Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-169/2026 09.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Masallı rayonu Musaküçə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, subay, orta təhsilli, Masallı rayonu Musaküçə kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2026-cı il tarixdə Zərərçəkmiş şəxs ilə aralarında yaranan mübahisə zamanı onu döyərək dərəcəsi təyin olunmamış xəsarət yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, Zərərçəkmiş şəxs döyməmişdir. Musaküçə kəndində eyni məhəllədə yaşayırlar. Aralarında kişi-qadın münasibətləri vardır. Lakin Nailənin valideynləri narazıdır. Dünənki günə kimi münasibətləri olmuşdur. Hal-hazırda münasibətləri pozulmuşdur. xx.xx.2026-cı il tarixdən inəklərin örüşdən gəldiyini görüb məhəllədə əkilmiş ağacları sındırmasınlar deyə küçəyə çıxıb inəkləri qovmuşdur. Həmin vaxt küçədə Nailə ilə rastlaşmışdır. Nailə küçəyə çıxıb sayğaca baxıb geri qayıtmışdır. Daha sonra yenidən küçəyə çıxıb dükana getmək üçün onun olduğu istiqamətə gəlmişdir. Əli ilə onu qıcıqlandıracaq hərəkətlər etmişdir. Oda əsəbləşmiş və aralarında sözlə mübahisə olmuşdur. Lakin o, Nailəni vurmamışdır. Qolundakı göyərtilər anası onu aparan zaman qolunu tutması zaman olmuşdur. Məhkəmədən işə düzgün baxılmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, hadisə xx.xx.2026-ci il tarixdə o, mağazaya uşağı üçün dəftər almağa getdiyi zaman olmuşdur. Küçədə Elməddin onun qarşısına çıxaraq onu başının arxa nahiyyəsindən saçlarından tutaraq yonmağa başlamış və əlinin barmaqları ilə onun hər iki qolunu möhkəm sıxmışdır. Hətta barmaq izləri onun qolunda qalmışdır. Elməddin onu söyərək təhqir etmişdir. Səs-küyə anası uşaqlarla birlikdə gəlmişdir. Anası onları ayırmaq istədiyi zaman anasınada nəlayiq sözlər demişdir. Sonra Elməddinin atası-anası səsə gəlmişdir. Atası-anası onu aparmağa çalışsalarda ata-anasınıda dinləməyərək onların üzərinə hücum çəkmişdir. Daha sonra onlar yaşadıqları evə getmişlər. Həyat yoldaşı vəfat etmişdir. Elməddində heç bir münasibəti olmamışdır. Münasibətləri necə olsunki Elməddin həmişə həbsdə olmuşdur. Elməddin onunla ailə qurmaq istəyib amma heç bir vaxt alınmayıb. Barışmamışdır, şikayətçidir. Məhkəmədən qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 91 nömrəli rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs sağ bazu və sol said nahiyəsinin qançırları müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk tük əşyanın (əşyaların) təsirindən törənmişdir, törəmə müddəti qərarda qeyd olunan 03 fevral 2026-cı il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş 07 fevral 2026-cı il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi Cankişi Əliyev tərəfindən 09 fevral 2026-cı il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməli zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta haqqında protokol, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində göstərilir ki Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini qanuna uyğun hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 09 fevral 2026-cı il tarixdən, saat 16:35-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Rzayev X1 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(5-145)-169/2026
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-169/2026
09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver