Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-174/2026 10.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis Şöbəsinin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Masallı rayonu, Şıxlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Şıxlar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Masallı Rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti baş inspektor polis baş leytenentı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333- 1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 03 fevral 2026-cı il tarixli, İXP ******* saylı protokol tərtib edilmişdir. Tərtib edilmiş protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 03 fevral 2026-cı il tarixdə, saat 01:37 radələrində “VAZ 2106” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitənin təsiri altında olması nəticəsində idarə etmişdir. Məhkəmə iclası zamanı protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis Şöbəsinin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı X5 izahatında göstərdi ki, 03 fevral 2026-cı il tarixdə, saat 01:37 radələrində Şəxs “VAZ 2106” minik markalı, 44-CE 104 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən YPX-nin əməkdaşları tərəfindən saxla işarəsi verərək saxlatdırmışlar. Saxlanılan zaman avtomobili idarə edən sürücü Şəxs narkotik vasitə və psxitrop maddən istifadə edilməsində şübhəli olduğu müəyyən olunduğundan o, Lənkəran Rayonlararası narkoloji xəstəxanasına müayinə üçün aparılmış, müayinə olunduqdan sonra onun narkotik vasitənin və psixitrop maddənin təsirində olduğu müəyyən olunmuşdur. Daha sonra bu barədə akt və sözügedən protokol tərtib edilmişdir. Sorğu zamanı Şəxs narkotik vasitənin və psixitrop maddə istifadə etməsini bildirmişdir. Hesab edir ki, tərtib edilmiş protokol qanuni və əsaslıdır. Ona görə də Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla razıdır. O, həqiqətən də, 03 fevral 2026-cı il tarixdə, saat 01:37 radələrində “VAZ 2106” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitənin təsiri altında idarə etmişdir. Hazırda etdiyi əməldən peşimandır. Gələcəkdə birdaha belə hallara yol verməyəcəyinə söz verir. Ona görə də, məhkəmədən ona köməklik edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının 03 fevral 2026-cı il tarixli, 000341 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, xx.xx.2026-cı il tarixdə, saat 01:37-də Şəxs narkotik vasitənin təsirində olduğu müəyyən olunmuşdur. İş materiallarında olan Masallı RPŞ-nin polis mayoru X4 tərəfindən qəbul edilmiş 10 may 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1 və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 manat cərimə edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Şəxs Masallı Rayon Polis Şöbəsinin 10 may 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən İXM-nin 329.1 və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. Lakin İXM-nin 43-cü maddəsinə əsasən 333-1.1-ci maddəsi məhkəmə səlahiyyətlərinə aid olsa da, Şəxs Masallı Rayon Polis Şöbəsi tərəfindən cərimə edilmiş, lakin buna baxmayaraq Şəxs barəsində 03 fevral 2026-cı il tarixdə İXM-nin 333-1.2-ci maddəsi ilə haqqında protokol tərtib edilərək, baxılması üçün 10 fevral 2026-cı il tarixdə Masallı Rayon Məhkəməsinə verilmişdir. Yuxarıda sadalanan qanunvericiliyin tələbinə görə şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxsin müvafiq inzibati xətanı törətməsini sübut etmək vəzifəsi onun barəsində protokolu tərtib etmiş şəxsin (orqanın) üzərinə düşür. Eyni zamanda, “Layıcov Azərbaycana qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 10 aprel 2014-cü il tarixli qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “Əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.2-ci Bu Məcəllənin 43.2-1-ci və 54.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər istisna olmaqla, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin məcəllənin 43.3-cü bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan qanunvericiliyin tələbinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 8, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(5-145)-174/2026
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-174/2026
10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver