Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-362/2026 11.03.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, şikayət vermiş şəxs X4, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon Şöbəsinin Həqiqi Hərbi Xidmətə çağırış bölməsinin zabiti gizir X2 iştirakları ilə, X4 Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon Şöbəsinin 13 fevral 2026-ci il tarixli inzibati inzibati qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: X7 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon Şöbəsinin rəisi polkovnik-leytenantı X5 tərəfindən 13 fevral 2026-cı il tarixində barəsində MN № ******* saylı xəta haqqında protokolu əsasında 13 fevral 2026-cı il iş üzrə MN № ******* saylı inzibati xəta haqqında (606.3) iş üzrə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 13 fevral 2026-cı il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Masallı şöbəsində olduğu zaman, şöbənin zabiti X6 (“Müddətli həqiqi hərbi xidmətdən çağırışdan yayınıb” İnzibati xətalar məcəlləsinin 606.3cü bəndinə əsasən) tərəfindən 13 fevral 2026-cı 11 tarixində barəsində MN № ******* saylı protokol tərtib olunmuş və inzibati xəta haqqında iş üzrə 13 fevral 2026-cı ildə MN № 1951982-saylı qərar qəbul edilmişdir. Həmin qərarda şikayətçi olaraq onun müddətli həqiqi hərbi xidmətdən çağırışdan yayınıb Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-ci maddəsinin tələblərini pozduğu bildirilmiş və bunun nəticəsində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinin tələbləri rəhbər tutularaq 300 (üç yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Hər nə qədər SHXCD xidmətinin səlahiyyətli şəxsi tərəfindən barəsində İXM-nin 606.3-cü maddəsinin tələblərinə əsasən inzibati cərimə tətbiq edilsə də, həmin qanunun müvafiq maddəsinin tələbləri ilə inzibati xəta kimi qeyd edilən hadisə üst-üstə düşməkdədir. Belə ki, Masallı rayon SKXÇDX-ti 29 yanvar 2026-cı il tarixli 3-41-44\2N-29\26 C 1611 №-li məktubunuzu 02 fevral 2026-cı il tarixində onlardan çıxmış və 03 fevral 2026-cı il tarixində AzərPoçt vasitəsi ilə aldığı üçün həmin məktubda qeyd edilən tarixdə (yəni 30 yanvar 2026-cı il) Masallı rayon SHXÇDX-də olmağının qeyri mümkün olması barədə 05 fevral 2026-cı il tarixində AzərPoçt vasitəsi ilə rəsmi bildiriş vermişdir. Qeyd etmək istəyir ki, mübahisəli halla bağlı Masallı Rayon Prokurorluğda araşdırma aparılmış və məlum olmuşdur ki, SHXCDX Masallı şöbəsi tərəfindən ümümiyyətlə ona çağırış vərəqi verilməyib və prokurorluğa təqdim olunmuş iş materialların arasında saxta bildiriş (xx.xx.2026-cı il tarixli) və saxta Akt (xx.xx.2026- cı il Ərazi nümayəndəsi, Bələdiyə və Sahə müvəkili güya iştirakı ilə akt tərtib olunub və imzalanmışdı) iş materiaları arasına əlavə edilmişdir. Hər nə qədər barəsində inzibati qərar qəbul edən SHXCDXidmətinə bu barədə bildirməyə çalışsa da, (rəsmi bildiriş almamış) onlar tərəfindən inzibati qərarın qəbul edərək və barəsində cərimə tətbiq etməsinə yetərli oldu. Həmin qərarla İXM-sinin 606.3 maddəsində nəzərdə tutulan inzibati cəza ona qarşı tətbiq edilmişdir. 13 fevral 2026-cı il tarixində Masallı rayon SHXCDX şöbəsinin əməkdaşları ona psixolaji basqı edərək ona birneçə sənədə imza etdirdilər, onu vidoya çəkdilər və özlərinə müvafik məcburi izahat aldılar. Məhkəmə iclası zamanı şikayət vermiş şəxs X7 şikayətdə göstərilənlərə uyğun izahat verərək, məhkəmədən şikayətinin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon Şöbəsinin Həqiqi Hərbi xidmətə çağırış bölməsinin zabiti gizir X3 izahatında göstərdi ki, X4 mobil telefonu olmadığı üçün əlaqə saxlaya bilməmiş, Əli Nağıyevin dayısı ilə mobil telefon əlaqəsi saxlasalar da, Əlinin harda olmasından xəbərsiz olduğunu bildirmişdir. Əli Nağıyev onun anası və qardaşı idarə yaxınlaşmışlar həmin zaman ona bildirildi ki, idarə tərəfindən axtarılır gəlib komisiyyadan keçməlidir. Daha sonra Əli Nağıyev idarəyə gəlmiş, hərbi həkim komisiyyasından keçirilmiş və sağlam rəy verilmişdir. Əli Nağıyevə hərbi xidmətə çağrılması barədə rəsmi çağırış vərəqəsi verilməmişdir. Rəsmi çağırış vərəqəsi 13 fevral 2026-cı il tarixdə verilmiş və aprel ayının 1nə hərbi xidmətə çağrılmışdır. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon X1 anası Kərimova Gülxəndə zakir qızına ünvanlanan 29 yanvar 2026-cı il tarixli məktubun surətindən görünür ki, övladınız xx.xx.2026-cı il tarixədək hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinə (şəxsiyyətini təsdiq edən sənədlə birlikdə) gəlmədiyi təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri tədbirlər həyata keçiriləcəkdir. İş materiallarında olan 13 fevral 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon Şöbəsinin 28 yanvar 2026-cı il tarixli məktubundan görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 8.2.2-ci maddəsinə əsasən X4 müddətli həqiqi hərbi xidmətə göndərilməsi məqsədilə aşkarlanaraq Xidmətin Masallı rayon şöbəsinə gətirilməsi barədə göstəriş verilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 19 yanvar 2026-cı il tarixli məktubundan görünür ki, 2002-ci il təvəllüdlü X7 xx.xx.2026-cı il tarixdə Xidmətin Mərkəzi hərbi həkim Komissiyasında həkim-cərrah tərəfindən nəzarət qaydasında müayinə olunmuşdur ultrasəs müayinəsi nəticəsinə əsasən “Sağ böyrəkdə hipoplaziya əlamətləri” diaqnzuna uyğun olaraq “Xəstəliklər cədvəli” nin 72 ç maddəsinin l qrafasına əsasən “Hərbi xidmətə yararlıdır-3” hesab edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə qarşılıqlı təhlil etməklə araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 606.3-cü maddəsinə əsasən çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, X4 Səfərbərlik və Hərbi Xidmətə Çağırış tələblərini pozması bildirilsə də, lakin məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, Əli Nağıyevə rəsmi çağırış bildirişi verilməmişdir. Əli Nağıyevə İXM-nin 606.3-cü maddəsi ilə barəsində inzibati təneb vermə haqqında qərar qəbul edilsə də, o həmin tarixdə rəsmi çağırış bildirişini almışdır. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 əməlində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməzdi, başlanmış icraata isə xitam verilməli idi. Məhz bu səbəbdən də məhkəmə Ə.S.Nağıyev barəsində olan 13 fevral 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız və qanunsuz hesab edir və belə nəticəyə gəlir ki, həmin qərar ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 53, 114-116, 128-130-cu maddələrinə rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. X7 barəsində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon Şöbəsinin 13 fevral 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(5-145)-362/2026
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-362/2026
11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver