Məhkəmə qərarları › İş №3(5-145)-278/2026

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-278/2026

03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-278/2026 03.03.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı Rayon Polis İdarəsinin inzibati tənbeh vermə barədə qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək, 3 yanvar 2026-cı il tarixində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun qanunsuz hesab edilməsi, barəsində tətbiq edilmiş 400 (dörd yüz) manat məbləğində inzibati cərimənin ləğv edilməsi və inzibati xəta tərkibi olmadığına görə işə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 03 yanvar 2026-cı il tarixində saat 10:20 radələrində Masallı rayonu Köhnə Alvadı ərazisində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları onun guya alkoqollu içkinin təsiri altında olduğunu iddia edərək barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tətbiq olunması üçün inzibati xəta haqqında protokol tərtib etmişlər. Polis əməkdaşlarının bu iddiası tamamilə əsassız və həqiqətə uyğun olmayan iddiadır. Çünki saxlanıldıqdan sonra saat 14:30-da o, rəsmi qaydada narkoloji tibbi müayinədən keçirilmiş və müayinə nəticəsinə əsasən alkoqol və ya narkotik maddələrin təsiri altında olmadığı rəsmi şəkildə təsdiq edilmişdir. Narkoloji analiz nəticələri təmiz çıxmışdır. Buna baxmayaraq, polis əməkdaşları tibbi müayinə nəticələrini nəzərə almadan, obyektiv araşdırma aparmadan və faktiki sübutlar olmadan inzibati protokol tərtib etmiş, bununla da onun hüquqlarını kobud şəkildə pozmuşlar. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, şəxsin alkoqollu vəziyyətdə olması yalnız tibbi müayinə nəticələri ilə sübuta yetirilə bilər. Onun halında isə tibbi müayinə nəticələri əksinə olaraq, alkoqol təsirinin olmadığını açıq şəkildə göstərir. Polis əməkdaşlarının subyektiv rəyinə əsaslanaraq protokol tərtib etməsi qanunvericiliyin tələblərinə ziddir və inzibati xəta tərkibinin olmaması deməkdir. Qərardan şikayət vermiş şəxs X4 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, şikayəti ondan ibarətdir ki, cərimə sininsin. İçkili olmadığı halda onu içkili kimi yazmışlar. 400 manat cərimə olunmuş, 5 balda sürücülük vəsiqəsinə yazılmışdır. xx.xx.2026-cı il tarixdə səhər saatlarında saxlanılmışdır. Yoxlanış üçün saxlamışlar, sonra polis şöbəsinə aparmışlar və bildirmişlər ki, texniki baxışla bağlı protokol tərtib edib buraxacaqlar. Getdikdən sonra içkili yazıb ona imza etdirmişlər. Oda Lənkəran rayonunda yerləşən xəstəxanaya gedib oradan təmizlik kağızı gətirib təqdim etmiş polis əməkdalarına vermişdir. Verdikdən sonra onun avtomobilini qaytarmışlar özünə. Yolda saxlanıldığı zaman alkotestr müayinəsindən keçirmişlər. Şöbədə video görüntü ilə onu qeydə almışlar, içkili olmamışdır. Danışıqları o olmuşdur ki, onu yüngül dərəcəli içkili yazıb buraxacaqlar. Alkotestr müayinəsinin qəbzində olanları ona yazdırmışlar. İçkili olmadığı halda yazdırıblar. Şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə şikayətçinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2026-cı il tarixdə saat 10:20 radələrində idarə etdiyi “VAZ 21074 minik” markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı rayonu Köhnə Alvadı kəndində hərəkətdə olarkən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını sərxoş halda idarə etdiyi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli alkotestrdən görünür ki, X4 nəqliyyat vasitəsini idarə edərkən spirtli içki qəbulu nəticəsində sərxoş vəziyyətdə olmuşdur (Alkaqolun miqdarı 0.6659 litr, saat 10:17:29-da). X1 alkotestr aktına araq içib maşın sürmüşəm, alkotesrtin rəyi ilə razıyam, həkim müayinəsinə getmək istəmirəm, hal şahidlərinə ehtiyac yoxdur qeyd edərək alkotestri imzalamışdır. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi haqqında xx.xx.2026-cı il tarixli 000031 saylı aktda qeyd olunmuşdur ki, xx.xx.2026-cı il tarixdə, saat 14:30-da X5 müayinədən keçirilmiş, ağızdan alkoqol iyi gəlmir, alkotestr 0.000 promil, ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur qeyd edilmişdir. Məhkəmə hesab edir ki, X2 xx.xx.2026-cı il tarixdə, saat 14:30-da sərxoş vəziyyətində olmadığını bildirən aktın mövcudluğu, həmin şəxsin eyni tarixdə, saat 10:20də birmənalı olaraq sərxoş vəziyyətdə olmadığını deməyə əsas vermir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd edilmişdir ki, bu bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsində qeyd edilmişdir ki, İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Məhkəmə hesab edir ki, Masallı Rayon Polis şöbəsinin X8 bölməsinin rəisi, polis mayoru X3 tərtib etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi üçün əsaslar yoxdur. Belə ki, X2 təqsiri məhkəmə araşdırması zamanı işin faktiki halları, inzibati Xəta haqqında qərar və işdə olan digər materiallarla təsdiqini tapmışdır. Odur ki, şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Masallı Rayon Polis şöbəsinin X8 bölməsinin rəisi, polis mayoru X3 tərtib etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. İnzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar