Məhkəmə qərarları › İş №3(5-145)-305/2026

Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(5-145)-305/2026

19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(5-145)-305/2026 19.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Abbasova Ellara Həsən qızı X1 cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsinə dair şikayətini araşdırıb MÜƏYYƏN ETDİM: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək sözügedən avtomaşınla bağlı yaranmış cərimələrlə əlaqədar 19 oktyabr 2019-cu il tarixli, 09 dekabr 2019-cu il tarixli, 11 fevral 2020-ci il tarixli, 06 mart 2020-ci il tarixli, 07 may 2020-ci il tarixli, 10 sentyabr 2020ci il tarixli, 26 noyabr 2020-ci il tarixli, 04 dekabr 2020-ci il tarixli, 16 aprel 2021-ci il tarixli, 16 noyabr 2021-ci il tarixli, 22 sentyabr 2021-ci il tarixli, 08 dekabr 2021-ci il tarixli, 20 dekabr 2021-ci il tarixli, 25 yanvar 2021-ci il tarixli, 18 yanvar 2021-ci il tarixli, 18 mart 2021-ci il tarixli, 08 aprel 2022-ci il tarixli qərarların qüvvədə olma müddəti qurtardığına görə həmin qərarların icrasına xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İnzibati xəta haqqında materialı araşdırıb hesab edirəm ki, X1 şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 145.1.3. inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasına xitam verir. 145.2. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi barədə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərardad qəbul edilir. 146.1. Bu Məcəllənin 146.1-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir. 146.1-1. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Qanunvericiliyin tələbindən göründüyü kimi inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir və inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi barədə qərardad qəbul edilir. Lakin məhkəmə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsinin kimin səlahiyyətində olması ilə bağlı qeyd edir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına onu qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən xitam verilir. Şikayətə əlavə edilmiş İnzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, inzibati tənbeh tətbiq etmə haqqında qərar BNA (Bakı Nəqliyyat Agentliyi) tərəfindən qəbul edilmişdir. Belə olanda inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına səlahiyyəti daxilində onu qəbul etmiş Bakı Nəqliyyat Agentliyi tərəfindən xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı məhkəmə inzibati xətalar qanunvericiliyinin prinsiplərinin, xüsusilə də qanunçuluq prinsipinin qorunmasının təmin edilməsi, habelə Məcəllənin tələblərinə uyğun olan ədalətli qərarın qəbul edilməsi məqsədi ilə prosesin zəruri etdiyi hallardan çıxış edərək qərardadlar qəbul edir. Bu qərardadlarla məhkəmə etirazların və vəsatətlərin təmin edilib-edilməməsi, ekspertizanın təyin edilməsi, işlərin qapalı baxılması, əlavə materialların tələb edilməsi, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması və s. məsələləri həll edir. İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 128-130 maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X1 cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsinə dair şikayəti geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar