Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(5-145)-407/2026 24.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abbasova Ellara Həsən qızı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli, EQ seriyalı 33033270 nömrəli qərarından X4 tərəfindən verilmiş şikayəti baxılmağa hazırlanması zamanı nəzərdən keçirib MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ seriyalı 33033270 nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşin halları: xx.xx.2026-cı il tarixli, EQ 33033270 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinərək 80 manat cərimə edilmişdir. X4 həmin qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş və şikayəti onunla əsaslandırmışdır ki, onun barəsində tərtib edilmiş EQ 33033270 saylı inzibati qərardan şikayətçidir. EQ33033270 saylı inzibati protokol xx.xx.2026-cı il tarixində İXM-nin 346.4-cü maddəsi üzrə, yolun ikinci hərəkət zolağında dayanma və ya durma iddiası ilə Quba şəhərində yol video-müşahidə kamerası vasitəsilə tərtib edilmişdir. Sözügedən inzibati qərar və ona əsas olan görüntülər həqiqəti əks etdirmir. Həmin vaxt avtomobilinin dayanma vəziyyətində olmamış, əksinə hərəkətdə olmuşdur. Təqdim olunan foto materiallarda nəqliyyat vasitəsinin dayanma halı vizual olaraq müşahidə edilsə də, görüntüdə kameraya aid tarix və vaxt məlumatlarının əks olunmaması inzibati protokolun tərtib edilməsi üçün yetərli sübutun mövcudluğunu şübhə altına alır. Eyni sahədə digər nəqliyyat vasitəsinin dayanmasına baxmayaraq, inzibati tədbirin yalnız ona tətbiq edilməsi əsaslı görünmür. Fotoşəkildə avtomobilinin yan hissəsində dayanmış digər nəqliyyat vasitəsinin sürücüsü tanıdığı şəxsdir və inzibati protokolun həmin nəqliyyat vasitəsinə deyil, ona tətbiq edilməsi anlaşılmazdır. Qeyd etmək istəyir ki, inzibati protokol tərtib edildiyi ilk gündən etibarən “E-Polis” tətbiqi vasitəsilə şikayət etmişdir. Lakin uzun müddət cavab təqdim edilməmişdir. Protokol üzrə qəbul edilmiş inzibati qərarın surəti ona Quba şəhərindən 06 fevral 2026-cı il tarixində, saat 12:00-da whatsapp vasitəsilə fotoşəkil formasında göndərilmişdir. Bununla əlaqədar olaraq, 24 fevral 2026-cı il tarixində məhkəməyə müraciət edir. Əlavə olaraq 16 fevral tarixində Quba rayon məhkəməsinin email ünvanına müraciət etmiş, lakin 5 iş günü ərzində cavab təqdim edilməmişdir, müraciətini yenidən Masallı Rayon Məhkəməsinə vəsatət ilə müraciət etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət X4 tərəfindən imzalanmadığından, həmçinin qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verildiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-nin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər; 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir; 130.3. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Məhkəmənin hüquqi mövqeyi: İş materialları ilə müəyyən edilir ki, X4 tərəfindən şikayət verilmiş inzibati tənbeh vermə haqqında qərar xx.xx.2026-ci il tarixdə qəbul edilmiş, lakin həmin qərarın barəsində inzibati tənbeh barədə qərar qəbul edilmiş şəxs tərəfindən rəsmi qaydada alınmasına dair heç bir sənəd materiallara əlavə edilmədən şikayət ərizəsi qanunla nəzərdə tutulmuş 20 günlük müddət ötürülməklə - xx.xx.2026-cı il tarixdə verilmişdir, həmçinin məhkəmə onuda qeyd edir ki, X4 şikayət ərizəsini imzalamadan məhkəməyə təqdim etmişdir. X1 tərəfindən verilmiş şikayət qeyd edilən nöqsanlara görə geri qaytarılmalıdır. Bununla yanaşı, məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X3 müvafiq qərardan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etmək hüququnun olduğunu izah etməyi zəruri hesab edir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Akif Həsənov Azərbaycana qarşı - 7268/10 saylı, 19.9.2019-cu il tarixli Qərarında göstərdiyi mövqeyə görə, ərizəçini hətta yerli inzibati və məhkəmə orqanları tərəfindən aparılan araşdırılmaya çağırılmasa və dinləmədə onun iştirakını təmin etməsə (həmçinin qərarın surətini ona təqdim etməsə) belə, bu hallar ərizəçini öz təşəbbüsü ilə elementar addımlar atmağa və müvafiq orqanlardan baxışının nəticəsi barədə məlumat əldə etməyə dair fərdi məsuliyyətdən azad etmir. Uzun müddət ərzində hər hansı araşdırmanın və ya sorğunun olmaması ərizəçini müvafiq nəticəyə gəlməyə və ərizəni Məhkəmə göndərməyə vadar etməli idi. Ərizəçi onun fəaliyyətsizliyinə və ya birbaşa Məhkəməyə müraciət etməyinin gecikməsinə bəraət qazandıran hər hansı məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra Plenum Qərarlarında göstərilmişdir ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə müdafiə hüququ qanunla müəyyən edilmiş müddətdə həyata keçirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 xx.xx.2026-cı il tarixli, EQ seriyalı 33033270 nömrəli inzibati tənbehvermə haqqında qərardan şikayət vermək üçün İXM-nin 130.1-ci maddəsində qeyd olunan müddəti ötürdüyündən inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət geri qaytarılmalıdır. Eyni zamanda hüquqi köməklik məqsədi ilə izah edir ki, İXM-nin 130.2-ci maddəsinə əsəsən Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Göstərilənlərə əsasən və İXM-nin 106, 109 və 1180-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 xx.xx.2026-cı il tarixli, EQ seriyalı 33033270 nömrəli inzibati tənbehvermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. X3 İXM-nin 130.2-ci maddəsinə əsasən xx.xx.2026-cı il tarixli, EQ seriyalı 33033270 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardaddan şikayət və protest verilə bilməz. Hakim Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(5-145)-407/2026
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(5-145)-407/2026
24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver