Məhkəmə qərarları › İş №3(5-145)-1/2026

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-1/2026

05.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-1/2026 05.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə. xx.xx.1991-ci ildə Masallı rayonu, Köhnə Alvadı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, Masallı rayonu, Köhnə Alvadı kəndində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-2246/2019 saylı, 17 dekabr 2019-cu il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahından 10 aprel 2017-ci ildə doğulmuş X3 adlı uşağın yetkinlik yaşma çatanadək saxlanılması üçün 16 avqust 2019-cu il tarixdən başlayaraq Şəxs hər ay 150 (bir yüz əlli) manat sabit məbləğində aliment tutulub Şamiyeva (Nəsirova) Aysun Məsləhət qızına verilməlidir. Şəxs heç bir üzürlü səbəb göstərmədən öz öhdəsinə düşən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmışdır. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında bildirdi ki, Masallı rayon Məhkəməsi tərəfindən verilmiş 2(050)-2246/2019 saylı, 17 dekabr 2019-cu il tarixli icra sənədinə əsasən Şəxs bir uşağın saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit məbləğində aliment tutulub Şamiyeva (Nəsirova) Aysun Məsləhət qızına verilməlidir. İcra sənədi 19 dekabr 2019-cu il tarixdə Masallı rayon İcra və Probasiya şöbəsinin keçmiş icra məmuru Qəribağa Mirhəşimovun icraatına daxil olmuş və 20 dekabr 2019-cu il tarixdə icraata başlama haqqında qərar qəbul edilib tərəflərə göndərilmişidir. Borclu aliment borclarını ödəmədiyinə görə onun barəsində 18 sentyabr 2020-ci il tarixdə ölkədən getmə hüququ məhdudlaşdırılması barədə verilmiş təqdimat təmin olunmuşdur. 25 avqust 2020-ci il tarixdə borclu barəsində axtarış qərarı qəbul olunub Masallı RPŞ-nə göndərilmişdir. Masallı RPŞ-də xx.xx.2020-ci il tarixdə borclu barəsində axtarış işi açılmışdır. 06 yanvar 2021-ci il tarixdə Nəsirov X2 RPŞ-nin əməkdaşları tərəfindən Masallı rayon İcra və Probasiya şöbəsinə gətirilmiş və ona 2150 (iki min yüz əlli) manat aliment borcun ödənilməsi tələb olunmuşdur. Lakin borclu aliment borclarını ödəməmişdir. Bununla ələqadar olaraq Masallı Rayon Məhkəməsinin 06 yanvar 2021-ci il tarixli inzibati qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə borclu 10 (on gün) müddətinə inzibati qaydada həbs olunmuşdur. Bundan sonra Qəribağa Mirhəşimovun iş yeri dəyişildiyindən 2021-ci ildə icra işi ona təhvil verilmişdir. Borclu həbsdən azad olunduqdan sonra borcunu ödəmədiyindən yenidən onun barəsində xx.xx.2022-ci tarixdə axtarış qərarı qəbul olunub Masallı RPŞ-nə göndərilmiş və Masallı RPŞ-də axtarış işi açılmışdır. xx.xx.2022-ci il tarixdə Masallı RPŞ-nin əməkdaşları tərəfindən Masallı rayon İcra və Probasiya Şöbəsinə borclu gətirilmiş və ondan 5150 manat aliment borcunun ödənilməsi tələb olunmuşdur. Lakin borclu həmin məbləği ödəyə bilməmişdir. Lakin tələbkarla razılığa gəlmişdir və bildirmişdir ki, hər ay 300 (üç yüz) manat olmaqla aliment ödəyə bilər. Tələbkar bununla bağlı icra şöbəsinə ərizə ilə müraciət etmişdir ki, hər ay ödəmək şərti ilə 300 manatla razılaşır, lakin onun barəsində inzibati tədbir görülməsin. Xanımın ərizəsinə əsasən borclu buraxılmışdır. Bundan sonra borclu həmin ərizəyə əsasən hər ay 300 manat olmaqla aliment borcunu ödəmədiyindən tələbkar icra şöbəsinə müraciət etmişdir ki, borclu 300 manatı ödəmir. Bununla bağlı yenidən borclu barəsində axtarış elan edilmişdir. xx.xx.2024-cü ildə borclu barəsində inzibati qaydada protokol verilmişdir və borclu 10 gün müddətində inzibati qaydada həbs olunmuşdur. Borclu çıxdıqdan sonra yenidən aliment borcunu ödəmədiyindən borclu barəsində 2025-ci ilin yanvar ayında axtarış verilmişdir. Hal-hazırda 10390 manat ödənilməmiş aliment borcu vardır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, tələbkara təklif etmişdir ki, icarəyə maşın götürüb taksi fəaliyyəti ilə məşğul olur və gündəkil qazancından ödəniş etsin. 2-3 gün gündəlik ödəniş etmiş, lakin tələbkar tərəfin narahatçılıq yaratdığını görmüşdür. O, gündəlik 25 manat pul atdığı zaman həmin məbləğ gözünə görünmür. Lakin cəmlədiyi zaman bəzən maşın xarab olur, çünki taksidi gün açılandan axşama kimi işləyir. İndidə təklif etmişdir ki, bu gün 500 manat ödəniş etsin, gündəlikdə 25 manat kartına atsın. Bundan artığına gücü çatmaz. Maşında öz adına deyilki gedib tələbkarın adına keçirsin icarə maşındır. Məhkəmədən ayın sonuna kimi ona möhlət verilməsini xahiş etdi. Bu gün 500 manat versin, gündəlikdə 25 manat ödəsin. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 3(050)-42/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 3(050)-354/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Müəyyən edilir ki, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini məqsədə və qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 05 yanvar 2026-cı il tarixdən, saat 17:30-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Nəsirov X2 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar