Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-17/2026 12.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1973-cü ildə Masallı rayonu, Musaküçə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evlihimayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Musaküçə kəndində qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati protokol və əlavə edilmiş sənədlər baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Masallı Rayon Polis şöbəsindən daxil olmuş “Cinayət işi başlanmasının rədd edilməsi” haqqında 03 dekabr 2025-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş xx.xx.2026-cı il tarixdə tərtib edilmiş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs qanunsuz olaraq narkotik vasitə olan marixuana istehlak etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı Nümayəndə izahatında göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin TQ-nun qəbul etdiyi cinayət işinin rədd edilməsi barədə qərar əsasında Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Əhədov X2 rayonu, Musaküçə kənd ərazisində yerləşən meşəlik sahədə saxlanılmışdır. Yoxlama zamanı üzərində istifadəsi qanunla qadağan edilmiş hər hansı maddə aşkar olunmamışdır. Lakin Lənkəran şəhər Narkoloji xəstəxanasında X3 tibbi yoxlamanın rəyinə əsasən Şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindorumu aşkar olunmuşdur. Göstərilən səbəblərdən Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, narkotik maddə istifadəçisidir. İ Qarabağ müharibəsində iştirak etmişdir. xx.xx.2025-ci il tarixdə əsgər yoldaşının oğlunun toyunda narkotik vasitə marixuana istifadə etmişdir. Həmin günün səhəri yəni xx.xx.2025-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsindən əməliyyatçıları onu Masallı rayon Musaküçə kənd məktəbinin yaxınlığında yerləşən “Oba” marketin qarşısında saxlayaraq maşına əyləşdirmişlər. Üzərinə baxış isə Hüseynhacılı yolunda meşə massivində keçirilmişdir. Üzərinə baxış keçirilən zaman istifadəsi qanunla qadağan edilmiş hər hansı predmet aşkar olunmamışdır. Bundan sonra o Lənkəran şəhər Narkoloji xəstəxanasında X3 tibbi yoxlamadan keçirilmişdir. Yoxlamanın nəticəsində onda kannabinoidlərin qəbulundan yaranan aslılıq sindorumu aşkar olunmuşdur. O, etiraf edir ki, narkotik vasitə qurudulmuş marixuana istifadə etmişdir. Əməlindən peşman olmuşdur. Bir daha belə hərəkətlə yol verməyəcəkdir. Hazırda əməlindən peşman olduğunu, himayəsində azyaşlı övladının olduğunu bir daha belə hallara yol verməyəcəyini bildirərək ona yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, əməlində AR İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanması məqsədi ilə qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər X1 X4 Yoxlamanın nəticələrinə dair xx.xx.2025-ci il tarixli 580 saylı rəyindən görünür ki, müayinə zamanı Şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunmuşdur. Lakin, hal-hazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmaması nəzərə alınaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Şəxs əməli özünün etirafedici izahatı, inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Həmin məcəllənin 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin qeyd hissəsinin 2-ci bəndində qeyd edilmişdir ki, bu maddədə “az miqdarda” dedikdə, narkotik vasitələrin və psixotrop maddələrin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından aşağı miqdar başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda qeyd edilmiş İ siyahıda qurudulmuş mariuxananın xeyli miqdarı 5 qaramdan 50 qrama qədər olan həddə müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək, səmimi peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını, sağlamlıq vəziyyətini nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün aşağı həddində tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X1 X4 Yoxlamanın nəticələrinə dair rəyini tədqiq edərək qeyd edir ki, Şəxs narkomaniyadan məcburi müalicə olunmasına zərurət yoxdur, onun barəsində məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(5-145)-17/2026
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-17/2026
12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver