Məhkəmə qərarları › İş №3(5-145)-104/2026

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-104/2026

09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-104/2026 09.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclasa katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, qərardan şikayət verən şəxs X4 iştirakı ilə X4 Masallı rayon Polis şöbəsinin Yol Patrul Xidməti inspektoru polis serjantı X7 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 29 yanvar 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: X5 şikayət ərizəsi ilə müraciət edərək pozulan hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Sonradan məhkəmə iclasında ərizə təqdim edərək inzibati tənbeh vermə haqqında TP seriyalı ******* nömrəli, 29 yanvar 2026-cı il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Masallı şəhəri, H.Əliyev prospekti ərazisində **-OX-*** qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən onu **-YP-*** nömrə nişanlı patrul avtomobili saxlamışdır. O, avtomobildən düşərək onlara yaxınlaşmış, serjant Vüsal Həsənov patrul avtomobilindən düşərək özünü ona təqdim etmədən törətdiyi xətanı izah edib, maddəsini demədən ona qanunsuz suallar verərək, onla kobud rəftar edib protokol yazacağını bildirmişdir. O, da yol patrul inspektoruna yazıb göndərməsini bildirmiş, avtomobilinə əyləşib, getmək istəyərkən Vüsal Həsənov gəlib avtomobilinin qarşısını kəsərək heç yerə gedə bilməzsən deyəndən sonra onunla mübahisə etməyə başlamışdır. Sonra ona “düş aşağı sənə göstərəcəm” deyə cümlələr işlətmişdir. Vüsal Həsənov şəxsi öz istifadəsində olan mobil telefonu çıxararaq, onun avtomobilini, onu və avtomobilnin içinə başını salaraq çəkiliş etməyə başlamışdır. Ona qanunsuz olduğunu bildirsə də, Vüsal Həsənov buna məhəl qoymamış hara istəsən gedib şikayət edə biləcəyini demişdir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs X5 şikayəti müdafiə edərək bildirmişdir ki, sərnişin daşıma qaydasını pozduğu üçün yol patrul xidməti əməkdaşı onun idarə etdiyi avtomobili saxlamışdır. Lakin avtomobil ilə hərəkətdə olarkən uşaq qabaq oturacaqda oturmamışdır, avtomobili saxladıqdan sonra qabaq oturacağa keçmişdir. Yol patrul xidməti əməkdaşı ona sərnişin daşıma qaydasını pozduğunu bildirmişdir. O, da əgər qayda pozuntusuna yol vermişdirsə protokol yazmasını demişdir. Yol patrul xidməti əməkdaşı öz telefonu ilə çəkiliş apardığı üçün bunu sübut kimi qəbul etmir. Yol patrul xidməti əməkdaşı uşağın qabaq oturacaqda oturması ilə bağlı görüntü təqim etməlidir. Qeyd olunanlara əsasən məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. Masallı rayon Polis şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Masallı rayon Polis şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə qərardan şikayət verən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Masallı rayon Polis şöbəsinin Yol Patrul Xidməti X1 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 29 yanvar 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 29 yanvar 2026-cı il tarixdə, saat 17:39 radələrində “Cehvrolet Cruze” minik markalı, **-OX-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X3 şəhərində sərnişin daşıma qaydasını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 56-cı maddəsinin İX hissəsinin 2-ci bəndinə əsasən 12 yaşından kiçik uşaqları hesaba almadan, nəqliyyat vasitəsinin texniki xarakteristikasında nəzərdə tutulduğundan artıq sayda (nəqliyyat vasitəsinin faktik kütləsi istehsalçı müəssisənin müəyyən etdiyi icazə verilən maksimum kütlənin kəmiyyətindən artıq olmamalıdır) habelə, motosikletin arxa oturacağında, minik avtomobilinin qabaq oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda, 12 yaşınadək uşaqları, minik avtomobilinin arxa oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda 3 yaşınadək uşaqları (arxa oturacaqda yanında bir nəfər böyük müşayiətçi olduğu hallar istisna olmaqla) həmin nəqliyyat vasitələrində daşımaq qadağan edilir. Məhkəmədə müəyyən olundu ki, “Cehvrolet Cruze” minik markalı, **-OX-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X5 29 yanvar 2026-cı il tarixdə, saat 17:39 radələrində Masallı şəhərində sərnişin daşıma qaydasını pozduğuna görə Masallı rayon Polis şöbəsinin Yol Patrul Xidməti X1 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 29 yanvar 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə X4 inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün istinad etdiyi dəlillərini DVD diskdə olan görüntülərə və iş materiallarına əsasən həqiqətə uyğun olmayan və inzibati məsuliyyətdən boyun qaçırması üçün verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, DVD diskdə olan görüntüyə məhkəmə iclasında qərardan şikayət verən şəxsin iştirakı ilə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, yol patrul xidməti əməkdaşı X4 idarə etdiyi “Cehvrolet Cruze” minik markalı, **-OX-*** dövlət nömrə nişanlı avtomobili saxladıqdan sonra sürücüyə uşağı qabaq oturacaqda oturtduğuna görə qayda pozuntusuna yol verdiyini və uşağı arxa oturacağa keçirməsini bildirmiş və buna görə barəsində inzibati protokol tərtib olunacağını bildirmişdir. Rauf Feyzullayev isə qayda pozuntusuna yol veribsə protokol tərtib olunmasına etiraz etmədiyini bildirmişdir. Rauf Feyzullayev uşağın qabaq oturacaqda oturmadığını və sərnişin daşıma qaydasını pozmadığını bildirməmişdir. Eyni zamanda yol patrul xidməti əməkdaşı tərəfindən qeydə alınmış videogörüntüdən görünür ki, Rauf Feyzullayevin idarə etdiyi avtomobilin ön sərnişin oturacağında 12 yaşından kiçik uşaq oturmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur və bu səbəbdən şikayət rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. X2 TP seriyalı ******* nömrəli, 29 yanvar 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan 30 yanvar 2026-cı il tarixdə məhkəməyə şikayət etdiyindən qərardan şikayət vermə müddəti ötürülməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Masallı rayon Polis şöbəsinin Yol Patrul Xidməti inspektoru polis serjantı X11 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 29 yanvar 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayəti təmin edilməsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar