Məhkəmə qərarları › İş №3(5-145)-453/2026

Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(5-145)-453/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(5-145)-453/2026 10.03.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Tağıyev Zaur Müzəffər oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Lənkəran-Astara regional şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi üzrə tərtib olunmuş 19 fevral 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci və 5-ci hissəsinin tələblərini pozaraq X1 Xidməti Lənkəran-Astara regional şöbəsinin xx.xx.2025-ci il tarixli 3- 17-5/2-122881/2025 nömrəli icrası məcburi göstərişində qeyd edlən göstəricisi yerinə yetirməmişdir. Ona görə də, İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 539.1-1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş, material 04 mart 2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materialları öyərnilərkən müəyyən edilmişdir ki, Şəxs MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında material icraata götürülmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Lənkəran-Astara regional şöbəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi üzrə tərtib olunmuş 19 fevral 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər əvvəllər də baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Masallı Rayon Məhkəməsinin 03 mart 2026-cı il tarixli 3(145)-425/2026 nömrəli qərardadına əsasən Şəxs MMC barəsində olan material icraata qəbul edilmiş, baxılması üçün 10 mart 2026-cı il tarixə, saat 15:40-a təyin edilmişdir. Buna baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Lənkəran-Astara regional şöbəsi tərəfindən Şəxs MMC-nin eyni fakt üzrə inzibati xətanı törəməsi barədə 04 mart 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol təkrarən baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC barəsində eyni fakt üzrə Masallı Rayon Məhkəməsinin 03 mart 2026-cı il tarixli 3(145)-425/2026 nömrəli qərardadına əsasən material icraata qəbul edilmiş, baxılması üçün 10 mart 2026-cı il tarixə, saat 15:40-a təyin edilmişdir. Həmin işə təkrarən məhkəmədə baxıla bilməz. Qeyd edilən səbəblərdən Şəxs MMC barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Lənkəran-Astara regional şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53.1.7 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Lənkəran-Astara regional şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar