Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-162/2026 06.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.2005-ci ildə Masallı rayonu Boradigah qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Masallı rayonu, Boradigah qəsəbəsi, M.F.Axundov küçəsi, ev 24-də qeydiyyatda olmaqla Bakı şəhərində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş 06 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-658/2025 nömrəli icra sənədinin icrasını tam olaraq həyata keçirməmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-658/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs 685 manat məbləğində ziyan pulu və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq X1 verilməsi qət edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin 2(050)-658/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi Masallı Rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. İcra sənədinə əsasən 685 manat məbləğində ziyan pulu və 30 manat ödənilmiş dövlət rüsumu borcludan alınaraq tələbkar X1 verilməsi göstərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq icraata başlama haqqında qərar və bildiriş qəbul olunaraq tərəflərə və məhkəməyə bununla bağlı məlumat göndərilmişdir. Tələbrak pulunu tələb edir. Borclu ilə əlaqə saxlamaq mümkün olmamışdır və borclu barəsində axtarış qərarı qəbul olunmuşdur. Bu günləri borclu polis şöbəsinin əməkdaşı tərəfindən icra və probasiya şöbəsinə gətirilmişdir. Borcludan izahat alınmış və izahatında bildirmişdir ki, belə bir məhkəmə qərarından məlumatı yoxdur, məhkəmə qətnaməsini almamışdır. Məsələnin nədən ibarət olmasını belə əsaslandırmışdır ki, icra sanədi üzrə tələbkarla təxminən 2-3 il əvvəl yol nəqliyyat hadisəsi zamanı rastlaşmışlar və idarə etdiyi motoskiletlə tələbkarın idarə etdiyi avtomobilə zərər yetirmişdir və həmin vaxt qolundan xəsarət almışdır və hadisə zamanı aralarında razılıq əldə olunmuşdur ki, borclu öz qolunu müalicə etdirmiş, digər tərəfdə maşınına dəyən ziyanla bağlı öz aralarında razılaşdıqlarını bildirmişdir və məsələnin oradaca həll olunduğunu bilmişdir. Həmin vaxtı Neftçilər xəstəxanasına müraciət etdiyini, orada qeydiyyatının olduğunu bildirir. Və aldığı xəsarətlə bağlı və avtomaşına dəymiş ziyanla bağlı Bakı şəhərinin hansı rayon polis şöbəsində ondan izahat alınmamışdır. Hazırda məhkəmə qətnaməsini almamasına baxmayaraq o, icra sənədi ilə bağlı icraata başlama haqında qərar və bildirişin tərəflərə göndərilməsini qeyd etmiş və izahat almışdır. Bununla bağlı hazırda nəqədər ödəniş edə biləcəyini isə borclu məhkəmədə bildirəcəyini demişdir. Eləcədə borclu məhkəmə qətnaməsini almadığını iddia edərək qətnaməni alıb şikayət edəcəyini bildirmişdir. Sonda məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Ona verilən suallara cavab olaraq icra məmuru bildirdi ki, icraata başlama haqqında qərarı və bildirişi göndərdiklərini, almadığını qeyd etdiyini, Bakı şəhərində yaşadığını nə məhkəmə qərarını, nədə icraata başlama haqqında qərarı almamasını bildirir. İcraata başlama haqqında qərar və bildirişin borcluya rəsmi çatdığılması ilə bağlı hər hansı bir sənəd yoxdur. Könüllü icra üçün vaxt verilmədən bu gün birbaşa izahatını alıb barəsində protokol tərtib edərək məhkəməyə gətirmişdir. Üzürsüz səbəb borclunun məhkəmə qətanəsini alıb almamasından məlumatı olmamışdır, onlar icraata başlama haqqında qərar və bildiriş poçt vasitəsi ilə göndərirlər, ancaq göndərdiyimiz məktubun cavabı olması ilə bağlı göndərmirlər, sadə məktubla göndərirlər. Borclunun yerini müəyyən etmək mümkün olmadığından barəsində axtarış qərarı qəbul etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsi tərəfindən qəbul edimiş qətnamədən məlumatı olmamışdır. Bu gün polis şöbəsində onunla əlaqə saxlanılmış oda səhər tezdən Bakı şəhərindən Masallı rayonuna gəlmiş, polis sahə rəisi ilə görüşdükdən sonra icra məmurunun yanına gəlmişdir. Məhkəmə qərarında və icra işindən məlumatı olmamışdır. Nəqliyyat hadisəsi isə maped idarə etmişdir, tələbkarın avtomobili ilə toqquşmuşdur, tələbkarın maşının sadəcə rəngi tökülmüşdür. Çünki Mapedin kubu 55-dir ona artıq sürətlə getmir, hadisə isə dönəcəkdə olduğunudan sürəti saatda 30 km artıq olmamışdır. 600 manatlıq xərci ola bilməzdi, 150-200 manat xərci olardı. Məhkəmə iclaslarında iştirak etməmişdir, məhkəmə qərarını almamışdır. Bu gün məlumatı olmuş və bilən kimi gəlmişdir. Gücü çatdığı qədər ödəniş edəcəkdir və məhkəmə qərarında şikayət etmək istəyir ki, yenidən araşdırılsın ki, niyə bu qədər məbləğdir. Məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, icraata başlamaq haqqında qərar və tələbin könüllü icra edilməsi haqqında bildiriş borclu tərəfinə rəsmi qaydada göndərilmiş olsa da, borclunun həmin sənədləri almasını (borcluya həmin sənədlərin çatdırılmasını) təsdiq edən poçt qəbzi (xəbərnamə) icra işinə əlavə edilməmişdir. Borcluya icra sənədinin icrası haqqında qanunla müəyyən edilmiş hallar və müddətlər izah olunmamış, borclunun icra sənədini könüllü olaraq icrası üçün müəyyən olunmuş müddət gözlənilmədən barəsində inzibati qaydada protokol tərtib edilərək Masallı Rayon Məhkəməsinə gətirilmişdir. Məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməmə İXM-in 528.1-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Maddənin dispozisiyasına əsasən icra sənədini üzrsüz səbəbdən icra etməmə inzibati məsuliyyəti yaradır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanunun 8.1-ci maddəsinə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin qanunun 8.2-ci maddəsin əəsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin qanunun 44.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 44.3. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Göründüyü kimi məmuru tərəfindən borcluya icra sənədinin icrası ilə bağlı hüquq və vəzifələri izah olunmamış, borclunun icra sənədini könüllü şəkildə icra etməsi ilə bağlı qanunla nəzərdə tutulmüş müddətlər gözləmədən borclu barəsində protokol tərtib edərək məhkəməyə gətirilmiş, bununlada qanunvericiliyin tələbini pozmuşdur. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və ya İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Beləliklə hazırkı iş üzrə həm inzibati xəta hadisəsi olmadığından, həm şəxsin inzibati xəta törətməsi sübut olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(5-145)-162/2026
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-162/2026
06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver