kimi faktiki təhlükəsizlik kəmərindən istifadə etdikdə ona qarşı bildirilən əməllərin hec bir əsası, subutu olmadığını onun diqqətinə çatdırdığı zaman,qəzəblənərək guya ona tabeçilik göstərmədiyini bildirərək, YPX-nin xidməti avtomobilinin arxa oturacağına otuzduraraq, yolda hərəkətdə olduğu zaman ona qarşı alçaldıcı sözlər işlətməklə, şiddət göstərməklə kobud ifadələr işlətməklə eksesə cəlb etməyə çalışmışdır. Qeyd edilən DİN Bakı şəhəri 28 polis şöbəsinə çatdıqda onu təhvil verərək ordan uzaqlaşmışdır. 28 saylı Polis Şöbəsində 4 saat olduqdan sonra Polis Şöbə əməkdaşları əsassız gətirildiyini bildirməklə, onu sərbəst buraxmışlar. Onun iştirakı olmadan barəsində həqiqəti əks elətdirməyən, ədalətsiz uydurulmuş, hec bir subutu əsası olmayan İXM-nin 338.3-cü maddəsi ilə protokolun Qərarına əsasən 30 manat qanunsuz cərimə olunmuşdur. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş X3 və inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi Ekoloji nəzarət bölüyünün Yol patrul xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən qəbul edilmiş 16 yanvar 2026-cı il tarixli TP 772105 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 30 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, X3 16 yanvar 2026-cı il tarixdə saat 17:02 radələrində Bakı şəhəri X8 hərəkətdə olan Hyundai Elantra markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən sərnişin kimi təhlükəsizlik kəmərindən istifadə etməmişdir. Bu barədə Yol patrul xidmətinin inspektoru tərəfindən İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X1 qeyd edilən inzibati xətanı törətməsi iş materialları ilə sübuta yetirilir. Bunu təkzib edən sübut X3 tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsinə əsasən, Sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə - otuz manat məbləğində cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi Ekoloji nəzarət bölüyünün Yol patrul xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən qəbul edilmiş 16 yanvar 2026-cı il tarixli TP 772105 saylı inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan 10 (on) gün muddətinə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar