Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(5-144)-96/2026 03.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X6 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 və tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Lənkəran Rayon Məhkəməsinin 2(049)-1366/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İnzibati protokolu tərtb etmiş orqanın nümayəndəsi bildirdi ki, borclu həbsdən çıxdıqdan sonra o, şöbəyə dəvət olunmuş və icra sənədinin könüllü icrası barədə ona məlumat verilmişdir. Hazırda borclunun 6630 manat aliment borcu vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, tələbkarla nikahları o həbsdə olarkən pozulub və həbsdən çıxandan sonra aliment borcu barədə xəbər tutub. Hazrda 5 aydır həbsdən azad olub və mebel sexində işə düzəlib. Aylıq qazancı 300-400 manatdır. Bu günə qədər aliment borcundan üç dəfə 50 manat, bir dəfə isə 90 manat ödəmişdir. Maddi imkanı zəif olduğu üçün borcu ödəyə bilməmişdir. Himayəsində yaşlı ata və anası var. Anası yaşa görə təqaüd alır, atası isə aprel ayından etibarən pensiya almağa başlayacaq. Ona görə aprel ayından başlayaraq atasının da dəstəyi ilə stabil aliment ödəyə biləcək. Həbsdən çıxdıqdan sonra uşaqla ünsiyyət qurmağa cəhd göstərsə də, tələbkar buna mane olur, lakin ünsiyyətlə bağlı məhkəməyə müraciət etməmişdir. Məhkəmədən ailə və maddi vəziyyətinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən tələbkar Zərərçəkmiş şəxs bildirdi qızı ki, 2022-ci ildə borclu həbsdə olarkən nikahları pozulmuş və o, atası evinə köçmüşdür. Lakin cavabdeh həbsdən çıxdıqdan sonra da alimnet borcunu ödəməyə səy göstərməmişdir. O, övladını özü işləyərək və valideyinlərinin dəstəyi ilə böyütmüş, borclu və onun valideyinləri isə ona bu barədə köməklik göstərməmişlər. Borclu barəsində veriləcək tənbeh növünün müəyyən edilməsini məhkəmənin mülahizəsinə buraxır. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1366/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin alınıb anası X3 verilməsi qət edilib. İcraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1366/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. İcra məmuru tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli MN ******* saylı Protokolun surətindən görünür ki, məhkəmənin 2(049)-1366/2022 saylı qətnaməsini icra etməkdən yayındığı üçün Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi inzibati protokol tərtib edilərək məhkəməyə təqdim olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 8(049)-413/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Mərkəzləşdirilmiş informasiya sistemindən Çıxarışdan və izahatından görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, icra məmurunun izahatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağarlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 03 fevral 2025-ci il tarix, saat 17:20-dən hesablansın. Həbsin sonu 23 fevral 2025-ci il tarix, saat 17:20 hesab edilsin. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X7
Məhkəmə qərarları › İş №3(5-144)-96/2026
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(5-144)-96/2026
03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver