Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-408/2026 25.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X6 iştirakları ilə, xx.xx.2000-ci ildə Masallı rayonunda doğulmuş, Masallı şəhəri, Seybətin küçəsi, ev 5-də qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-3619/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Masallı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının 13 mart 2023-cü il tarixli qərarı əsasında Zərərçəkmiş şəxs nəvələri 19 may 2018-ci il təvəllüdlü X2 və 16 dekabr 2020-ci il təvəllüdlü X3 ilə hər ayın 2-ci və 4-cü həftəsinin şənbə və bazar günləri saat 10:00-dan saat 16:00-dək müəyyən edilmiş ünsiyyətdə olmaq hüququnun həyata keçirilməsinə Şəxs tərəfindən yaradılan maneələr aradan qaldırılması qət edilmişdir. Şəxs heç bir üzürlü səbəb göstərmədən öz öhdəsinə düşən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-3619/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs nəvələri 2018-ci il təvəllüdlü X3 və 2020-ci il təvəllüdlü X2 ilə ünsiyyətdə olma hüquqları təmin olunmuşdur və bununla bağlı yaradılam maneələr Şəxs qadağan olunması ilə bağlı icra sənədi icra şöbəsinə daxil olmuşdur. İcraata başlama haqqında qərar və bildiriş qəbul olunaraq tərəflərə və məhkəməyə bununla bağlı məlumat verilmişdir. Borcludan bununla bağlı xx.xx.2025-ci il tarixdə izahat alınmış və həmin tarixdə də bildiriş verilmişdir. Borclu dəfələrlə icra və probasiya şöbəsində olmuş və uşaqların gəlmək istəmədiklərini bildirmişdir. xx.xx.2026-cı il tarixdə uşaqlardan 2018-ci il təvəllüdlü X1 icra və probasiya şöbəsinə gətirmişdir. Lanik icra sənədində qeyd olunan digər uşağı gətirməmişdir. Həmin ünsiyyət zamanı gətirdiyi 2018-ci il təvəllüdlü uşağın nənəyə getməməsi və bununla bağlı psixoloq tərəfindən uşağın dindirilməsi, yetkinlik yaşına çatmayanlarla bağlı Masallı Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası orqanından nümayəndə dəvət olunması və polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla bağlı inspektorun dəvət olunması ilə bağlı təyinat verilmişdir 2026-cı ilin 25 fevralına, yəni bu günə saat 11:00-a. Tərəflər icra və probasiya şöbəsinə gəlsədə, lakin uşağın gəlməməsini bildirmişdir. Dəfələrlə bildirilmişdir ki, icra şöbəsinə gəlməlidirlər təyinat var icra hakimiyyətindən nümayəndələri polisdən inspektorla bağlı, uşağın psixoloji durumu ilə bağlı dindirilməsi iə bağlı rəylər verilməlidir, fikirləri öyrənilməlidir. Lakin təkidlə uşağın gəlməməsini bildirmişdir. Tələbkarda nəvələri ilə bağlı dəfələrlə Ədliyyə Nazirliyinə və digər orqanlara müraciət etmişdir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, uşaqlar onun yanındadırlar. Balaca uşaq onsuzda onları tanımır, böyük uşaq isə ötən dəfə icra şöbəsinə gətirmiş, Amid məllim özüdə uşağı danışdırmış uşaq istəməmişdir. Bu gündə uşaqlara icra şöbəsinə ünsiyyətlə bağlı getməyi bildirmiş, böyük uşaq ona “mən o günləri sənə dedim məni çağırma” demişdir. Uşaq gəlmək istəmir oda uşağın psixoloji cəhətdən sarsıtmaq istəmir. Uşaqlar bu iş məktəbə gedəcəklər, biri hazırlığa, digər isə birinci sinifə. Uşaqları icra şöbəsinə getməyə məcbur etməmişdir, amma gedək orda görsünlər demişdir. Hətta bu gün uşaq getmirəm demişdir. Oda uşağın psixoloji cəhətdən sarsıtmaq istəmir, ona görə də gətirməmişdir. 3 ildir ayrılmışlar. Balaca tanımır, böyük uşaq tanıyır Amid məllim dindirərkən tanımış, adlarını bələ demiş. Lakin istəmədiyini demişdir. Əslində uşaqlar qarşı tərəfdən nə qədər uzaq olsalar bir o qədər yaxşıdır. Uşaqları evinə aparmasını istəmir. Şöbədə ünsiyyətdə ola bilər. Xahiş edir növbəti dəfəyə qalsın uşaqları gətirəcəkdir. Məhkəmə iclasında İcra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, 6 il onunla bir evdə yaşamışlar, uşaq onu çox sevirdi. 6 il ərzində nə o, nə qızı nə oğlu pis olmayıblar, necə olur ki, o, gedəndən sonra pis olublar, nəyə görə, səbəbi nədir?. Onu haqqı deyilmiş nəvələri ilə əlaqə saxlamaq, onları görmək. Uşaqları onun əlindən almır ki, həftədə iki dəfə ünsiyyət verilib iki dəfə gələcək gedəcəklər. Uzaqda deyilki gətirib apara bilməsin. Maneəni anası yaradır, qoymur. İki dəfə gedib uşağı gətirmiş, uşağı anasına verdiyi zaman uşaq “nənə mən sabahda gəlib qala bilərəm” demişdir, oda “anan icazə versə gələrsən” demişdir. Xahişi odur ki, evə vermirsə heç istəmir. Nə lazımdır o edilsin. Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş inzibati qaydada cərimə edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(5-145)-408/2026
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-408/2026
25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver