Məhkəmə qərarları › İş №3(5-145)-368/2026

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-368/2026

23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-368/2026 23.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımlı Fidan Lətif qızının sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1984-cü ildə Cəlilabad rayonu, Prişib şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Kənan” şirkətində operator vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXMnin) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə video-audio yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-2675/2024 nömrəli və xx.xx.2025-ci il tarixli 8(050)-418/2025 nömrəli icra sənədlərinin icrasını tam təmin etməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İşin halları və tərəflərin izahatları: İcra məmuru X5 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(050)-418/2025 nömrəli icra sənədi xx.xx.2025-ci il tarixdə Masallı Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, xx.xx.2025-ci il tarixdə icra sənədi üzrə icraata başlanılması haqqında qərar qəbul edilmiş və həmin tarixdə tələbin könüllü icrası haqqında borclu Şəxs bildiriş ünvanlanmışdır. xx.xx.2025-ci il tarixli, 8(050)- 418/2025 saylı icra sənədinə əsasən Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-2675/2024 nömrəli qətnaməsi ilə Şəxs xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,46 misli həddində indeksasiya olunmaqla Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu Şəxs aliment borcundan hər ay mütəmadi müəyyən ödənişlər etməsinə baxmayaraq hazırda onun icra sənədi üzrə 3000 manat məbləğində ödənilməmiş qalıq aliment borcu yaranmışdır. Borclunun əmlak vəziyəti və gəlirlərinin yoxlanılması ilə bağlı sorğular göndərilmiş, adına heç bir daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Lakin Şəxs “Kənan” şirkətində operator vəzifəsində işləməsi barədə məlumat əldə edildikdən sonra icra sənədi üzrə tutma borclunun əmək haqqına yönəldilmişdir. Bir ay borclunun əmək haqqından tutulmalar aparılmasına baxmayaraq şirkət fəaliyyətini dayandırdığından tutulmaların sonrakı aylar üzrə aparılması mümkün olmamışdır. Borclu Şəxs icra sənədi üzrə borcundan tam şəkildə ödənişlər etməməsi və icra sənədi üzrə qalıq 3000 manat borcunun yaranması səbəbindən tələbkar dəfələrlə Masallı Rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək aliment borcunun tam şəkildə ödənilməsini tələb etmişdir. Borclu Şəxs şöbəyə dəvət edilərək icra sənədi üzrə yaranmış 3000 manat qalıq aliment borcunun ödənilməsi tələb edilmişdir. Borclu Şəxs hazırda qalıq aliment borcunu tam şəkildə ödəmək iqtidarında olmadığını bildirmişdir. Tələbkarın bu barədə münasibəti öyrənilərkən o, qalıq 3000 manat aliment borcunu tam şəkildə tələb etdiyini bildirmişdir. Bu səbəbdən Şəxs barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə verilmişdir. Şəxs qalıq borcundan bu gün tələbkarın xeyrinə 500 manat ödəmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)- 2675/2024 nömrəli və xx.xx.2025-ci il tarixli 8(050)-418/2025 nömrəli icra sənədlərindən məlumatlıdır. Mütəmadi aliment borcundan tələbkarın xeyrinə ödənişlər etmişdir. Buna baxmayaraq icra sənədi üzrə aliment ödənişini tam şəkildə icra etmədiyindən 3000 manat məbləğində qalıq aliment borcu yaranmışdır. 4-5 il olar ki, “Kənan” şirkətində operator vəzifəsində işləyir, aylıq əmək haqqı 420 manat təşkil etməsinə baxmayaraq, hazırda şirkət müvəqqəti olaraq fəaliyyətini dayandırdığından alimentin ödənilməsində çətinliklər yaranmışdır. Buna baxmayaraq icra sənədinin icrasından qərəzli olaraq yayınmamışdır. Mövsum və hava şəraiti ilə əlaqədar şirkətin müvəqqəti fəaliyyət göstərmədiyi dövrlərdə də aliment ödənişlərini həyata keçirmişdir. Belə ki, aliment borcundan hər ay mütəmadi 160 manat məbləğində tələbkarın xeyrinə ödənişlər etmişdir. Sonuncu dəfə aliment borcundan 2026-cı ilin fevral ayının əvvəlində 160 manat ödəniş etmişdir. Hazırda icra sənədi üzrə qalıq 3000 manat aliment borcunun yaranmasına baxmayaraq həmin borclu birdəfəlik ödəmək üçün maddi imkanı yoxdur. Buna baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verildikdən sonra həmin qalıq aliment borcundan 500 manatını tələbkara ödəmişdir. İcra sənədinin icrasından yayınmaq niyyəti yoxdur, maddi imkanı olmadığından borcunu tam şəkildə ödəyə bilməmişdir. Hazırda icra sənədi üzrə borcunu tam şəkildə ödəyə bilməsə də, bundan sonra hər ay ödəməli olduğu aliment məbləğindən əlavə qalıq borc da daxil olmaqla 250 manat məbləğində mütəmadi ödənişlər edəcəyinə söz verir. Sonda Şəxs məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(050)-418/2025 saylı icra sənədinə əsasən Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-2675/2024 nömrəli qətnaməsi ilə Şəxs xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minim əmək haqqının 0,46 misli həddində indeksasiya olunmaqla ona ödənilməlidir. Şəxs icra sənədi üzrə müəyyən edilmiş aylıq aliment pulundan hər ay mütəmadi ödənişlər etsə də, lakin əvvəlki borclar səbəbindən icra sənədi üzrə ödənilməmiş 3000 manat qalıq aliment borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı dəfələrlə Masallı Rayon İcra və Probasiya Şöbəsinə müracət etmişdir. Şəxs həmin borcun ödənilməsi üçün maddi imkanının olmadığını bildirirsə də, onun izahatı inandırıcı deyildir. Belə ki, o, rəsmi olaraq “Kənan” şirkətində işləməklə əmək haqqı alır, lakin hazırda şirkətin fəaliyyəti dayandırılmışdır. Şəxs barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilib məhkəməyə verildikdən sonra o, hazırda qalıq aliment borcundan 500 manat ödəniş etmiş, digər aliment borclarını isə hər ay əlavələr etməklə ödəyəcəyini bildirmişdir. İş materiallarında olan sənədlər: Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-2675/2024 nömrəli icra sənədindən görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(050)- 2364/2015 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hər ay bir uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində müəyyən olunmaqla, cavabdeh Şəxs alınaraq, iddiaçı Zərərçəkmiş şəxs ödənilməli, alimentin yeni məbləğdə tutulmasının başlanğıcı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(050)-418/2025 nömrəli icra sənədindən görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)- 2675/2024 nömrəli qətnaməsi ilə Şəxs xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,46 misli həddində indeksasiya olunmaqla Zərərçəkmiş şəxs ödənilməlidir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-2675/2024 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(050)-418/2025 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası barədə xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-2675/2024 nömrəli icra sənədi üzrə tələbin könüllü icrası üçün bildiriş borclu şəxsə xx.xx.2025-ci il tarixdə borclu Şəxs təqdim edilmiş, borclu həmin bildirişi almasını öz imzası ilə təsdiqləmişdir. Tələbin könüllü icrası barədə xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(050)-418/2025 nömrəli icra sənədi üzrə tələbin könüllü icrası üçün bildiriş xx.xx.2026-cı il tarixdə borclu Şəxs təqdim edilmiş, borclu həmin bildirişi almasını öz imzası ilə təsdiqləmişdir. Borclunun əmlak və gəlirlərinin yoxlanılması barədə elektron sorğunun nəticəsindən görünür ki, Şəxs “Kənan” şirkətində operator, yayma dəzgahı vəzifəsində işləməklə aylıq əmək haqqısı 420 manat təşkil edir. Tələbkar Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilən 23.02.206-cı il tarixli qəbzdən görünür ki, borclu Şəxs tərəfindən tələbkar X6 500 manat ödəniş edilmişdir. Qəbz tələbkar Zərərçəkmiş şəxs tərəfindən imzalanmışdır. Hüquqi məsələlər: İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət yaranır. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 8.1-8.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İş üzrə sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, o cümlədən icra məmurunun və zərərçəkmiş şəxsin verdikləri izahatdan məlum olmuşdur ki, borclu Şəxs icra sənədi üzrə aliment borcundan hər ay mütəmadi ödənişlər etmiş, sonuncu dəfə borcundan 2026-cı ilin fevral ayında aylıq aliment ödəniş etmişdir. İcra sənədi üzrə yaranmış 3000 manat aliment borcu icra sənədi üzrə əvvəlki gecikmələr üzrə yaranmış qalıq borcdur. Şəxs “Kənan” şirkətində operator vəzifəsində işləməklə aylıq əmək haqqı 420 manat təşkil edir. İcra məmuru tərəfindən şirkətin fəaliyyətinin dayandırılması barədə məhkəmə iclasında bildirilsə də, bunu təsdiq edən sübut təqdim edilməmişdir. Eyni zamanda borclu izahatında həmin şirkətdə uzun müddətdir işləməkdə olduğunu qeyd etmişdir. Məhkəmə iclasının keçirildiyi gün icra vərəqəsi üzrə borclu Şəxs tərəfindən qalıq aliment borcundan icra vərəqəsi üzrə tələbkarın xeyrinə 500 manat ödəniş edilmişdir. İcra sənədi üzrə borclu hər ay əsas borcla yanaşı qalıq aliment borcunun bir hissəsini tələbkara ödəyəcəyi barədə öhdəlik götürmüşdür. İXM-nin 528.1-ci maddəsinin məzmununa əsasən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırda Şəxs tərəfindən məhkəmə icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi halı müəyyən edilmir. Şəxs borcundan hər ay mütəmadi olaraq müəyyən məbləğlərdə ödənişlər etdiyini, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verildikdən sonra yenidən tələbkarın xeyrinə 500 manat ödədiyini, hazırda da qalıq aliment borcunu hər ay hissə-hissə ödəmək fikrində olduğunu, xüsusən də icra vərəqəsi üzrə borclunun uzun müddət daimi iş yerinin və məcburi icra tədbirləri çərçivəsində aliment borcunun əmək haqqına yönəldilməsi imkanının mövcud olduğunu nəzərə alaraq məhkəmə qeyd edir ki, onun icra sənədinin icrasından üzrsüz səbəbdən boyun qaçırmaq niyyəti olmamış və bu baxımdan Şəxs əməlində İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi yaranmamışdır. Beləliklə, İXM-nin 53.1.2-ci maddəsinin tələbinə uyğun olaraq barəsində inzibati xəta iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 43, 48-51, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fidan Qasımlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar