Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(5-144)-9/2026 02.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi və məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı Baş Gömrük İdarəsindən daxil olmuş EP seriyalı, 00100-04032/25 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Bakı Baş Gömrük idarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/005608 saylı xx.xx.2025-ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, “FMF" MMC ünvanına RR484B nömrəli nəqliyyat vasitəsi ilə qələn Bakı Baş Gömrük idarəsində xx.xx.2025-ci il tarixli **********5195 sorğu nömrəli gömrük bəyannaməsi Bakı Baş Gömrük idarəsində bəyan edildiyi, lakin maİlar Azərbaycan Respublikasının gömrük ərazisinə qətırilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi" informasiya resursundan “malın çatdırılması və boşaldılmasına dair çıxarışdan qorunur kq RR484B nömrəli nəqliyyat vasitəsi ilə “FMF" MMC-nın ünvanına göndərilən mallar xx.xx.2025- cı ıl tarixdə saat 03:30 radələrındə "Beynəlxalq Dəniz Ticarəti Limam" gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi gömrük orqanına verilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı X1 xx.xx.2025-ci il tarixli qərardadı ilə «FMF” Məhdud Məsuliyyət Cəmiyyətinin barəsində tərtib edilmiş həmin protokol baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş **********5195 nömrəli, xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, hüquqi şəxs - "xxxx" MMC tərəfindən rəsmiləşdirilmiş mallar xx.xx.2025-ci il tarixdə saat 03:30-da "RT499RT/RR484B" dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində Azərbaycan Respublikasının ərazisinə idxal olunmuşdur. Məhkəmə sorğusu əsasında Bakı Baş Gömrük İdarəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli cavab məktubunda qeyd edilmişdir ki, **********25195 sorğu nömrəli gömrük bəyannaməsi əsasında hüquqi şəxs - "xxxx" MMC tərəfindən rəsmiləşdirilmiş mallar xx.xx.2025-ci il tarixdə saat 03:30-da Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda qeydiyyata alınmaqla "RT499RT/RR484B" dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində ölkə ərazisinə daxil olmuşdur. Məktubunuzda qeyd edilmiş **********1097 sorğu nömrəli qısa idxal bəyannaməsi isə gömrük orqanlarına xx.xx.2025-ci il tarixdə saat 17:53-də təqdim edilmişdir. Şəxsnə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndlərinin məhkəmə iclasında iştirakları təmin edilməmiş, nümayəndələrin məhkəməyə gəlməmələrinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla «FMF” MMC-nin inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxs tərəfindən törədilmiş əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarından müəyyən edilir ki, **********25195 sorğu nömrəli gömrük bəyannaməsi əsasında hüquqi şəxs - "xxxx" MMC tərəfindən rəsmiləşdirilmiş mallar xx.xx.2025-ci il tarixdə saat 03:30-da Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda qeydiyyata alınmaqla "RT499RT/RR484B" dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində ölkə ərazisinə daxil olmuşdur. Məktubunuzda qeyd edilmiş **********1097 sorğu nömrəli qısa idxal bəyannaməsi isə gömrük orqanlarına xx.xx.2025-ci il tarixdə saat 17:53-də təqdim edilmişdir. Halbuki “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz" və digər buraxı]ış sistemlərindən istifadə Qaydalarının" təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli yə malların gömrük sərhədim keçməsindən ən azı 1 (bır) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində «FMF” MMC-nin maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə «FMF” MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs «FMF” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 1.500 (min beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(5-144)-9/2026
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(5-144)-9/2026
02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver