Məhkəmə qərarları › İş №3(5-145)-141/2026

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-141/2026

19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-141/2026 19.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımlı Fidan Lətif qızının sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-nin) 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis X2 Polis İdarəsinin inzibati təcrübə baş inspektoru, polis kapitanı X1 tərəfindən Şəxs barəsində İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə protokol tərtib edilərək baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş, materiallar 05 fevral 2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında işdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixli EQ seriyalı 30970840 nömrəli protokola əsasən İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, buna görə barəsində 10 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Sözügedən qərarı icra etmədiyinə görə Şəxs barəsində İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildiriş ünvanlanmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və səlahiyyətli orqanın nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “ASAN Ödəniş” sistemindən olan çıxarışdan görünür ki, EQ 30970840 nömrəli inzibati xəta haqqında protokola əsasən cərimə və dəbbə pulunu dövlət büdcəsinə ödənilmişdir. İXM-nin 529-cu maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 529.1ci və ya 529.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs inzibati xəta haqqında protokol üzrə tətbiq edilmiş cəriməni və dəbbə pulunu (EQ ********) nömrəli inzibati xəta haqqında protokol) ödədiyinə görə İXM-nin 529-cu maddəsinin qeyd hissəsinə əsasən İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad edilməlidir. Göstərilənlərə əsaslanaraq və İXM-nin 43, 130-cu maddələrini və 529-cu maddəsinin qeyd hissəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs inzibati xəta haqqında protokol üzrə tətbiq edilmiş cəriməni və dəbbə pulunu (EQ 30970840 nömrəli inzibati xəta haqqında protokol) ödədiyinə görə İXM-nin 529-cu maddəsinin qeyd hissəsinə əsasən İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad edilsin. Qərarın təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fidan Qasımlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar