Məhkəmə qərarları › İş №3(5-145)-412/2026

Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(5-145)-412/2026

12.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(5-145)-412/2026 12.03.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 31233807 saylı, xx.xx.2024-cü il tarixli EQ 24752337 saylı və xx.xx.2024-cü il tarixli EQ 25260683 saylı inzibati xəta haqqında qərarlarının ləğv edilməsi barədə şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 31233807 saylı, xx.xx.2024-cü il tarixli EQ 24752337 saylı və xx.xx.2024-cü il tarixli EQ 25260683 saylı inzibati xəta haqqında qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 31233807 saylı, xx.xx.2024-cü il tarixli EQ 24752337 saylı və xx.xx.2024-cü il tarixli, EQ 25260683 saylı inzibati xəta haqqında qərarları ilə 400 manat, 100 manat və 400 manat məbləğlərində cərimə olunmuşdur. Qeyd edir ki, o, sözügedən qərarlarla razı deyildir. Qərarlar əsassızdır, qanunsuzdur, ədalətli deyildir. Onun hüquqlarını kobud şəkildə pozur. O, bütün cərimələrini vaxtı vaxtında ödəmişdir. Odur ki, belə hesab edir ki, həmin qərar ləğv edilməlidir. Qərardan şikayət vermiş şəxs X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 2016-cı ildə hərbi xidmətdə ola-ola barəsində məhkəmə prosesi olmuş və qərar qəbul olunaraq sürücülük hüququndan məhrum olunmuşdur. Hərbi xidmətdə olduğu zaman avtomobil idarə etmişdir. Hərbi xidmətdə ola-ola ona məlumat verilmişdir ki, sürücülük hüququ məhdudlaşdırılıb, sürücülük hüququ yoxdur. Hərbi xidmətdən qayıtdıqdan sonra müraciət dərək sürücülük hüququnu bərpa etmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra avtomobil idarə etmişdir və üç dəfə inzibati xəta törətmiş və hər dəfə 10 manat cərimə olunmuşdur. Həmin cərimələridə ödəmişdir. Lakin cərimələri ödəməsinə baxmayaraq yenidən sürücülük hüququ məhdudlaşdırılmışdır. Belə ki, həmin cərimələrlə bağlı məhkəməyə sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı inzibati qaydada protokol verilmiş və məhkəmə tərəfindən sürücülük hüququ məhdudlaşdırılmışdır. Onun isə məhkəmə proseslərindən xəbəri olmamışdır. Səbəb isə məhkəmə tərəfindən göndərilmiş bildirişlərin onun qeydiyyatda olduğu Masallı rayonu Ərkivan qəsəbəsinə göndərilməsi olmuşdur, çünki o, faktiki olaraq Bakı şəhəri Nərimanov rayonunda yaşayır. Sonradan xəbəri olduqdan sonra həmin ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir. Şikayət ərizəsinə əlavə etdiyi qərarlara gəldikdə isə həmin vaxt qeyd olunan avtomobili o, idarə etməmişdir. O, 2024-cü ilin dekabr ayı, yada 2025-ci ilin yanvar ayında həmin avtomobili sahibinə qaytarmışdır. Belə ki, o, həmin avtomobili aylıq 400 manata kirayəyə götürmüşdür. Kirayə haqqını ödəyə bilmədiyi üçün maşını qaytarmışdır. Lakin etibarnaməsi ləğv olunmayıb. Özü Bakı şəhərində yaşayır. Bakı şəhərində həmin qərarlardan şikayət etmək istəmiş, lakin ona Masallı rayonunda qeydiyyatda olduğu üçün Masallı Rayon Məhkəməsinə şikayət etməli olduğunu bildirmişlər. Yaşadığı ünvan ünvan 2lduz metrosunun yaxınlığında yerləşir. Məhkəmə şikayətçini dinləyib iş materialları araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, şikayətə əlavə olunmuş inzibati xəta haqqında protokol və qərarlardan müəyyən olunur ki, həmin protokol və qərarların qəbul olunmasına əsas olmuş inzibati xətalar Bakı şəhəri ərazisində törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-cu maddəsinə əsasən törədilmiş inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmçinin şikayət etmiş şəxs məhkəmə iclasında verdiyi izahatında qeyd olunmuş şikayət ərizəsini Bakı şəhərində yaşadığı üçün Bakı şəhər məhkəməsinə vermək istədiyini və yaşayış ünvanının ünvan 2lduz metrosunun yaxınlığı olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında qərarlardan şikayət etmiş şəxs X3 inzibati xəta haqqında qərarlardan vermiş olduğu şikayətin və ona əlavə olunmuş materialların baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Eləcədə məhkəmə onuda qeyd etmək istəyir ki, törədilmiş inzibati xətalarla bağlı işlərə həmin xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsində baxılması işin dahada tam, obyektiv və qısa müddət ərzində baxılması üçün əlverişlidir. Belə ki, inzibati xəta Bakı şəhərində törədilibsə ona Masallı Rayon Məhkəməsində baxıldığı zaman həmin inzibati xəta haqqında qərarın qəbul olunmasına əsas olmuş materialların əldə olunması bəzən bir aydan çox müddət, bəzən isə daha çox müddət tələb edir, bəzən isə ümumiyyətlə həmin materialları əldə etmək mümkün olmur, verilmiş sorğular cavabsız qalır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-1-ci maddəsinə görə isə həmin Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.1-ci və 132.2-ci maddələrinə görə hakim inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı inzibati xəta haqqında işin həmin hakimə aid olubolmaması məsələsini həll edir, şikayətə və ya protestə baxılma hakimin səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, hazırkı şikayət ona əlavə edilmiş sənədlərdiə birlikdə aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 31233807 saylı, xx.xx.2024-cü il tarixli EQ 24752337 saylı və xx.xx.2024-cü il tarixli EQ 25260683 saylı inzibati xəta haqqında qərarlarının ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayətlə əlaqədar toplanmış material aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilmir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar