Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(5-144)-98/2026 23.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan Lənkəran Şəhər Rayon Polis Şöbəsinin nümayəndəsi X6, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Lənkəran Şəhər Rayon X9 X13 Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X4 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1989-cu il tarixdə Lənkəran rayonunda doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, Lənkəran rayonu, Osaküçə ərazi dairəsi, Osaküçə kəndində qeydiyyatda olmaqla orada yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Lənkəran Şəhər Rayon X9 X13 Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X7 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İXP ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 21:47 radələrində «HYUNDAİ İ-40 MİNİK» markalı **-CH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən AR İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə təqdim etmişdir. Həmin ərizədə qeyd etmişdir ki, uzun illərdir Lənkəran şəhərində yerləşən "Ləvəngi” dairəsindən Bakı şəhərinə sərnişin daşımaqla məşğul olaraq ailəsini dolandırır. xx.xx.2026-cı ।l tarixdə özünə məxsus olan "Hunday i 40" markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomaşınıyla Bakı şəhərindən Ləvəngi dairəsinə gələrək maşını kənarda saxlamışdır. Bu zaman Lənkəran RPŞ-nin DYPB-nin polis serjantları, adların sonradan bildiyi Rəşadət və Mahir xidmət apardıqları ** YP *** nömrəli yol patrul avtomaşınını saxlamışlar, Rəşadət maşından düşərək demişdir ki, maşınları buradan götürün yoxlama var. O, öz maşınını Elcan marketin yanına vermişdir. Bu zaman Rəşadət ona yaxınlaşaraq demişdir ki "səndə salamatçılıqdırmı" o, onun bu sözlərini başa düşməmişdir. Sonra Rəşadət demişdir ki, otur yol polisi avtomaşınına sənlə oyun oynayıb səni başa salacağam. O, Rəşadətə dedi nə oynamaq 'futbol oynayacağıq kı". Rəşadət bu vaxt ona bildirmişdir ki, səni narkoloji dispanserə aparıb orada səndən narkotik vasitə aşkar etdirərəm. O, Rəşadətə bildirmişdir ki, o nə narkotik vasitə qəbul edir, nə də ki narkotik təsiri altında maşın idarə edir. Onlar maşını birbaşa narkoloji dıspanserin qarşısına sürmüşlər. Protokol olmadığı üçün o narkotest verməmişdir. Rəşadət və Mahir maşını Ləvəngi istiqamətinə sürmüşlər, hər ikisi ondan soruşmuşlar ki, sən kimlərdənsən və onun əmisi Əşrəfi tanımışlar, ona demişlər ki, Əşrəfə zəng et danışaq. O, əmisinə zəng etmiş, onlar əmisini Lənkəran polis şöbəsinin qarşısına çağırmışlar. Əmisi gəlmiş, onlar əmisindən 3000 manat pul tələb etmişlər ki, ya pulu verirsən ya da narkotik vasitə təsiri aİtında maşın idarə etməyi barədə akt tərtib edəcəklər. Əmisi 3000 manat verməkdən imtina etmiş, Mahir protokol olmadan onu yol polisi maşınında narkoloji dispanserə aparmışdır. Orada sidik vermiş, Mahir sidiyə baxıb demişdir ki, səndə 4 növ narkotik vasitə aşkarlanmışdır. Lakın labaratoriyada işləyən xanım demişdir ki, səndə heç vasitə aşkarlanmadı. O, Mahirdən Rəşadətdən müayinə aktını və protokolu tələb etmiş, amma ona bunları verməkdən imtina etmişlər. Bundan sonra Mahir ona demişdir ki, maşınını polis şöbəsinin həyətinə gətir. O, maşını aparmaqdan imtina etmiş, Mahır başqa bir polis işçisi çağırıb onun maşınını iştirakı olmadan şöbəyə aparmışdır. O, dərhal DİN nin 102 xidmətinə və 902 xəttinə məlumat vermişdir. 902 ona bildirmişdir kı, Mərkəzi Xəstəxanaya get, xəstəxana onu qəbul etməmiş, demişlər narkolojiyə get. 9103-ü yığmış, oradan ona demişlər ki, narkoloji narkotik vasitənin təsiri altında olmamağın barədə akt verməlidir, hər bir halda ona akt verilməlidir. Narkoloji Dispanserdə adını bilmədiyi həkim ona sənəd verməkdən imtina etmiş və onun narkotik vastənin təsiri altında olmamağını sozlə bildirərək demişdir ki, ona tapşırıblar ki, heç kəsə sənəd vermə, yol polis əməkdaşlarına aktı vermişdir. O, vəziyyətin belə olduğunu görüb dərhal Bakı şəhər Narkoloji Mərkəzinə getmişdir. Bazar günü olduğundan ora bağlı olmuş və xx.xx.2026-cı il tarixində Narkoloji Mərkəzdə müayinədən keçmiş və narkotik vasitə aludəçisi olmağı təstiq olmamışdır. xx.xx.2026-cı il tarixdə ona məxsus mobil telefonuna İXM-nin 333 1.1 ci maddəsi ilə 600 manat cərimə olunmağı barədə sms gəlmişdir. O, Lənkəran RPŞ nin DYPB-nə yaxınlaşmışdır ki, izahat versin. Rəşadət şöbədə ona demişdir ki, onlara pul verməsə maşınını buraxmayacaqlar. Ona telefonunda vətəndaşlara zorakılıq görüntüsünü göstərib demişdir ki, onu da bu cür məhkəməyə təqdim edəcəklər və sürücülük huququndan məhrum edəcəklər. O, uzun illərdi ki, avtomaşın idarə edir, qaydalara riayət etməklə intizamlı sürücüdür. Özü də nə sipirtli içki içir, nə də ki narkotik vasitələr qəbul edir. Lənkəran ŞRPŞ-nin DYBP-nın əməkdaşları əsasssız olaraq ondan pul almaq məqsədi ilə ona şər atıblar. Əgər o, narkotik vasitənin təsiri altında avtomaşın idarə etsəydi, həmin protokolu ona göndərərdilər. Bundan başqa, o Bakı şəhəri Narkoloi Mərkəzində müayinədən keçib və ona narkotik vasitə aludəçisi olmamağı barədə 606 saylı akt verilmişdir. Əmisi Əşrəf də hadisə vaxtı yanında olmuşdur, lazım olsa faktları təsdiq edə bilər. Mahir və Rəşadət ona hədə qorxu gələrək əgər şikayət etsə onu Lənkəranda maşın sürməyə qoymayacaqlarını demişlər. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X10 izahatında bildirmişdir ki, YPX-nın əməkdaşları vətəndaşı saxladıqdan sonra onun şübhəli hərəkətlərinə görə, ondan narkoloji müayinədən keçməsi üçün onu xəstəxanaya dəvət ediblər. Müayinə zamanı testin nəticəsi pozitiv olub. Sistemə baxanda görüblər ki, X5 əvvəllər də narkotik vasitədən istifadə etdiyi üçün saxlanıb. Bu hadisə 2 il əvvəl olub. Şəxs əvvəllər DİN-in əməkdaşı olub, lakin o narkotikdən istifadə etdiyi üçün işdən çıxarılıb. Şöbədə inzibati otaqda izahat yazmaqdan imtina edib və narkotik istifadəçisi olmadığını bildirib. Şəxs sürücülük hüququndan məhrum olunmasını məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Lənkəran Şəhər Rayon X9 X13 Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X7 izahatında bildirmişdir ki, Ləvəngi dairəsində sürücü maşını yolun hərəkət zolağında saxlamışdır. Sürücüyə yaxınlaşıb özünü təqdim etmişdir. Sürücü özünü şübhəli apardığı üçün onu X2 aparmışdır. Növbədə olan tibb bacısı testi etmiş və testin nəticəsində sürücünün marixuana qəbul etdiyi aşkarlanmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim etdiyi ərizənin məzmununa uyğun izahat verdi və barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, Şəxs onun qardaşının oğludur. O, Lənkəran rayonu, Osaküçə kndində yaşayır. 31 yanvar 2026-cı il tarixdə evində olarkən Elnur ona zəng edərək, bildirmişdir ki, yol patrul xidməti əməkdaşı onu saxlayıb və onu tanıyır və onunla danışmaq istəyir. Polis əməkdaşı ilə telefonda danışanda o, demişdir ki, adı Mahirdir, onu şəhərə çağırmışdır. O, şəhərə getmişdir. Mahir demişdir ki, 3.000 manat ona versin ya da Elnurun narkotik istifadə etdiyini yazacaq. Maşında 2-3 saata yaxın onları gəzdirmişdir. Elnuru analizə də gec aparmışlar. İş üzrə şahid X8 izahatında bildirmişdir ki, Lənkəran Rayonlararası Narkoloji xəstəxanasında tibb bacısı vəzifəsində işləyir. 31 yanvar 2025-ci il tarixdə o, işlədiyi tibb müəssisəsində tərtib edilmiş növbətçilik cədvəlinə əsasən, növbətçi olmuşdur. Onun növbətçilik vaxtında Şəxs yol patrul xidmətinin əməkdaşı Mahir Məmmədov tərəfindən sərxoşluq müayinəsinə gətirilmişdir. Həmin şəxsin müayinəsinin o, özü aparmışdır. Həmin vaxt orada heç bir narkoloq həkim olmamışdır. Müayinə nəticəsində Şəxs sidiyində marixuana qəbul etdiyi, yəni kannabinoid pozitiv aşkar edilmişdir. Bu barədə müvafiq protokol onun tərəfindən tərtib edilmiş, imzalanmış və polis əməkdaşına təqdim edilmişdir. Sonradan həmin gün iki dəfə Şəxs həmin tibb müəssisəsinə gələrək, yenidən təkrar müayinədən keçirilməsini tələb etmişdir, lakin müayinəni yalnız polisin göndərişi əsasında keçirə biləcəyini ona bildirmişdir. Lənkəran Narkoloji dispanserində olan analizlə Bakı şəhərində keçirilən testdə ziddiyyət olmasının bir neçə səbəbi ola bilər. Şəxs sistemlə öz qanını yuyursa müayinədə narkotik və ya başqa vasitələr qabda göstərilməyə bilər. Həmçinin şəxs narkotik vasitəni 1 ay və ya daha əvvəl qəbul edib, narkotikin təsirinin tamami ilə keçməsinə yaxın da test olunmuş ola bilər. İşin məhkəmə baxışı zamanı inzibati xəta haqqında protokolu tərtib edən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş Yol Patrul Xidmətinin xidməti əməkdaşı tərəfindən videokamera ilə qeydə alınmış videoyazıya baxış keçirilən zaman müəyyən edilmişdir ki, ağ tibb işçisi xalatında olan qadın cinsli şəxs Şəxs qabda test nümunəsi olan sidiyi qəbul edərək, müayinəsini aparır. Şəxs analizin ona məxsus olduğunu və hec bir mudaxilə olmadığını bildirir. Testi keçirən xanım əməkdaş ona THC və metadandan istifadə etdiyini bildirir. Şəxs isə heç bir narkotik vasitədən istifadə etmədiyini bildirir. Şəxs tərəfindən məhləməyə təqdim olunmuş videoyazıya məhkəmə iclasında baxış keçirilərkən müəyyən edildi ki, həmin videoyazıda Şəxs tibb müəssisəsində təkrar narkoloji müayinədən keçirilməsini tələb edir. İşin faktiki halları araşdırılarkən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol, iş materialları və işdə iştirak edən şəxslərin izahatları arasında ziddiyyətlər mövcuddur. İş materiallarına əlavə edilmiş Lənkaran Rayonlararası Narkoloji xəstəxanası tərəfindən təqdim edilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair” 000325 saylı, xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, müayinə zamanı Şəxs sidiyində kannabinoid aşkar edilmişdir. Həmin protokolun tibb işçisi Z.Çodarlı tərəfindən tərtib edildiyi qeyd edilmişdir. Protokolda həkim-narkoloqun qeydi və imzası yoxdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş “Bakı şəhər Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında” 606 saylı, xx.xx.2026-cı il tarixli Aktından müəyyən edilir ki, 02 fevral 2026-cı il tarixdə Şəxs üzərində aparılan müayinə zamanı sidiyində narkotik vasitə və psoxotrop maddə aşkar edilməmişdir. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, 31 yanvar 2026-cı il tarixdə Şəxs barəsində “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair” protokol həkim-narkoloq tərəfindən deyil, tibb bacısı X8 tərəfindən tərtib edilərək, təsdiqlənmişdir. Eyni zamanda tibbi müayinə də həmin tibb bacısı tərəfindən aparılmışdır. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 3.1. çaddəsində alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası qanunun 20.1. maddəsində insan psixikasına təsir göstərən maddələrin istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının bütün növlərinin müəyyən edilməsi məqsədilə aparılan tibbi müayinə yalnız narkoloji tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə aparılan tibbi müayinə təhqiqat, istintaq orqanlarının və məhkəmənin qərarı əsasında, habelə işə götürənin vəsatəti və ya müayinə olunan şəxsin təşəbbüsu əsasında həyata keçirilir. İşin faktiki hallarından müəyyən edilmişdir ki, xx.xx.2026-cı il tarixdə Şəxs üzərində narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələbləri pozulmaqla tibbi müəssisəsinin həkim-narkoloqu tərəfindən deyil, həmin tibb müəssisəsinin tibb bacısı tərəfindən həyata keçirilmişdir. Həmçinin həmin tarixdən 2 gün sonra, yəni 02 fevral 2026-cı il tarixdə Şəxs üzərində həkim-narkoloq tərəfindən aparılan müayinə zamanı sidiyində narkotik vasitə və psoxotrop maddə aşkar edilməmişdir. İXM-nin 333-1.1-ci maddəsinə əsasan, Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Yuxarıda qeyd ediləm hallar Şəxs AR İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olmasına şübhələr yaradır. AR İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı sübuta yetirilməmişdir. Ona görə də onun həmin maddə ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(5-144)-98/2026
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(5-144)-98/2026
23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver