Məhkəmə qərarları › İş №3(5-144)-68/2026

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(5-144)-68/2026

28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(5-144)-68/2026 28.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlu Şəxs haqqında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə daxil olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq m ü ə y y ə n e t d i: Şəxs xx.xx.2025-ci il tarixdə Chevrolet Nexia minik markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilərək cərimə edilməsinə baxmayaraq qeyd olunan qərarı qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün Şəxs barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Quliyev X1 Nexia minik markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilərək inzibati cərimə edilmişdir. Şəxs həmin protokol əsasında tətbiq edilmiş inzibati cəriməni qanunla müəyyən edilmiş müddətdə ödəmədiyinə görə cərimə məbləğinə müvafiq dəbbə pulu hesablanmışdır. Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə barədə qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş portaldan çıxarışlarda və ASANPAY ödəniş sistemindən çıxarışdan görünür ki, EQ 28794669 saylı inzibati xəta xəta haqqında protokol üzrə cərimə məbləği tam şəkildə ödənilmişdir. Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılmasına görə haqq ödənilməsi halları aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Həmin maddənin qeyd hissəsinin məzmununa görə bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İşin faktiki hallarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olsa da, o, barəsində tətbiq edilən inzibati cərimə və həmin cərimə məbləğinə hesablanmış dəbbə pulunu işin məhkəmə baxışına hazırlanması mərhələsinədək müvafiq hesaba ödədiyinə görə onun inzibati məsuliyyətə cəlb edilməsi zərurəti aradan qalxmışdır. Bu səbəbdən iş üzrə məhkəmə iclasının təyin edilməsinə də lüzum qalmamışdır. Həmin əsaslara görə Şəxs inzibati məsuliyyətdən azad olunması barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105, 109, 529-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar