Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-166/2026 20.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, məhkəmə iclasa katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, qərardan şikayət verən şəxs X4 iştirakı ilə X4 Baş Dövlət Yol Polisi İdarəsinin tərəfindən qəbul edilmiş EQ seriyalı 32390715 nömrəli, 02 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayətinə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən qəbul edilmiş 02 dekabr 2025-ci il tarixli, EQ 32390715 nömrəli inzibati qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Qərardan şikayət verən şəxs X7 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin 02 dekabr 2025-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş xətalara görə 1200 manat cərimə olunmuşdur. Lakin hesab edir ki, onun əməlimdə qeyd olunan inzibati xətanın tərkibi mövcud deyildir, buna görə də, iş üzrə icraata xitam verilməlidir. Belə ki, onun istifadəsində “DAF” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı yük maşını vardır. O, 02 dekabr 2025-ci il tarixdə Salyan rayonu Xıdırlı kəndi ərazisində hərəkətdə olarkən istifadəsində olan yük maşının nəzərdə tutulmuş çəkidən artıq çəkidə olduğu, yüklü olması əsası ilə barəsində İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə inzibati qərar qəbul edilmiş və 1200 manat cərimə edilmişdir. Halbuki, o, həmin gün yükü səhər saat 09:28-də imza edərək götürmüş və qaimədən görünür ki, yükün çəkisi 25.000 kq olmuşdur. Halbuki, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərinin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarına əsasən ümumi kütlə 44 tondan artıq olduqda inzibati xətanın tərkibi yarana bilərdi. O, həmin ölçmə məntəqəsinədək 3 məntəqədən keçmiş və heç bir tərəzidə həmin artıq çəki aşkar olunmamışdır. Göründüyü kimi hazırkı inzibati qərar qanunsuzdur və yük maşınında qanunla müəyyən olunmuş kütlədən artıq yükün olması sübuta yetirilmir. O, qeyd olunan inzibati xətanı törətməmiş, o, idarə etməmiş, buna görə də, hazırkı qərar ləğv olunmalı və icraata xitam verilməlidir. Odur ki, həmin qərarın ləğv olunması və icraata xitam verilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs X7 şikayəti müdafiə edərək bildirmişdir ki, 02 dekabr 2025-ci il tarixdə Quba yolunda yerləşən Zarat kəndindən “X9” MMC-dən avtomobilə 25000 kq gübrə yükü yükləyərək "xxxx" MMC-nin tərəzindən keçmiş və maşınla qarışıq yükün çəkisi 39460 kq təşkil etmişdir. Avtomobilin çəkisi qoşqu ilə birlikdə çəkisi isə 14460 kq olmuşdur. Siyəzən və Qaradağ rayonu ərazisində yerləşən tərəzilərdən keçmiş və artıq yük daşıması qeydə alınmamışdır. Lakin Salyan rayonunda yerləşən tərəzidə 42050 kq çəki qeydə alınmışdır. O, bundan əvvəl iki dəfə 40000 kq-dan artıq yük apardığından birinci dəfə 600 manat, ikinci dəfə 1200 manat cərimə olunmuşdur. O, tərəzidən keçdikdən sonra təxminən 5-6 saata Biləsuvar rayonuna gəlmişdir. Yolda heç bir yerdən əlavə yük götürməmiş, sadəcə yolda dayanaraq yemək yemiş və avtomobilə yanacaq vurmuşdur. 02 dekabr 2025-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərara əsasən 1200 manat cərimə olunması barədə elektron qərar gəldikdən sonra AYNA-ya (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) müraciət etmiş, AYNA onu yubatdığından vaxtında məhkəməyə şikayət verməmişdir. Qeyd olunanlara əsasən şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 353.5-cü maddəsinə görə bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə - fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə qərardan şikayət verən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Baş Dövlət Yol Polisi İdarəsinin tərəfindən qəbul edilmiş EQ seriyalı 32390715 nömrəli, 02 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Salyan rayonu, Xıdırlı kəndi, Astara istiqamətində 02 dekabr 2025-ci il tarixdə, saat 20:07:32-də “DAF FTXF 105.460 T” yük markalı, **-VM-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X3 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehi aldıqdan sonra il ərzində təkrar törətmişdir. X2 Azərbaycan Respublikası X3 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. - elektron radar vasitəsi ilə qeydə alınmış foto görüntülərdən görünür ki, Salyan rayonu, Xıdırlı kəndi, Astara istiqamətində 02 dekabr 2025-ci il tarixdə, saat 20:07:32-də **-VM-*** dövlət nömrə nişanlı avtomobil tərəfindən çəki ilə bağlı qayda pozuntusuna yol verilmiş və Limit: 40000 kq olduğu halda 42050 kq çəki qeydə alınmışdır. - 27594 nömrəli tərəzi çekindən görünür ki, **-VM-*** dövlət nömrə nişanlı avtomobilin öz çəkisi (tara) 14460 kq, yükün çəkisi (Netto) 25000 kq, yük ilə birlikdə ümumi çəkisi (brutto) 39460 kq təşkil edir. Avtomobil yüksüz 02 dekabr 2025-ci il tarixdə, saat 09:28-də, yük ilə birlikdə 02 dekabr 2025-ci il tarixdə, saat 11:46-da tərəzidən keçmişdir. - nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “DAF FTXF 105.460 T” yük markalı, **-VM-*** dövlət nömrə nişanlı yəhərli dartıcının yüksüz kütləsi 8300 kq, maksimum kütlə 20500 kq-dır. - nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mega yarımqoşqu” markalı, **-ZB-*** dövlət nömrə nişanlı özüboşaldanın yüksüz kütləsi 7000 kq, icazə verilmiş maksimum kütlə 35500 kq-dır. Məhkəmədə müəyyən olundu ki, Salyan rayonu, Xıdırlı kəndi, Astara istiqamətində 02 dekabr 2025-ci il tarixdə, saat 20:07:32-də “DAF FTXF 105.460 T” yük markalı, **-VM- *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X1 Xətalar Məsəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehi aldıqdan sonra il ərzində təkrar törətdiyindən Baş Dövlət Yol Polisi İdarəsinin EQ seriyalı 32390715 nömrəli, 02 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarına əsasən Azərbaycan Respublikası X3 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Sözügedən qərarı həmin tarixdə almışdır. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur və bu səbəbdən şikayət təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 127-1.1. Bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya edilməlidir. 122.1. Bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1- 1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 122.7. Barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qərardan şikayət verən şəxs X7 EQ seriyalı 32390715 nömrəli, 02 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı həmin tarixdə elektron qaydada əldə etmiş, qərardan şikayət isə 26 yanvar 2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Masallı Rayon Məhkəməsinin 3(5-145)-80/2026 nömrəli, 26 yanvar 2026-cı il tarixli qərardadı ilə X4 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılmışdır. X7 EQ seriyalı 32390715 nömrəli, 02 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayəti və şikayətə aidiyyəti üzrə baxılması barədə vəsatəti təkrar olaraq 04 fevral 2025-ci il tarixdə rabitə orqanına təqdim etmişdir. Qərardan şikayət etmək üçün nəzərdə tutulmuş 20 (iyirmi) gün müddət ötürülməsinə baxmayaraq X7 tərəfindən buraxılmış müddətin bərpası barədə vəsatət təqdim olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Baş Dövlət Yol Polisi İdarəsinin tərəfindən qəbul edilmiş EQ seriyalı 32390715 nömrəli, 02 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayəti təmin edilməsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(5-145)-166/2026
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-166/2026
20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver