Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-161/2026 06.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ X8 Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin stajoru (icra məmuru vəzifəsi üzrə) X5 iştirakları ilə, xx xxxx 1996-cı ildə Masallı rayonu, Gəyəçöl kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Gəyəçöl kəndində qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(004)-533/2024 saylı icra sənədinə əsasən 2(004)-5897/2024 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, yetkinlik yaşına çatmayan xx.xx.2024-cü il təvəllüdlü X1 üçün xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay 235 manat sabit pul məbləğində müvəqqəti aliment tutularaq iddiaçı X3 ödənilməlidir. Bundan başqa, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-599/2025 saylı icra sənədinə əsasən xx.xx.2024-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün borclu Şəxs tələbkar X2 xeyrinə xx.xx.2025-ci il tarixindən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,59 misli həddində sabit pul məbləğində aliment tutulmalı, xx.xx.2024-cü il təvəllüdlü X6 3 (üç) yaşına çatanadək, yəni xx.xx.2027-ci il tarixədək borclu Şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. Yuxarıda qeyd edilmiş icra vərəqələrin icrasının təmin olunmaması əsası ilə icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Masallı rayon İcra və Probasiya şöbəsinin stajoru (icra məmuru vəzifəsi üzrə) X7 izahatında göstərmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(004)-533/2024 saylı icra sənədinə əsasən 2(004)-5897/2024 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, yetkinlik yaşına çatmayan xx.xx.2024-cü il təvəllüdlü X1 üçün xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay 235 manat sabit pul məbləğində müvəqqəti aliment tutularaq iddiaçı X3 ödənilməlidir. Bundan başqa, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-599/2025 saylı icra sənədinə əsasən xx.xx.2024-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün borclu Şəxs tələbkar X2 xeyrinə xx.xx.2025-ci il tarixindən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,59 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. xx.xx.2024-cü il təvəllüdlü X6 3 (üç) yaşına çatanadək, yəni xx.xx.2027-ci il tarixədək borclu Şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 ödənilməlidir. Borclunun iki icra sənədi üzrə ümumilikdə 3165 manat borcu yaranmışdır. İcra işi üzrə cəmi 800 manat ödəniş olunmuşdur. Hər iki icra sənədi üzrə borcluya tələbin icrası barədə bildiriş bu gün yəni xx.xx.2026-cı il tarixdə verilmiş, lakin borclu daha əvvəl icra sənədindən məlumatlı olmuşdur. Borcluya tələbkarın bank hesabı verilmiş və ödənişlər etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(004)-533/2024 saylı icra sənədi və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-599/2025 saylı icra sənədi üzrə tələbin könüllü icrası barədə bildiriş ona bu gün yəni xx.xx.2026-cı il tarixdə verilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(004)-533/2024 saylı qərardadından Bakı şəhərində keçirilən məhkəmə iclasında xəbəri olmuşdur. Ona məhkəmə iclasında bildirmişlər ki, aliment pulunu ödəməlidir, əks halda məsuliyyətə cəlb olunacaqdır. O, da həmin icra sənədi üzrə ümumilikdə 800 manat ödəniş etmişdir. Masallı Rayon İcra və Probasiya Şöbəsində ona bu gün icra sənədlərində göstərilən tələbləri yerinə yetirmədiyi təqdirdə məsuliyyətə cəlb olunacağı izah edilmişdir. Daha əvvəl icra sənədinin icrası ilə bağlı onu heç kim Masallı Rayon İcra və Probasiya Şöbəsinə dəvət etməmişdir. Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: ● Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(004)-533/2024 saylı icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. ● xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(004)-533/2024 saylı icra sənədində göstərilən tələbin könüllü icra edilməsinin nəticəsi izah edilmiş, həmin bildiriş və icraata başlamaq haqqında qərar xx.xx.2026-cı il tarixdə Şəxs rəsmi qaydada verilmişdir. ● Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-599/2025 saylı icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. ● xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-599/2025 saylı icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsinin nəticəsi izah edilmiş, həmin bildiriş və icraata başlamaq haqqında qərar xx.xx.2026-cı il tarixdə Şəxs rəsmi qaydada verilmişdir. ● İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(004)-533/2024 saylı və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 2(004)-599/2025 saylı icra sənədinin icrasını tam təmin etmədiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunun müddəasına görə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Lakin hazırki vəziyyətdə borclunun icra sənədi üzrə olan borcunu ödəməkdən boyun qaçırması, icra məmurunun qanuni tələblərinə tabe olmaması və məhkəmə qətnaməsinin icrasına maneə törətməsi və yaxud səthi yanaşması hallarının mövcud olmasından söz gedə bilməz. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, icra məmuru tərəfindən borcluya hər iki icra sənədləri üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş, inzibati xəta haqqında protokol tərtib edilən zaman yəni xx.xx.2026-cı il tarixdə təqdim edilmişdir. Həmçinin şəxsin icra sənədi ilə bağlı izahatı da eyni vaxtda alınmışdır. Belə olan halda icra sənədlərinin borclu tərəfindən qərəzli olaraq üzrsüz səbəbdən icra edilməməsi qənaətinə gəlmək doğru olmaz. Belə ki, icra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Mövcud vəziyyətdə icra məmuru tərəfindən icra sənədlərinin icrası ilə bağlı borclunun faktiki imkanının olmasının icra məmuru tərəfindən müəyyən edilməsi ağlabatan deyil. Belə ki, icra məmuru tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilən anadək heç bir icra hərəkətləri edilməmişdir. Həmçinin məhkəmə onu da qeyd edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(004)-533/2024 saylı məhkəmə qərardadından borclu Bakı şəhərində keçirilən məhkəmə iclası zamanı məlumatlı olduğunu bildirir, həmin qərardad 5 aya yaxın müddət ərzində qüvvədə olmuş, qərardad üzrə 800 manat aliment pul ödənilmişdir. Bu da həmin qərardad üzrə aliment borcunun yarıdan çoxunun ödənilməsi deməkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(004)-533/2024 saylı və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-599/2025 saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə dair sübutlar təqdim edilmədiyindən və bununla da Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bu mənada hazırkı qərarda gəlinmiş nəticə borclu Şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(004)-533/2024 saylı və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-599/2025 saylı icra sənədinin icrasından azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən : Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(5-145)-161/2026
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-161/2026
06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver