Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(5-144)-6/2026 06.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran Şəhər Rayon X8 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı X4 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1992-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən. FİN: xxxxxxx Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq,məhkəmə müəyyən etdi : Lənkəran Şəhər Rayon X8 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı X4 tərtib etdiyi 06 yanvar 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Şəxs 06 yanvar 2026-cı il tarixdə saat 10:35 radələrində yaşadığı evin qarşısında nalayiq söyüşlər söymüş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu əməlləri ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Lənkəran Şəhər Rayon X8 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı X10 məhkəmə iclasında iştirak edib, protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq qeyd etdi ki, xx.xx.2026-cı il tarixdə Liman PB-nin əməkdaşları, CA üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Nicat Həsənov, əməliyyat müvəkkili polis baş leytenantı Ruslan Miriyev, Liman PB-nin polis nəfəri polis serjantı İlkin İsmayılzadə və polis nəfəri polis serjantı Şaiq Vəliyev ilə birlikdə Lənkəran rayonu Liman şəhər sakini, 1992-ci il təvəllüdlü Şəxs oğurluqda şübhəli bilindiyi üçün izahatının alınmasından ötrü xx.xx.2026-ci il tarixdə Liman polis bölməsinə dəvət edən zaman o, küçəyə çıxaraq polis əməkdaşlarının yanında nalayiq söyüşlər söymüş, polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Onu Liman polis bölməsinə gətirən zaman Liman polis bölməsinin inzibati binasında da eyni hərəkətləri edərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. O, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin sanksiyası həddində cəzalandırılmasını məhkəmədən xahiş etdi. Barəsində inzabati xəta haqqında icraat aparılan şəxs Quluzadə X2 Şəhər Rayon X11 polis bölməsində verdiyi izahatında o, bildirmişdir ki, xx.xx.2026-cı il tarixində saat 10:35 radələrində Liman polis bölməsinin əməkdaşları ona yaxınlaşanda o, nalayiq söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Etdiyi əməldən peşmandır və bir daha bu hərəkətlərə yol verməyəcəkdir. Barəsində inzabati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında isə bildirdi ki, xx.xx.2026-cı il tarixində saat 10:35 radələrində polis işçiləri ona yaxınlaşaraq şöbəyə gəlməyini bildirmişdilər. O da bu tələbdən sonra könüllü surətdə şöbəyə getmişdir və polis əməkdaşları ilə heç bir mübahisələri olmamışdır. Məhkəmədən hazırki inzibati iş üzrə xitam verilməsini xahiş etdi. İşin məhkəmə baxışında şahid qismində iştirak edən Lənkəran Şəhər Rayon Polis Şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili polis kapitanı X7 izahatında bildirdi ki, 06 yanvar 2026-cı il tarixdə saat 10:35 radələrində Liman şəhərində yaşayan Şəxs izahatının alınmasından ötrü polis əməkdaşları ilə birlikdə onun yaşadığı ünvana getmişdilər. Onlar Şəxs çağırandan zaman o, yaşadığı evin qapısını bağlayaraq ucadan nalayiq küçə söyüşləri söyməyə başlamışdır. Bu zaman polis əməkdaşları olaraq ondan dəfələrlə evdən çıxmasını və nizam-intizama uyğun davranmasını tələb etsələr də barəsində icraat aparlan şəxs polisin qanuni tələblərinə məhəl qoymamışdır. Daha sonra X1 Liman PB-nə gətirib barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Məhkəmə iclasında şahid qismində iştirak edən polis əməkdaşları X5 və Miriyev Ruslan da izahatında polis əməkdaşı X3 izahatında qeyd etdiyi xüsusatları təsdiqlədi. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, həmçinin inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyərək məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Ona görə də o həmin maddəylə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və şahidlərin verdiyi ifadələrə əsasən müəyyən olunur ki, Şəxs əməlində polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmadığını göstərən kifayət qədər dəlillər yoxdur. Bu səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etdiyi əməldən səmimi peşmançılığı iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və ona həmin Məcəllənin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 06 yanvar 2026-cı il saat 16:55-dən hesablansın. İnzibati həbs müddətində Şəxs saxlanma yeri Lənkəran Şəhər Rayon X6 Saxlama Yeri müəyyən edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilsin. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(5-144)-6/2026
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(5-144)-6/2026
06.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver