Məhkəmə qərarları › İş №3(5-145)-299/2026

Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(5-145)-299/2026

20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(5-145)-299/2026 20.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Qasımlı Fidan Lətif qızı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ seriyalı 30707266 nömrəli qərarından X3 tərəfindən verilmiş şikayəti baxılmağa hazırlanması zamanı nəzərdən keçirib MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı 30707266 nömrəli qərarı üzrə adına yazılmış cərimə məbləğinin və cərimə ballarının X4 adına keçirilməsini xahiş etmişdir. İşin halları: xx.xx.2025-ci il tarixli, EQ 30707266 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinərək 80 manat cərimə edilmiş və 2 cərimə balı təyin edilmişdir. Bununla da İXMnin 327.7-ci maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə onun tərəfindən bir il ərzində 20 bal toplandığından İXM-nin 27.4-cü maddəsinin tələbinə əsasən barəsində inzibati cərimə tətbiq edilmədən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır. X3 həmin qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş və şikayəti onunla əsaslandırmışdır ki, “Chevrolet Cobalt LTZ” minik markalı ** YF *** dövlət qeydiyyat nişanlı avtomaşını xx.xx.2025-ci il tarixdə o, deyil, X5 idarə etmişdir. Bununla əlaqədar həmin tarixdə qeydə alınan cərimə məbləği və cərimə ballarının onun adından X4 adına keçirilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verildiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-nin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər; 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir; 130.3. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Məhkəmənin hüquqi mövqeyi: İş materialları ilə müəyyən edilir ki, X3 tərəfindən şikayət verilmiş inzibati tənbeh vermə haqqında qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, lakin həmin qərarın barəsində inzibati tənbeh barədə qərar qəbul edilmiş şəxs tərəfindən rəsmi qaydada alınmasına dair heç bir sənəd materiallara əlavə edilmədən şikayət ərizəsi qanunla nəzərdə tutulmuş 20 günlük müddət ötürülməklə - xx.xx.2026-ci il tarixdə, yəni təxminən beş ay müddət keçdikdən sonra verilmişdir ki, bu da həmin şikayətin geri qaytarılması üçün əsasdır. Bununla yanaşı, məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X2 müvafiq qərardan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etmək hüququnun olduğunu izah etməyi zəruri hesab edir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Akif Həsənov Azərbaycana qarşı - 7268/10 saylı, 19.9.2019-cu il tarixli Qərarında göstərdiyi mövqeyə görə, ərizəçini hətta yerli inzibati və məhkəmə orqanları tərəfindən aparılan araşdırılmaya çağırılmasa və dinləmədə onun iştirakını təmin etməsə (həmçinin qərarın surətini ona təqdim etməsə) belə, bu hallar ərizəçini öz təşəbbüsü ilə elementar addımlar atmağa və müvafiq orqanlardan baxışının nəticəsi barədə məlumat əldə etməyə dair fərdi məsuliyyətdən azad etmir. Uzun müddət ərzində hər hansı araşdırmanın və ya sorğunun olmaması ərizəçini müvafiq nəticəyə gəlməyə və ərizəni Məhkəmə göndərməyə vadar etməli idi. Ərizəçi onun fəaliyyətsizliyinə və ya birbaşa Məhkəməyə müraciət etməyinin gecikməsinə bəraət qazandıran hər hansı məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra Plenum Qərarlarında göstərilmişdir ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə müdafiə hüququ qanunla müəyyən edilmiş müddətdə həyata keçirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 xx.xx.2025-ci il tarixli, EQ seriyalı 30707266 nömrəli inzibati tənbehvermə haqqında qərardan şikayət vermək üçün İXM-nin 130.1-ci maddəsində qeyd olunan müddəti ötürdüyündən inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət geri qaytarılmalıdır. Eyni zamanda hüquqi köməklik məqsədi ilə izah edir ki, İXM-nin 130.2-ci maddəsinə əsəsən Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Göstərilənlərə əsasən və İXM-nin 106, 109 və 1180-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 xx.xx.2025-ci il tarixli, EQ seriyalı 30707266 nömrəli inzibati tənbehvermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. X2 İXM-nin 130.2-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli, EQ seriyalı 30707266 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardaddan şikayət və protest verilə bilməz. Hakim Fidan Qasımlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar