Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-402/2026 25.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Qasımlı Fidan Lətif qızı, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-nin) 529.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Binəqədi Rayon Polis İdarəsinin vəzifəli şəxsi tərəfindən Şəxs barəsində İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə protokol tərtib edilərək baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş, materiallar xx.xx.2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında işdən görünür ki, Şəxs İXP ******* nömrəli xx.xx.2025-ci tarixli protokola əsasən İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, buna görə barəsində 40 manat cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Sözügedən qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən olunmuş əsaslar olmadan icra etmədiyinə görə Şəxs barəsində İXM-nin 529.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair İXP ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs bu hərəkəti ilə İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “ASAN Ödəniş” sistemindən əldə olunmuş çıxarışdan görünür ki, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə cərimə və dəbbə pulu dövlət büdcəsinə ödənilmişdir. İXM-nin 529-cu maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 529.1ci və ya 529.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs inzibati xəta haqqında protokol üzrə tətbiq edilmiş cəriməni və dəbbə pulunu (İXP ******* nömrəli inzibati xəta haqqında protokol) ödədiyinə görə İXM-nin 529-cu maddəsinin qeyd hissəsinə əsasən İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad edilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 43, 130-cu maddələrini və 529-cu maddəsinin qeyd hissəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs inzibati xəta haqqında protokol üzrə tətbiq edilmiş cəriməni və dəbbə pulunu (İXP ******* nömrəli inzibati xəta haqqında protokol) ödədiyinə görə İXM-nin 529-cu maddəsinin qeyd hissəsinə əsasən İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fidan Qasımlı
Məhkəmə qərarları › İş №3(5-145)-402/2026
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-402/2026
25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver