Məhkəmə qərarları › İş №3(5-145)-445/2026

Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(5-145)-445/2026

12.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(5-145)-445/2026 12.03.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, qərardan şikayət verən şəxs X2 iştirakı ilə X2 Masallı rayon Polis şöbəsinin polis mayoru X6 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 18 fevral 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə Yardımlı Rayon Məhkəməsinə müraciət edərək Masallı rayon Polis şöbəsinin polis mayoru X6 tərəfindən yenidən tərtib edilmiş 18 fevral 2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək onun üzərinə yazılmış İXP ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi, Masallı rayon Polis şöbəsinin Yol patrul xidmətinin əməkdaşları tərəfindən alınmış sürücülük vəsiqəsinin ona qaytarılması, qanunsuz hərəkətlərə yol verən Masallı rayon Polis şöbəsinin Yol patrul xidmətinin əməkdaşları barəsində ciddi tədbir görülməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Yardımlı Rayon Məhkəməsinin 3(5-165)-31/2026 nömrəli, 24 fevral 2026-cı il tarixli qərardadı ilə Masallı rayon Polis şöbəsinin polis mayoru X3 18 fevral 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs X5 vəsatət təqdim edərək qərardan verdiyi şikayətə yaşadığı yer üzrə baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Masallı rayon Polis şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndə göndərməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Masallı rayon Polis şöbəsinin nümayəndəsinini iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə qərardan şikayət verən şəxsi dinləyib, şikayəti və digər materialları araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Yardımlı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “AZEMİS” Elektron Məhkəmə sistemindən çıxarışdan və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu, Qabaqdibi kəndində qeydiyyatıdır. Məhkəmə qeyd edir ki, qərardan şikayət verən şəxs X1 rayonunda yaşadığından və onun inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə ilk olaraq Yardımlı Rayon Məhkəməsində baxılaraq qərar qəbul olunduğundan şikayətə şəxsin yaşayış yeri üzrə yox, inzibati xətanın törədildiyi yer üzrə baxılması prosessual qənaət prinsipinin pozulmasına və inzibati xətalar qanunvericiliyinin qeyri-effektivliyinə səbəb ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 110.1. inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. 52.2. vəsatət yazılı formada verilir. 128.1. barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə görə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun) 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən isə Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, öz növbəsində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protestin verilmə qaydasını müəyyən edən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayətin yalnız şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə verilməsini müəyyən edir. Belə olan halda barəsində qərar çıxarılmış fiziki şəxs və ya zərər çəkmiş şəxs (şəxslər) hər biri ayrılıqda qeydiyyatda olduqları ünvan üzrə şikayət vermək hüququnu əldə etmiş olurlar. Bu cür vəziyyət prosessual qənaət prinsipinin pozulmasına və inzibati xətalar qanunvericiliyinin qeyri-effektivliyinə səbəb ola bilər. Ona görə də, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:

106. hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1) həll etməlidir. 109.1.7. inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər həmin məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. 114.3. inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 114, 118ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: X2 Masallı rayon Polis şöbəsinin polis mayoru X6 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 18 fevral 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayəti baxılması üçün aidiyyəti üzrə Yardımlı Rayon Məhkəməsinə göndərilsin.

Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar