Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-109/2026 11.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1967-ci ildə Masallı rayonu, Böyük Xocavar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Masallı rayonu, Böyük Xocavar kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Alayından daxil olmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 28 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs 28 yanvar 2026-cı il tarixdə, saat 13:02-də “Ford Transit” minik markalı, **-KU-*** dövlət nömrə nişanlı avtomobili psixotrop maddədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, “Ford Transit” yük markalı avtomobil ilə köhnə avtomobil yolundan təzə yola çıxarkən yol patrul xidməti əməkdaşı onun idarə etdiyi avtomobili saxlamışdır. Yol patrul xidməti əməkdaşı avtomobilin texniki baxışdan müddətinin keçdiyini bildirmişdir. O, onkoloji xəstə olduğundan tez getməsi üçün protokol yazmasını bildirmişdir. Lakin yol patrul xidməti əməkdaşı onu Sərçuvar postuna aparmışdır. Orada dərman istifadə edibetməməsini soruşmuş, o isə 4 gün əvvəl tramadol istifadə etdiyini demişdir. Ona görə yol patrul xidməti əməkdaşı onu Lənkəran narkoloji xəstəxanasına aparmışdır. Orada yol patrul xidməti əməkdaşı narkoman olub-olmamasını soruşmuş, o isə heç vaxt istifadə etmədiyini bildirmişdir. Sonra test vasitəsi ilə onun sidiyindən analiz götürmüşlər və tramadol aşkar olunmuşdur. O, nəqliyyat vasitəsini psixotrop maddədən istifadə olunduqdan sonra bir gün idarə etməyə icazə verilmədiyini bilir, lakin o, 4 gün əvvəl istifadə etmişdir. Məhkəmədən inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Alayına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinini iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 28 yanvar 2026-cı il tarixli, 000288 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Şəxs sidiyində narkotik vasitə marixuana qəbulu nəticəsində yaranan sərxoşluq vardır. Narkotest TML nəticəsi müsbət aşkar olunmuşdur. Narkotik vasitə Tramadol həbi qəbul etdiyini söyləyir. “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 29 yanvar 2026-cı il tarixli, 18-160/2-A-139-31-142/2026 saylı arayışdan görünür ki, Şəxs “Masallı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin onkoloji kabinetində dispanser qeydiyyatdadır. Diaqnoz “Bronxların və ya ağciyərlərin yuxarı payının bədxassəli yenitörəməsi cT4N0M0 mərhələ lll. Sağ ağciyərin xərçəngi cT4N0M0lll”. Xəstə günaşırı Tramadol №50 dərman vasitəsi qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 333- 1.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlini etiraf etməsini, səmimi peşmançılığını, 1967-ci il təvəllüdlü olmaqla yaşını və xəstəliyini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, işinin sürücülüklə bağlı olmasını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 333-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(5-145)-109/2026
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-109/2026
11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver