Məhkəmə qərarları › İş №3(5-145)-112/2026

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-112/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-112/2026 03.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, tələbkar Ərəbova (hazırda Talıbova) Qiymət Loğman qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1990-cı il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 03 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokola əsasən Talıbov X6 Rayon Məhkəməsinin 2(050)-2166/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X5 izahatında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2166/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli icra sənədinə əsasən 27 fevral 2014-cü il təvəllüdlü X3 və 02 may 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay bir uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla, iki uşaq üçün cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment və 27 fevral 2014-cü il təvəllüdlü X3 müalicəsi ilə bağlı əlavə xərclərdə iştiraka görə Şəxs hər ay 40 (qırx) manat məbləğində pul vəsaiti tutularaq X2 ödənilməlidir. Masallı Rayon Məhkəməsinin 2(050)-2166/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli icra sənədinə əsasən 06 yanvar 2023-cü il tarixdə İcraata başlama haqqında qərar qəbul olunmuşdur. İcraata başlama haqqında qərar ilə bildiriş borclu Şəxs tərəfindən 16 mart 2023-cü il tarixdə qəbul edilmişdir. Borclu icra sənədini icra etməkdən boyun qaçırmış, bununla bağlı Talıbov X6 Rayon Məhkəməsinin 3(050)-926/2023 nömrəli, 09 iyun 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada 500 manat cərimə edilmiş, Masallı Rayon Məhkəməsinin 3(050)-1199/2023 nömrəli, 02 avqust 2023-cü il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilmişdir. Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirdiyindən Masallı Rayon Məhkəməsinin 1(050)-9/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda borclunun icra sənədi üzrə alimnet borcu 5760 manat təşkil edir. Borclu öz hərəkətləri ilə icra sənədlərindəki tələbləri üzrsüz səbəbdən icra etmədiyindən barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, iki aydır ki, işləyir və keçən ay 50 manat ödəniş etmişdir. Bundan başqa ikinci dəfə ailə qurmuş və 4 aylıq qızı doğulmuşdur. Ailəsi ilə kirayədə yaşayır və hər ay xərclərlə birlikdə 240 manat kirayə haqqı ödəyir. Bu səbəbdən alimenti birdəfəlik ödəmək imkanı yoxdur. Ona görə də, barəsində cərimə növündə tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar Ərəbova (hazırda Talıbova) Qiymət Loğman qızı borclunun barəsində inzibati qaydada həbsin verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış mötəbər sübutlarla tam sübuta yetirilir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Masallı Rayon Məhkəməsinin 2(050)-2166/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli icra vərəqəsindən görünür ki, 27 fevral 2014-cü il təvəllüdlü X3 və 02 may 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay bir uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla, iki uşaq üçün cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment və 27 fevral 2014-cü il təvəllüdlü X3 müalicəsi ilə bağlı əlavə xərclərdə iştiraka görə Şəxs hər ay 40 (qırx) manat məbləğində pul vəsaiti tutularaq X2 ödənilməlidir. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru Bəhruz İbayevin icraata başlamaq haqqında 06 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2166/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru Bəhruz İbayevin tələbin könüllü icrası haqqında 06 yanvar 2023-cü il tarixli bildirişindən görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2166/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli icra sənədi üzrə tələbin borclu Şəxs könüllü qaydada icrası tələb olunmuş, bildirişə borclu öz imzası ilə qəbul etmişdir. - Masallı Rayon Məhkəməsinin 3(050)-926/2023 nömrəli, 09 iyun 2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi lə inzibati qaydada 500 manat cərimə edilmişdir. - Masallı Rayon Məhkəməsinin 3(050)-1199/2023 nömrəli, 02 avqust 2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi lə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilmişdir. - Masallı Rayon Məhkəməsinin 1(050)-9/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli hökmündən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. - Şəxs 03 fevral 2026-cı il tarixli izahatından görünür ki, 2(050)-2166/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli icra sənədi barədə xəbəri vardır, hal-hazırda 5760 manat məbləğində aliment borcu vardır, 60 manat ödəniş edə bilər. Bununla əlaqədar əvvəl inzibati sonra cinayət məsuliyyətinə cəlb olunacağı barədə ona məlumat verilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında Şəxs göstərilən qaydada inzibati məsuliyyətdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən və İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun hazırda tələbkara olan borcundan ödəniş aparmaq niyyətində olmadığını, yəni qeyd olunan icra sənədindəki tələbi üzürlü səbəb olmadan qərəzli olaraq icra etməməsini nəzərə alaraq, İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiqini kifayət və məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, şəxsin inzibati həbsinin başlanğıcı 03 fevral 2026-cı il tarixdən, saat 19:10-dan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Eyni zamanda Şəxs izah olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən barəsində inzibati tənbehin tətbiq edilməsi onu həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməkdə təqsirli bilinsin və ona 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 03 fevral 2026-cı il tarixdən, saat 19:10-dan hesablansın. Qərarın icrası Masalı rayon Polis şöbəsinə həvalə olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Masalı rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerində saxlanılsın. Qərar dərhal icra edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar