Məhkəmə qərarları › İş №3(5-144)-99/2026

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(5-144)-99/2026

19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(5-144)-99/2026 19.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi və Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, Hüquqi şəxs «Şəxs» MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyənetdi: X3 Xidmətinin Lənkəran - Astara regional şöbəsi tərəfindən tərəfindən 27 yanvar 2026-cı il tarixdə «Şəxs» MMC barəsində MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd edilmişdir ki, X3 Xidmətinin Lənkəran- Astara regional şöbəsi tərəfindən “Əmək və məşğulluq” altsisteminə keçirilən baxış zamanı «Şəxs» MMC tərəfindən sistemə daxil edilmiş əmək müqaviləsi bildirişində X2 (FİN:4JYEXT5) əmək haqqı minimum əmək haqqı məbləğindən aşağı qeyd edildiyi müəyyənləşdirilmişdir. Qeyd olunanları nəzərə alaraq X3 Xidmətinin Lənkəran - Astara regional şöbəsinin xx.xx.2025ci il tarixli 3-17-5/2-117263/2025 nömrəli icrası məcburi göstəriş məktubu ilə «Şəxs» MMC-dən 10 (on) iş günü ərzində əsas iş yeri və tam iş vaxtı rejimi üzrə işləyən və əmək müqaviləsində 400 manatdan aşağı əmək haqqı daxil edilən işçilərin əmək haqqı məbləğlərinə düzəliş edilməsi, müvafiq dəyişikliklərin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi və görülmüş tədbirlər barədə X3 Xidmətinin Lənkəran- Astara regional şöbəsinə məlumat verilməsi tələb olunmuşdur. Məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1.1-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın (X3 Xidmətinin) icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Lakin, «Şəxs» MMC tərəfindən X3 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-117263/2025 nömrəli icrası məcburi göstərişin yerinə yetirilməməsi halı İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş xətaya səbəb olmuşdur. Nəticədə X3 Xidmətinin Lənkəran- Astara regional şöbəsində hüquqi şəxs kimi «Şəxs» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1.1-cü maddəsi ilə xx.xx.2026-cı il tarixində MN ******* nömrəli İnzibati xəta haqqında Protokol tərtib olunmuşdur. İşin məhkəmə baxışının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikasının Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Lənkəran - Astara regional şöbəs lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs «Şəxs» MMC lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan X3 Xidmətinin Lənkəran - Astara regional şöbəsi tərəfindən «Şəxs» MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli “İcrası məcburi göstəriş”dən görünür ki, həmin göstərişlə «Şəxs» MMC-dən 10 (on) iş günü ərzində əsas iş yeri və tam iş vaxtı rejimi üzrə işləyən və əmək müqaviləsində 400 manatdan aşağı əmək haqqı daxil edilən işçilərin əmək haqqı məbləğlərinə düzəliş edilməsi, müvafiq dəyişikliklərin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi və görülmüş tədbirlər barədə X3 Xidmətinin Lənkəran- Astara regional şöbəsinə məlumat verilməsi tələb olunmuşdur. İş materiallarında olan çıxarışdan müəyyən edilir ki, X3 Xidmətinin Lənkəran - Astara regional şöbəsi tərəfindən «Şəxs» MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli “İcrası məcburi göstəriş” xx.xx.2025-ci il tarixdə «Şəxs» MMC-nin elektron şəxsi kbinetinə yerləşdirilmişdir. İş materiallarında olan X3 Xidmətinin Lənkəran - Astara regional şöbəsi tərəfindən «Şəxs» MMC-yə ünvanlanmış xx.xx.2026-cı il, 3-17-5/2-6460/2026 sayılı bildirişdən görünür ki, «Şəxs» MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli “İcrası məcburi göstəriş” xarakterli məktub icra edilməmişdir. xx.xx.2026-cı il tarixində «Şəxs» MMC barəsində inzibati protokol tətbiq olunmasına həmin hüquqi şəxsin işəgötürəni X1 dəvət edilmişdir. İş materiallarına əlavə edilmiş poçt qəbzindən görünür ki, X3 Xidmətinin Lənkəran - Astara regional şöbəsi tərəfindən «Şəxs» MMC-yə ünvanlanmış poçt göndərişi xx.xx.2025-ci il tarixdə həmin hüquqi şəxsə təqdim edilməsi üçün poçt xidmətinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş poçt qəbzindən görünür ki, X3 Xidmətinin Lənkəran - Astara regional şöbəsi tərəfindən «Şəxs» MMC-yə ünvanlanmış poçt göndərişi xx.xx.2026-cı il tarixdə həmin hüquqi şəxsə təqdim edilməsi üçün poçt xidmətinə təhvil verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin məzmununa əsasən, Əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, «Şəxs» MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin Məcəllənin 75-ci maddəsinə görə inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Maddənin 2-ci bəndinə görə bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603- cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Həmin Məcəllənin 116.4-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, zərərçəkmişə dəymiş maddi ziyanı ödəməsi qismən ödəməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir.” İş üzrə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hüquqi şəxs «Şəxs» MMC İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, İXM-nin 116-cı maddəsinə əsasən barəsində inzibati cərimə növündə tənbeh şərti tətbiq edilməli, şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırmaq üçün müddət müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130,145 və 529.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Şəxs» MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2.000 (iki min) manat miqdarında cərimə edilsin. İnzibati cərimə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinə əsasən şərti tətbiq edilsin. Hüquqpozmanı aradan qaldırmaq üçün 1 (bir) ay müddət müəyyən olunsun. «Şəxs» MMC tərəfindən hüquqpozma aradan qaldırılmasa, bu halda qərarda nəzərdə tutulan cərimənin ödənilməli olduğu hüquqi şəxsə izah edilsin. «Şəxs» MMC-yə hüquqpozmanın aradan qaldırılması barədə məhkəməyə məlumat verməsi izah edilsin. Qərardan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar